Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəbdə abstrakt incəsənət
Dəbdə abstrakt incəsənət
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 685
Səs ver:
Abstrakt incəsənət həvəskarları payızda hamıdan çox sevinəcəklər. Çünki qarşıdan gələn mövsümdə mağazalarda onları art, gül və müxtəlif həndəsi formaların gözlənilməz birləşmələri gözləyir. "Balmain”, "Ferragamo”, "Dior”, "Sacai”, "Loewe”, "MSGM”, "Edun”, "Bottega Veneta” kimi məşhur moda evlərinin yeni kolleksiyaları məhz abstrakt detalları ilə diqqət çəkir.

Ümumiyyətlə, parlaq, əlvan kompozisiyaların, rəng yaxmaların dəbdə olması təzə xəbər deyil. Amma növbəti mövsümdə mövzu bir qədər dəyişib. Belə ki, bu mövsümdə nə akvarel, nə realizm, nə də hər hansı süjet yoxdur, yalnız təmiz abstraksiya hökm sürür. Məsələn, "Salvatore Ferragamo” moda evi Soni Delonun rəsmlərinin ən yaxşı ənənələrini davam etdirib, "Fendi” İsveçrə rəssamı Sofi Toyber-Arpın əsərlərindən bəhrələnib, "Dior” isə bəbir naxışlarını yeni interpretasiyada təqdim edib. Yeri gəlmişkən qeyd edək ki, "Dior”-un bu yeniliyi Anselma Reylinin  mücərrəd işlərinə çox yaxındır. Massimo Corsetti isə yeni kolleksiyasında yubkaları və kürkləri rəng bloku tərzində təklif edib.

Xüsusi vurğulamaq lazımdır ki, paltarlarda qurama ilə abstrakt rəsmlərin  yaradılması dəbə ən son daxil olan üsullardandır. Indi isə abstrakt incəsənətin digər bir istiqaməti - qara rəng üzərində əlvan boyalarla müxtəlif təsvirlərin çəkilməsi dəbə minir. Bu üsuldan istifadə edən ekspressionist Barnetta Robert Nyumanın yaratdığı mücərrəd şəkillərdən artıq "Versace”, "Givenchy”, "Proenza Schouler Byblos”, "Val Fatimmoda” kimi moda evləri istifadə ediblər.

İndiyədək istifadə olunan geniş dəyirmi formalar da öz yerini nazik zolaqlara, düzbucaqlı və dördbucaqlı biçimlərə veriblər. Odur ki, bu payız 80-ci illərin ruhunda cəsarətli kontrast rənglər seçməkdən çəkinməyin.

Beləliklə, rəngli həndəsi formalar 2015-ci ildə payızın əsas dekorativ tendensiyası olacaq. Onları həm gündəlik tərzə, həm də gecə tədbirlərinə uyğunlaşdırmaq asandır. Əgər  həm ciddi, həm təmkinli görünmək, həm də bu tendensiyayla  ayaqlaşmaq istəyirsinizsə, onda abstrakt aksessurlar seçin.

 

 



Şərhlər:
Baxılıb: 685
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz