Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhurların gözəllik sirləri
Məşhurların gözəllik sirləri
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 862
Səs ver:
Möhtəşəm görünüşlərini bir neçə estetik əməliyyatlara borclu olduqlarını düşündüyümüz məşhurlar sən demə, gözəl görünmələri üçün təbii üsullardan istifadə edirlər.

İllərə meydan oxuyan Sofi Loren cavan və gözəl qalmaq üçün pomidordan vaz keçmir, İris Berben üz dərisini xiyarla gözəlləşdirir, Sandra Ballak isə almanı gözəllik möcüzəsi adlandırır.

Dünyaca məşhur İtalyan film ulduzu Sofi Lorenin gözəlliyinin sirri pomidordadır. Necə? İndi biləcəksiniz…

Pomidorları soyub püre halına gətirdikdən sonra içinə bir qaşıq bal və zeytun yağı qatan Loren, bu qarışığı üzünə çəkdikdən sonra bir saat saxlayır.

Botoksa qarşı olduğunu söyləyən Loren, bu üsulun üzündə yaranan qırışların aradan qalxmasına kömək olduğunu deyir.

Alman aktrisa İris Berben 54 yaşında olmasına baxmayaraq, 10-15 yaş cavan görünür.

Gənc vaxtlarından bu yaşına qədər anasından öyrəndiyi gözəllik maskasını istifadə etdiyini söyləyən Berbenxiyarın üz dərisində möcüzə yaratdığına inanır.

Belə ki, xiyarı püre halına gətirəndən sonra bir az südlə qarışdıran aktrisa bu qarışığı üzündə 20 dəqiqə saxlayır. İris Berben bu maskanı hər gün istifadə etdiyini söyləyir.

Sandra Ballak isə almanı gözəllik möcüzəsi adlandırır.

Gündə ən az 2 ədəd alma yediyini söyləyən 40 yaşlı Sandra Ballak bu meyvənin həm bağırsaqlara xeyirli təsirinə, həm də dərisini gözəlləşdirdiyinə inanır.

Hollivudun məşhur aktrisası eyni zamanda alma qabıqlarını üzünə çəkərək bunun pilinq təsiri yaratdığını və dərini ölü hüceyrələrdən təmizlədiyini qeyd edir.
Dünyanın məşhur, gözəl və ən çox qazanan qadınlarından olan Kameron Diaz sadəcə üz gözəlliyi ilə deyil, vücud gözəlliyi ilə də diqqət çəkir. Bəs, görəsən onun gözəllik sirri nədədir?

İki aydan bir dərisini pilinq ilə ölü hüceyrələrdən təmizlədən Diaz cəfərinin inanılmaz gözəllik sirri olduğunu söyləyir. O qeyd edir ki, "Cəfəri üz dərisindəki şişkinlikləri aradan qaldırır və üzə parıltı verir”. Aktrisa makiyajını təmizlədikdən sonra üzünü ilıq çayla silir. Bu, üz dərisini yumşaq edir və təravətləndirir. Onun başqa bir maraqlı resepti də var. Ulduz, bir miqdar quru südə azca su qatıb qarışdırdıqdan sonra halqa şəkilli hərəkətlərlə üz dərisini masaj edir.

37 yaşında olmasına baxmayaraq hələ də üzündəki sızanaqlarla mübarizə aparan alman ulduz Dagmar Siegel bunun üçün aspirindən istifadə edir.

Bir miqdar suda əzdiyi aspirini sızanaqlar olan yerə çəkən Siegel bu üsulun işə çox yaradığını deyir.

Cessika Parker gözətrafı ləkələri və mimik qırışları aradan götürmək üçün dərisini itburnu yağı ilə masaj edir.

Bundan əlavə gündə ən azı 4-5 stəkan itburnu çayı içən Parker, pambığı bu çay dəmləməsində isladıb gözlərinə qoyur. Bu üsulla gözlərindəki yorğunluğu aradan qaldırır.

Model Sindi Kroford südlü su ilə gözəlləşir.

Cazibədar xanım dərisinin yumşaq və nəmli qalması üçün suya bir miqdar süd qarışdırıb üzünü silir. Südün tərkibindəki protein, vitamin və aminoasidlər dərinin ehtiyacı olan nəmliyi təbii yolla bərpa edir.

Məşhur müğənni Meray Keri öz gözəllik sirrini belə açıqlayır.

Təmizlənmiş üz dərinizi süd və buz qarışığında isladılmış dəsmal ilə kompres edin. Bundan sonra dərinizin necə canlandığının şahidi olacaqsınız.

Aktrisa Culya Roberts üz dərisi, əlləri və dırnaqlarının baxımlı olması üçün zeytun yağından istifadə edir.

Həkimlərin fikrincə, zeytun yağının tərkibində olan omeqa 9, E, K vitaminləri əllər və dırnaqlar üçün çox xeyirlidir. Roberts həftədə 2 dəfə zeytun yağını əllərinə və dırnaqlarına çəkir.

Dünyaca məşhur model Keyt Moss hər gün bu maskadan istifadə edir
 
Xanımlar, diqqətli olun!!!... Maskanın tərkibi ilə sizi tanış edirik.

Hər səhər xiyar dilimləri və xırda buz parçalarına bir qədər soyuq su əlavə etməklə qarışıq hazırlayın və üzünüzə çəkin.

10 dəqiqə saxlayın və yuyun. Nəticəni isə ətrafdakıların sizə zillənmiş baxışlarından özünüz oxuyacaqsınız.


Şərhlər:
Baxılıb: 862
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz