Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sinə dekoltesini vurğulayan boyunbağılar
Sinə dekoltesini vurğulayan boyunbağılar
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1050
Səs ver:
Qiymətindən asılı olmayaraq, zərgərlik məmulatları və ya adi bijüteriyalar geyimi tamamlayır. Muncuqlardan və ya təbii daşlardan hazırlanan dəbdəbəli boyunbağılar, zəncirlər və digər bu kimi aksessuarlar qadın gözəlliyini və individuallığını vurğulamaq üçün yaradılıb.

Biz xanımlar təzə paltar almadan ona uyğun aksessuarlar üzərində düşünməyə başlayırıq. Təəssüf ki, xanımların bəziləri aksessuarlardan düzgün istifadə qaydalarını bilmir. Həmin qaydalardan biri budur ki, boyunbağının modelinə köynəyin və ya donun yaxasına görə qərar vermək lazımdır. Bəzi  hallarda isə boyun bəzəklərindən ümumiyyətlə imtina etmək daha yaxşıdır.
Paltara uyğun seçilmiş bəzək əşyaları qadın bədən quruluşunu daha incə göstərə, qüsurları gizləyə bilər. Qəşəng görünmək üçün isə bütün zinət əşyalarını birlikdə taxmaq doğru deyil.

Uğurlu bəzək əşyası seçərkən, sadəcə, "tarazlıq" qaydalarına əməl etməlisiniz.  Məsələn, aşağıdakı modellərlə boyunbağı taxmaq məsləhət deyil.
 
Assimetrik yaxalıqla
Körpücük sümüyünün ancaq bir tərəfi örtülmüş paltar ilə
Yaxalığında bant, lent və bu kimi nəzərə çarpacaq bəzək əşyaları olanlarla

Qayıqvari dekolte üçün boyunbağı
Qayıq formasında köynək və donlar bir neçə boyunbağı ilə uzlaşırlar. Uzun boyunbağı, orta uzunluqda və ya boynu "qucaqlayan” boyunbağılar bu cür dekolte ilə yaxşı görünürlər. İmkan daxilində kulonları dekolte xəttində dayanan bəzəklərdən uzaq durun.

"U” formasında dekolte
Yaxalığı "U” formasında olan paltarlar üçün bəzək əşyalarını dekoltenin dərinliyindən asılı olaraq seçmək lazımdır. Belə paltarlar iki növ - ya yarımdairəvi zərgərlik məmulatları, ya da vizual olaraq köynəyin yaxalığına bənzəyən boyunbağılarla yaraşır.  Onu da unutmayın ki, boyunbağı dekoltedən aşağı olmamaldır.

"V” dekoltesi
Belə paltarlar üçün üçkünc formanı xatırladan kulonlar və sırğalar lazımdır. Dekolte formasını təkrarlayan kulon diqqəti sinədən yayındırır.  Kokteyl donlar ilə daha yüngül boyunbağılar uyğun gəlir. Dərin sinə dekolteli ziyafət libasları  ilə isə ağır bəzək əşyaları daşımağa dəyməz. Nazik gümüş və ya qızıl boyunbağı kifayət edir.
Dairəvi kulon da "V" dekoltesi ilə effektli görünür.  Bu cür kulon geyimlə mükəmməl harmoniya yaradacaq.

Kvadrat formasında dekolte üçün boyunbağı
Bu cür köynəklə boyunbağı nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Mürəkkəb bəzək əşyaları bu yaxaya qətiyyən yaraşmır. Məsələn, qısa və boyuna tam oturan boyunbağı və ya ikiqat bəzək əşyaları, müxtəlif mirvarilər kvadrat formasında dekolte ilə yaxşı görünürlər. Boyunbağı dekoltedən aşağı olmalı və onu örtməməlidir.

Assimetrik sinə dekoltesi üçün boyunbağı
Assimetrik dekoltesi olan paltarlar hər hansı boyunbağı, mirvari və bu kimi digər əşyaları rədd edirlər. Belə geyimlər özü kifayət qədər diqqət cəlb etdiyindən bər-bəzəyi qəbul etmirlər.  Bu halda üstünlüyü qolbaq və üzük dəstlərinə vermək lazımdır.

Açıq çiyinlər üçün boyunbağı
Açıq çiyinli paltarlar istənilən boyunbağını taxmağa imkan verən universal geyimdir. Habelə, dairəvi formalı bəzək əşyaları çox uğurlu seçim hesab olunur. Bu cür boyunbağılar diqqəti sinədən yayındıracaq, boynu vurğulayacaq.

Hər hansı bəzək əşyası seçərkən unutmayın ki, minimal sayda bəzək və aksessuarlar – daha yaxşı zövqün əlamətidir. Ona görə də bəzək əşyası seçərkən müvafiq sayda olmasına fikir verin. Əgər geyiminiz çox təmtəraqlıdırsa, bu halda zinət əşyaları və aksessuarlardan çox az istifadə etmək tövsiyə olunur. Gündəlik geyimi 3 bəzək əşyası ilə məhdudlaşdırmalısınız. Ziyafət paltarlarında da say eynidir. Lakin daha bahalı zinət əşyalarına üstünlük verməlisiniz.

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 1050
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz