Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Karbohidrat düsturu ilə daim ideal çəkidə qal!
Karbohidrat düsturu ilə daim ideal çəkidə qal!
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 878
Səs ver:
Pəhriz saxlayan və ya sağlam həyat tərzi ilə maraqlananlar bilir ki, insanın kökəlməsinin əsas səbəbi qəbul etdiyimiz karbohidratlardır. Tərəvəzlərdən meyvələrə, yeməklərdən şirniyyatlara kimi, demək olar ki, hər şeyin tərkibində karbohidrat var. Karbohidrat orqanizm üçün gərəkli olduğundan ondan tamamilə imtina etmək mümkün deyil. Bütün bunları nəzərə alan sağlam qidalanma mütəxəssisi və diyetoloq Alan Eraqon ideal çəkidə qalmaq və ya arıqlamaq istəyənlərə yeni bir düstur verib.

Diyetoloq iddia edir ki, "karbohidrat hesablama düsturu” adlanan bu üsulla daim ideal çəkidə qalmaq mümkündür

Diyetoloq bildirir ki, fiqurasını qorumaq istəyən hər bir kəs gündə maksimum nə qədər karbohidrat qəbul edə biləcəyini hesablamalıdır. Hər bir insanın maddələr mübadiləsinin sürəti və orqanizminin karbohidrata olan ehtiyacı fərqlidir. Ona görə də, gündəlik olaraq qəbul edəcəyiniz karbohidrat miqdarını hesablayarkən bunları nəzərə almalısınız.

Alan Eraqon bildirir ki, gün ərzində çox hərəkət etməyən, ofis şəraitində işləyən insanlarla, aktiv həyat tərzi olan, idmana vaxt ayıran insanların qəbul etməli olduğu karbohidrat dəyəri eyni ola bilməz. Bunu nəzərə alaraq, diyetoloq ideal karbohidrat dəyərini hesablamağın 3 yolunu təklif edir:

1. Ofisdə işləyir,  həftədə bir və ya iki dəfə 1 saat idman edir, bədəninizdəki yağlardan xilas olmaq istəyirsinizsə,nail olmaq istədiyiniz çəkini 1-ə vurun.

2. Əgər gündə 1 saatdan artıq idmanla məşğul olursunuzsa, hədəfiniz olan çəkini 2-ə vurun. 

3. Əgər gündə ən az 2-3 saat idman edir, sonradan əzələyə  çevirmək üçün bir az kökəlmək istəyirsinizsə, ideal hesab etdiyiniz çəkini 3-ə vurun.

Əldə etdiyiniz rəqəm hər gün qəbul etməli olduğunuz karbohidrat göstəricisidir.


Şərhlər:
Baxılıb: 878
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz