loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı rənglər dəbdə olacaq?
Hansı rənglər dəbdə olacaq?
Göndərən: Menim balam
Şərhlər:
Baxılıb: 1427
Səs ver:
Artıq isti yay günləri sona yetdi. Qarşıdan sərin payız və qış ayları gəlir. Bəs görəsən üzümüzə gələn mövsümdə hansı rənglər dəbdə olacaq? Bu ilin dəbi nələr vəd edir? Axı hamı dəbli görünmək istəyir.

Bunlara cavab tapmaq üçün ölkəmizin aparıcı modelyeri Fəxriyyə Xələfovadan bir sıra məsləhətlər alıb. Bu və gələn illərin payız-qış mövsümündə geyimlərində açıq rənglər aktual olacaq. Hətta üst geyimlərində belə çəhrayı, bənövşəyi, mavi rəngin açıq tonlarına üstünlük veriləcək.

Mövsümün dəyişməsi ilə əlaqədar olaraq trençlər daha çox dəbdədir. Onların uzunluğu müxtəlifdir. Bu il uzunluğu dizdən 4 barmaq yuxarı olan trençlər aktual olacaq. Mövsümün hiti isə trençlərdə hansısa hissəsi (qollarda, beldə) rezin ilə yığılması sayılacaq. O cümlədən trençlərdə idman elementləri də müşahidə olunacaq.

Payız mövsümünün əsas elementi trençlər olduğuna görə digər elementlər də öz növbəsində ona uyğunlaşdırılır. Maraqlısı odur ki, bu il əsasən avanqard stildə olan rəngli ayaqqabılar daha çox dəbdə olacaq. Artıq uzun burun və dik daban ayaqqabılar dəbdən düşüb. Qısası, bu il ayaqqabı almaq istəyən xanımlar bir rəngdə olan ayaqqabıları axtarmamalıdırlar. Ayaqqabı alarkən onun üzərində müxtəlif kəmərlərin və zamokların olması da aktual olaraq qalır.

Klassik stili sevənlər üçün də deyək ki, xeyli dəyişikliklər var. Belə ki, bu stilə bir az romantik elementlər də daxil edilib. Məsələn, klassik stildə geyimin üzərində şifon və güllərin olması da məsləhət görülür. Hətta palto, pencək və ətəklərin də üzərində güllərin olması sezonun hiti sayılacaq.

Gecə geyimlərinə gəldikdə isə onların üzərində bir iri gül printin olması aktual olacaq. Payız yaz aylarında əsasən trikotajdan olan pançola nakidkalar dəbdə olacaq. Bu geyimlərin üzərində en çox folklor, etnik və hətta xalça naxışlarının olması müşahidə olunacaq. Ətəklərə gəlincə bu il daha çox dizə qədər və uzun olan yun ətəklər aktual olacaq. Klyoş şalvarlar yenidən dəbə qayıdır. Daha çox enli klyoş şalvarlar dəbdə olacaq. Bununla yanaşı dəridən olan ətəklər, gödəkçələr, şalvarlar da dəbdə olacaq.

Baş örtüklərinə gəldikdə isə əsasən idman üslubunda olan qaşlı kepkalar aktual olacaq. Bundan əlavə trikotajdan olan şərflər, toxunma əlcəklər dəbdə olacaq. Onlardan isə yarımçıq və barmaqsız əlcəklər yenidən qayıdacaq. Aksesuarlara gəldikdə isə bunlardan isə folklor stilində olan muncuqlar, taxtadan, metal və taxta qarışığından olan afrika stilində aksesuarlar dəbdə olacaq.

Sonda modelyer Fəxriyyə xanım onu da əlavə edib ki, bu ilin dəbi çox gənc avanqard və pozitivdir. Bütün geyimlərdə neon xətlər də aktual olacaq. Daha çox diskoteka stilində olan geyimlərin dəbdə olması gözlənlir.

Şərhlər:
Baxılıb: 1427
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz