Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Daim qüsursuz görünən məşhurların pəhriz sirləri
Daim qüsursuz görünən məşhurların pəhriz sirləri
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 982
Səs ver:
Dəbin və yeni gözəllik etalonlarının formalaşmasında məşhur xanımların rolu böyükdür. Bu səbəbdən də gözəl görünmək istəyən qadınların, adətən, məşhurlardan nümunə götürməsi, onların geyim və saç tərzini təqlid etməsi təəccüblü hal deyil.

Bəs, görəsən, gözəl məşhurlar ideal çəkilərini necə qoruyurlar?

Cennifer Lopez: Daim gözəl qalmağı bacaran müğənni çəkisini saxlamaq üçün böyük səy və güc sərf edir. Gözəl məşhur ürəyi istədiyi hər şeyi yediyini, lakin şirniyyatda özünə məhdudiyyət qoyduğunu  deyib. Pop diva gözəlliyini idmana və rəqsə borcludur. Bundan başqa, 46 yaşlı müğənni hər  gün çoxlu su içir və meyvə-tərəvəz yeyir.

Demi Mur: Dünyaca məşhur gözəllər arasında yer alan Demi Mur 51 yaşında olmasına baxmayaraq, son dərəcə qüsursuzdur. Demi Mur orqanizminin şirniyyata olan ehtiyacını ödəmək üçün alma dilimlərinin üzərinə fıstıq əzməsi sürtüb yeyir.

Miranda Kerr: Füsunkar gözəlliyə malik olan məşhurlardan biri də Miranda Kerrdir. Gözəl model yeməklərinə hind qozu yağı əlavə etdiyini, həmçinin, yoqa və pilateslə məşğul olduğunu deyib.

Madonna: Dəlisov müğənni Madonna isə olduqca fərqli bir pəhriz tətbiq edir. Onun sözlərinə görə, yeməkləri hazırlayır, iyləyir, amma yemir.

Karmen Elektra: Amerikalı modelin də pəhrizi qəribəliyi ilə seçilir. Dünyaca məşhur gözəllər arasında yer alan Karmen Elektranın pəhriz sirri qreypfrut yağıdır. Məsələ burasındadır ki, model qreypfrut yağını ancaq iyləməklə kifayətlənir. Deyilənlərə görə, bu yağın qoxusu toxluq hissi aşılayır.
 
Cennifer Eniston: Məşhur gözəl səhər yeməyi yemir. Bunun əvəzinə yağlarını yandırması üçün bir stəkan limon suyu içməyə üstünlük verir.


Şərhlər:
Baxılıb: 982
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz