Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Bu donu iri sinəli xanımlar geyinməsin!”
“Bu donu iri sinəli xanımlar geyinməsin!”
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1243
Səs ver:
"Herve Leger” moda evinin nümayəndəsi Patrik Kuderk qalmaqala səbəb olan açıqlamalar verib.

Belə ki, Kuderk bandaj donun dolu bədənli, iri sinəli və böyük ombalı xanımlar üçün uyğun olmadığını deyib. O, paltarı geyinməyi lezbiyanlara da qadağan edib:

"Əgər siz lezbiyan olduğunuzdan əminsinizsə, onda bu cür don almayın. Çünki lezbiyanlar kişisayağı paltarı daha çox xoşlayırlar. Siz sinələrinizin bir qədər sallandığını görməyə bilərsiniz. Amma yaşınız  50-55-i haqlayıbsa, onları nümayiş etdirməyə dəyməz. Özünüzü 23 yaşlı gənc qızlar kimi aparmayın!”

Bu bəyanat xanımların narazılığına səbəb olub. Məsələn, komediya aktrisası Marqaret Ço "Herve Leger” markasını boykot edib və sosial şəbəkədə belə bir status  yazıb:

"Herve Leger” brendinin qadınları bu şəkildə təhqir etməsinə çox təəssüflənirəm. Yadımdadır, 90-ci illərdə onların mağazasına getmişdim. Donu əlimdən dartaraq, bu, sizin ölüçlərinizə uyğun deyil, donu korlayarsınız, dedilər. Öz bədənindən utanan dizaynerlər, cəhənnəm olun! Biz nə istəyiriksə, onu da geyinəcəyik! Yaş, seksual oriyentasiya, bədən ölçüləri bu donu geyinmək üçün kriteriyalar olmamalıdır. Ey, mister Kuderk, lezbiyanlar bu donu almayacaq! Ümid edirəm ki, təkcə lezbiyanlar yox, digər qadınlar da sizin brenddən imtina edəcəklər!”

Yeri gəlmişkən, Kuderkin təmsil etdiyi brendin rəhbərliyi bu qalmaqala artıq münasibət bildirib:

"Şirkət Kuderkin açıqlamalarından şoka düşüb və hiddətlənib. Biz Londondakı həmkarlarımızla  vəziyyəti aydınlaşdırmağa və növbəti addımlar atmağa hazırlaşırıq. Mister Kuderkın sözləri brendin ideyası ilə uzlaşmır. Biz heç bir ayrı-seçkilik qoymadan qadınların öz zərifliyini, həssaslığını, qlamurluğunu vurğulamağın tərəfdarıyıq”.

Xatırladaq ki, sözügedən İngiltərə markası bandaj-donların ixtirası ilə tanınıb. Əfsanəvi bandaj-donlar 80-ci illərdə yaransa da, 2007-ci ildən məşhurlaşıb. İndi bu donların milyonlarla pərəstişkarı var.

Maraqlıdır ki, dizaynerin açıqlamalarının əksinə olaraq, bandaj-donları məhz dolu bədənli qızlar seçirlər.


Şərhlər:
Baxılıb: 1243
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz