Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəkillərdə gözəl görünmək üçün xüsusi makiyaj üsulları
Şəkillərdə gözəl görünmək üçün xüsusi makiyaj üsulları
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1495
Səs ver:
Toy günündə makiyajınız ideal olsa da, siz istədiyiniz kimi gözəl görünsəniz belə, bu, şəkillərdə və video görüntülərdə heç də belə görünməyə bilər. Yaşanan gözəl anların yalnız şəkillərdə əksini tapmasını nəzərə alsaq, bu mövzu hər bir gəlin namizədi üçün maraqlı olmalıdır, çünki heç bir gəlin şəkillərində yağdan parıldayan dəri, normadan artıq rənglənmiş göz qapaqları və ya dodaqlar, üzə çıxan dəri problemlərini görmək istəməz. Makiyajı özünüz etməli olsanız və ya elətdirməli olsanız belə verəcəyimiz məsləhətləri mütləq nəzərə alın.

Makiyajdan əvvəl üzünüzü makiyaj təmizləyicisi ilə təmizləyin. Daha sonra nəmləndirici krem çəkin. Üz cizgilərinin, yanaqların daha aydın və gözəl görünməsi üçün tonlaşdırma çox vacibdir. Tonlaşdırmada istifadə etdiyiniz rənglər qətiyyən tünd olmalı deyil, onlar şəkildə ləkə və ya düzgün olmayan kölgələr yaradaraq obrazınızı tamamilə korlaya bilər.

Göz qapaqlarının makiyajında ilk olaraq makiyajın qalıcı olması, yayılmaması üçün göz qapaqlarını bütünlüklə kirşanla və ya korrektorla örtmək lazımdır. Daha sonra baxışlara istilik qatmaq üçün göz qapaqlarının ortası şaftalı rənginə yaxın kirşanla rənglənməli və ehmalca elə yayılmalıdır ki, rənglərin tam sərhədi bilinməsin. Bundan sonra göz rənginə uyğun olaraq qəhvəyi və ya digər tonlar istifadə oluna bilər, göz altları isə təbii kölgələrlə azacıq rənglənir. Sonra kipriklərin diblərinə layner çəkilir.

Kiprikləri qısa və ya seyrək olan xanımlar üçün ən ideal variant taxılan kipriklərdir. Bu kipriklərdən ən təbii görünəni tək və çox da uzun olmayanlarıdır. Burada uzunluq deyil, sıxlıq daha vacibdir, çünki isti, gözəl və maraqlı baxışları kipriklərin sıxlığı yaradır. Bundan başqa, kiprik taxmayan xanımlar əgər özləri bunu edəcəklərsə ən ideal variant elə tək kipriklərdir. Kipriklərin dibləri görünməsin deyə yenidən qələm və ya laynerlə rənglənir və sonra tuş çəkilir. Qaşları öz rənginə uyğun qələm və ya göz kölgəsi ilə bir az rəngləmək məsləhətdir, bu zaman onların sərhədi bilinəcəyi üçün cizgiləriniz üzə çıxacaq və gözəl görünüş yaradacaq.

Almacıq sümüklərini qabartmaq üçün onların üzərinə açıq-şaftalı rəngli və ya dəri rənginə uyğun olan ənlik çəkilir. Onun tünd və ya çox tünd olması qətiyyən məsləhət deyil. Ənlik yuxarı doğru elə yayılmalıdır ki, tamamilə hamar görüntü yaransın, rəngi hər tərəfə bərabər yayılmalıdır.

Dodaq boyasına gəldikdə isə dodaqların kənarlarını qələmlə haşiyəyə almaq və dodağın özünü də bir az qələmlə rəngləmək məsləhətdir. Qırmızı və ya daha tünd rəngli dodaq boyaları şəkildə heç də gözəl olmayan mənzərə yarada bilər. Üz nahiyəsində tünd tonların düzgün istifadə olunmaması isə göyərmiş izlər kimi çox pis görüntü yarada bilər.

Ən vacib hissələrdən biri T-zonadır və həmin nahiyənin yağlı, parıltılı görünməməsi üçün kirşan və ya salfeti unutmayın. Dəriniz qızarmağa meyllidirsə və ya ləkəlidirsə, mütləq xüsusi korrektorlar vasitəsilə onları örtün.

Əlbəttə ki, makiyajın sirlərini bilməklə yanaşı, şəkillərinizi mütləq işinin professionalı olan fotoqrafa həvalə edin.


Şərhlər:
Baxılıb: 1495
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz