Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik xətaları
Gözəllik xətaları
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 842
Səs ver:
Qadınların gündəlik həyatlarında etdikləri bir çox gözəllik xətaları onların yaşlanma prosesini sürətləndirir, dərini korlayır və zamanından daha tez yaşlı görünmələrinə səbəb olur.

Dəri aşındırıcılardan çox istifadə
Təmiz dəri üçün həddindən çox dəri aşındırıcı istifadə etməkdən qaçının. Sərt təmizlik üzünüzün yağ ifrazını və səpkiləri artırır. Evdə həftədə bir və ya iki dəfə yüngül skrablardan istifadə edin və ayda bir dəfə salona gedərək yüngül qlikolik pilinq etdirin.

Dərinin hədsiz yüklənməsi
Eyni vaxtda müxtəlif vasitələrdən istifadə etmək dərinin həssaslığını və ləkələri artırır.

Məhsulu istifadə etməzdən əvvəl tərkibini oxumalı və maddələri qarışdırmamaq lazımdır. Məhsulun tərkibində retinol, qlikol turşusu, C vitamini və benzolperoksid olmasına diqqət etmək lazımdır. Bir maddəni üzünüzə vurduqda dərinizin ona reaksiya vermədiyinə əmin olduqdan sonra digərini tətbiq etmək lazımdır.

Köhnə dəbli qoxular
Ətir yaşlanmaya qarşı ən güclü silah ola bilər. .Köhnə-dəbli ətirlərin seçilməsi sizi daha yaşlı görsədə bilər. Sizə enerji verən canlı ətirlərə (məsələn, təravətli çiçək, yaşıllıq qoxularına) üstünlük verin.

Hədsiz süni yolla qaralmaq
Süni yolla çox qaralmaq daha yaşlı görüntü yaradır. Yüngül qızılı parıltı daha təbii və sağlam görüntü verir. «James Read Overnight Sleep Mask” (jamesreadtan.com, 25 sterlinq) istifadə etməklə daha canlı rəng əldə edə bilərsiniz.

Kaska saçlar
Üzərində çox əmək sərf olunduğu aydın görünən və hədsiz sprey vurulmuş saçlar qədər heç nə sizi daha yaşlı söstərə bilməz. Saçlarınızı uzatmaqdan çəkinməyin, bu sizi daha təbii və təsirli göstərəcək.

Makiyajla yatmaq
Dəridə qidalandırıcı maddələr istifadə etmək onu korlaya bilər. Yatmazdan əvvəl üzünüzü spirt tərkibli salfetlərlə silmək zərərlidir.

Makiyaj səhvləri
Gözün alt hissəsinə layner və tuş vurmağa son verin. Alt göz qapaqda hədsiz makiyaj istifadə etmək sizi daha halsız, gözlərinizi daha tünd halqalı göstərəcək.


Şərhlər:
Baxılıb: 842
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz