Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamar qarın üçün 10 qızıl qayda
Hamar qarın üçün 10 qızıl qayda
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 3183
Səs ver:
Hamar qarına sahib olmaq üçün pəhriz saxlamaq kifayyət etmir. Bunun üçün bir çox idman hərəkətlərinə və vərdişlərə əməl etmək vacibdir. Diqqətinizə sizi arzusunda oldugunuz qarına sahib edəcək 10 qızıl qaydanı çatdırırıq...
 
Rahatlanın
Stress – piyin qarın nahiyəsində yığılmasının ilk səbəbidir. O, piyin qarında toplanmasına səbəb olan kortizol hormonunun səviyyəsini artırır. Gərginliyi aradan qaldırmaq üçün belə bir hərəkət yarayar:
Sakit və rahat bir yerdə əyləşin. Ağciyərlərinizə bacardığınız qədər çox hava çəkin və asta-asta nəfəs verin. Dərindən nəfəs alaraq hər nəfəs vermə zamanı "bir” sözü söyləyin. Bu hərəkəti gündə bir-iki dəfə 5-10 dəqiqə ərzində etmək lazımdır.
 
Spirtli içkiləri unudun
Nahar vaxtı qəbul olunmuş bir qədəh şərab – və siz artıq şalvarınıza sığmırsınız. Alkoqol da kortizol səviyyəsini artırmaqla piyin qarın nahiyəsində toplanmasına səbəb olur.
 
Siqaret çəkməyin
Siqaret çəkənlərin əksəriyyəti isbat edir ki, papiros çəkmək arıq qalmaqda onlara kömək edir. Lakin məsələ ondadır ki, papiros çəkənlərin qarın nahiyəsində çəkməyənlərə nisbətən  daha çox piy toplanır.
 
Lifli qidadan daha çox istifadə edin
Bu, çəkinin azalmasına müsbət təsir edir (liflər mədəni doldurur və aclıq hiss olunmur). Eyni zamanda qarın köpünə səbəb ola biləcək qəbzlik törətmir. Hər gün dənli bitkilər, meyvə  və tərəvəz, yaxud qida əlavələri şəklində 25 – 38 q lifli qida yemək kifayətdir.
 
Çoxlu su için
Menstruasiya önü dövrdə çoxlu su için. Bu, orqanizmin ümumi vəziyyətinə zərər yetirmədən  köpü aradan qaldırmağa kömək edəcək.
 
Sümükləri unutmayın
Osteoporoz – sümükləri zədələyən xəstəlikdir. Zəif onurğa sümükləri orqanizmin çəkisini saxlaya bilmir ki, bu da sonradan belin bükülməsinə gətirib çıxara bilər. Yaşınız 50 və daha çoxdursa, hər gün qida ilə  1200 mq kalsium qəbul etmək lazımdır. Yaşı 50-dən az olanlar üçün gündəlik kalsium norması  1000 mq-dır.
 
Aerobika məşqləri
Nə qədər ki əzələlər piy qatı ilə örtülmüşdür, heç bir fiziki hərəkət qarını düzəltməyə kömək etməz. Ən yaxşı  üsul –həftədə beş dəfə 45-60 dəqiqə ərzində aerobika ilə məşğul olmaqdır.

Qarnınızı çəkin
Təsəvvür edin ki, içərinizdə qarnınızı onurğanıza tərəf çəkən bir maqnit var. Maksimal dərəcədə qarnınızı içəri çəkin və tezliklə bu, nəfəs almaq kimi bir vərdişə çevriləcək. Bunu yada saldığınız hər an etsəniz tezliklə adət edəcəksiniz.
Artıq çəkidən azad olun
Qarşınıza məqsəd qoyun- həftədə iki-üç dəfə fiziki hərəkətlər edin. Qaydalara riayət etsəniz 50 yaşınızda belə 20 yaşınızda geyindiyiniz paltara sığa biləcəksiniz.
Qarın əzələlərini yükləyin
Fiziki hərəkətləri bacardıqca ayaq üstə edin. Bu zaman qarın əzələləri də işləyir. Bu, bədəni müəyyən çəkidə saxlamaq və onu möhkəmləndirməyə kömək edir. Özünüzə fikir verin. Duruşunuz həmişə düzgün, qarın əzələləri isə içəri çəkilmiş olmalıdır.


Şərhlər: 10
Baxılıb: 3183
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GUNAY83
Qarnim yaxsiki duzdu
14 sentyabr 2015 15:07
# 10
emis
Bu usullarin her birini emel edirem gorunusum ucun qadinda en nifret etdiyim qadinlarda qarinin olmasidi ve ya sallaq etlerinin artiq cekinin olmasidi ona gorede bele bir prablemimin olmasina hec vaxt imkan vermemisem. Istediyim cekide qaliram ve derimde hamardi memnunam. Dogrudu bu usulu ehtiyaci olanalar mutleq etmelidirler ayaquste olanda hereket edende qarninizi icinize cekilmis veziyyetde durmalisiniz ariqlamaginiza daha cox komek edekcek.tesekkurler.
14 avqust 2015 22:12
# 9
BARBI
Derim cox hamardir. Hec bu usullara ehtiyac yoxdur.
14 avqust 2015 00:45
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Aydan Habili
Maksimal dərəcədə qarnınızı içəri çəkin və tezliklə bu, nəfəs almaq kimi bir vərdişə

Cevrilecey

Göresen düzdür burda xanımlar yazdı səhf malumatdur casdim qaldim
14 avqust 2015 00:25
# 7
xeyalperest
Sitat: Catwoman666
Sondan 3-cü ilə razı deyiləm. Qarnı içəriyə çəkmək olmaz. Ziyanlıdır.

...666...

eslinde duz deyirsiz bele bir xeber vardi hetda qarni iceri cekmeyin ziyanlari haqda
13 avqust 2015 21:01
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Catwoman666
Sondan 3-cü ilə razı deyiləm. Qarnı içəriyə çəkmək olmaz. Ziyanlıdır.

...666...
13 avqust 2015 19:56
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Faydali meslehetdir, ancaq qarnimla bagli kompleksim yoxdur, istediyim formadadir.
13 avqust 2015 19:12
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
WiRiN BaLaM
qarını çəkmək məsələsi xoşuma gəldi )))
13 avqust 2015 18:21
# 3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
roksi1995
bezen fiziki hereketler edirem amma stress cox olur mende ona gore istediyim cekini ala bilmirem
13 avqust 2015 15:44
# 2
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
vipbetul
bezi idman hereketleriyle onsuzd qarini eritmek olur
13 avqust 2015 13:07
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz