Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cavan qalmağın 10 sirri
Cavan qalmağın 10 sirri
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1631
Səs ver:
Hər bir insan gec və ya tez özünə belə bir sual verir – cavanlığımı necə qoruyum? Bu suala cavabı psixoloq və dietoloqlardan ibarət həkimlər qrupu tapıb. Onların ixtira etdikləri 10 məsləhətdən ibarət cavanlıq resepti özündə saglam həyat tərzini əks etdirir. Həkimlər əmindirlər ki, deyilən məsləhətlərə əməl etməklə qocalmanı dayandırmaq, ömrü isə xeyli uzatmaq mümkündür. Resept əsasında aparılan təcrübələr onu da göstərib ki, qaydalara riayət edən insanlar yaşından asılı olmayaraq özünü həm də gümrah və enerjili hiss edə bilər.
 
1-ci məsləhət: Cox yeməyin
Qəbul edilmiş gündəlik 2500 kalori əvəzinə 1500 kalori ilə kecinməyə calışın. Bununla siz huceyrələrinizə düşən yükü 50 faizə qədər azaltmış və onların aktivliyini təmin etmiş olarsınız. Çünki nə qədər yüklənirsə onların yenilənməsi bir o qədər tezləşir (hüceyrələr tezləşdikcə belə demək olarsa onların orqanizmdə təzələnməsi limiti vaxtından əvvəl bitir) bununlada orqanizmin xəstəliklərə və mikroblara qarşı gücü azalır.
 
2-ci məsləhət: Qida rasionunuz yaşınıza uygun olmalıdır
Məsələn yaşı 30-dan yuxarı olan qadınlar qündəlik qidalarına az miqdarda qara ciyər və qoz ləpəsi daxil etməklə qırışların yaranmasını 10 ilədək ləngidə bilərlər. 40 yaşından yuxarı qadınlar isə daha cox tərkibində betakarotin (yerkökü, yumurta sarısı və sair sarı rəngli qidaların tərkibində olan narıncı-sarı rəngli piqment) olan qidalar qəbul etməlidir. Bu yaşda olan kişilər isə tərkibində selen maddəsi olan pendir və qara ciyər kimi qidalar qəbul etməlidirlər. Xatirladaq ki, selen stressin qarşısını alan ən effektiv maddə hesab olunur. 50 yaşını ötmüs insanların qida rasionunun əsasını isə maqni ilə zəngin ərzaqlar tutmalıdır. Ömrünü yarı etmiş insanların həmçinin balıq və digər dəniz məhsullarından istifadə etməsi də vacibdir. Cünki bu məhsullar ürək-damar xəstəliklərinin qarşısını alır və qanın dövretməsini əngəlləyən səbəbləri aradan qaldırır.
 
3-cü məsləhət: İş insanın cövhəridir
Ataların yüz illər əvvəl dedikləri bu məsəl günümüzdə elmi təcrübə ilə sübuta yetirilib. Belə ki, tədqiqatlar nəticəsində məlum olub ki, aktiv həyat tərzi sürən insanlarda qocalma və artıq çəki probleminə digərlərinə nisbətən 80 faiz az rast gəlinir. Yeri gəlmişkən qeyd edək ki, orta yaşlarında fiziki işlərlə məşğul olan insanlar yaşları ötdükdə belə formalarını qorumaq üçün bəzi "ağır” işlərlə məşğul olmalıdırlar. Məsələn yer bellemək, odun qırmaq və s. Şəhər yerlərində yaşayanlar isə bu işləri pıyada gəzintilərlə də əvəz edə bilərlər. Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istərdik: Tədqiqatlar nəticəsində müəyyən edilib ki, dirijorlar, filosaflar, rəssamlar və ruhanilərdə qocalma prosesi daha ləng gedir. Bu isə həmin peşələrin hələ də sirli qalan məqamlarıdır.
 
4-cü məsləhət: Öz tayını tap
Qocalmanin qarşısını alan ən effektiv vasitələbdən biri də qəribə də olsa sevgi və nəvazişdir. Alimlər müəyyən ediblər ki, sevən insanların orqanizmi endofin maddəsi ifraz edir ki, bu maddəni də qeyri rəsmi olaraq xoşbəxtlik hormonu adlandırırlar. Endofin immun sistemini gucləndirir və insan simasına qeyri-adi xoşbəxtlik cizgiləri qatır. Odur ki, qocalmaq istəməyənlər öz yaxınlarından sevgi və nəvazişlərini əksik etməməli, gündə heç olmasa bir neçə dəfə dillərinə "səni sevirəm” kəlməsini gətirməlidirlər.
 
5-ci məsıəhət: Əqidənizdə möhkəm olun
Həyatda şüurlu şəkildə yaşayanlar əks qütbdə dayananlara nisbətən daha az depressiya və ruh düşgünlüyü ilə üzləşirlər. Çünki onlar öz yollarını özləri seçirlər və hər hansı bir verərkən onun bütün mənfi və müsbət tərəflərini düşünürlər. Elə bu səbəbdən də hətta ən pis vəziyyətə düşdükdə belə ona əvvəlcədən hazırlıqlı olurlar.
Öz yolu və əqidəsi olmayib həyatın axarı ilə gedənlərdə isə qocalma və depressiya halları daha tez baş verir. Statistika da göstərir ki, intihar hallarının əksər hissəsi məhz bu tip insanların payına düşür.
 
6-cı məsləhət: Hərəkət həyatdır
Tədqiqatlar nəticəsində sübuta yetirilib ki, gündəlik olaraq 8-10 dəqiqə idmanla məşğul olan insanlarda qocalma daha gec baş verir. Çunki mütəmadi hərəkət etməklə 25-30 yaş arasında orqanizmdə kəsilməli olan boy hormonunun ifrazı müddətini xeyli uzatmaq mümkündür. Bu zaman boyunuz artmasa da inkişaf prosesi ən azı 5 il artıq davam edəcək.
 
7-ci məsləhət: Sərin otaqda yatın
Beynəlxalq həkimlər qrupunun tapıntılarından biri də yataq otağındakı hərarətin qocalmaya təsiri ilə bağlı olub. Onlar aydınlaşdırıblar ki, 17-18 dərəcə hərarət olan otaqda yatan şəxslərdə qocalma prosesi daha ləng gedir. Alimlər bunun səbəbini mulayim iqlimdə orqanizmdə maddələr mübadiləsinin daha ləng getməsi ilə izah edirlər. Prosesin ləng getməsi isə hüceyrələrin tez qocalmasının və tələf olmasının qarşısını alır. Sərin hava amili həmçinin mülayim iqlimli regionlarda yaşayan insanlara da təsir edir. Belə ki, orta iqlim qurşağinda yaşayan insanlar digər iqlim şəraitində yaşayanlara nisbətən daha gec qocalır və uzunömürlü olurlar.
 
8-ci məsləhət: Kefinizdən qalmayın
Bəzən həkimlər müəyyən xəstəliklərə meylli olan insanlara hər hansı bir işi görməyi və ya qidanı qəbul etməyi qadağan edirlər. Qəribə də olsa beynəlxalq həkimlər qrupu öz kolleqalarının bu tip tövsiyyələrini də insanı qocaldan insanı qocaldan amillər sırasına daxil edirlər. Onların fikrincə qadağalara rəğmən bəzi vaxtlarda onlardan kənara çıxmaq lazımdır. Çünki qadagalar adətən dadlı və şirin qidalara aid edilir. Və bu zaman insan nəfsi ilə həkim məsləhəti arasında seçim etməli olur – nəfsi şəkdiyi yeməyi istəsə də həkim qadagası onun qarşısını kəsir. Bu qarşıdyrma isə insanda əsəsb, stress və psixoloji gərginlik yaradır. Sözügüdən amillər isə qocalmaya aparan əsas səbəblərdən hesab olunur. Odur ki, bəzən həkimlərin qoyduqları qadağalara rəğmən nəfsinizin də sözünə baxmalısınız. Ancaq bir şərtlə ki, bu adət halını almasın.
 
9-cu məsləhət: Hisslərinizi gizlətməyin
Özünü daim hər şeydə təqsirli bilmək və həyatın bütün uğursuzlqlarında yalnız özünü günahlandırmaq da qocalmağa və qorxunc xəstəliklərə mübtəla olmağa səbəb olur. Həkimlər belə insanlara bir az "bivec” olmağı, hər şeyi ürəklərinə yaxın buraxmamağı məsləhət görürlər. Psixoloqların fikrincə insan şadlığını və əsəbiliyini biruzə verməlidir. Hisslərini qəlbində boğan insanlar həyatda daim uğursuzluqlf qarşılaşir, sevgilərindən məhrum olur və daim əzilirlər. Bütün bunlar isə son nəticədə onlarda psixika pozğunluğu, ruh düşkünlüyü və stress yaradır.
 
10-cu məsləhət: Beyninizi məşq etdirin
Adətən zehni işlə məşğul olanların tez qocalmaları haqda fikir söylənilir. Lakin son tədqiqatlar bunun əksini sübut edir. Sən demə əqli insanın qocalmasina və peşə xəstəliklərinə mübtəla olmasına onun hansi işlə məğul olması təsir etmir. Peşə xəstəliklərinin səbəbi isə işə həddən artıq aludə olduqda və ya əmək gigiyenasına əməl etmədikdə yaranır. Odur ki, "zehni iş insanı qocaldir” deyib beyninizi passivləşdirməyin. Həm də zehni iş dedikdə təkcə elmi iş nəzərdə tutulmur. Beyni passiv saxlamamaq üçün dükandan alver edərkən yekun qiyməti hesablamağınız da kifayət edir. Zehni məşğuliyyətin ən sadə yolu ısə krossvord həll etməkdir. Bununla siz həm boş vaxtınızı səmərəli keçirər, həm də özünüzü və beyninizi qocalmaqdan qorumuş olarsınız.


Şərhlər: 11
Baxılıb: 1631
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sevincka
lazımlı xəbərdi amma mən qabaqları çox yeyirdim indi az yeyirəm
2 sentyabr 2015 11:29
# 11
xeyalperest
amma men krasvord oynayanda basim agriyir
16 avqust 2015 19:55
# 10
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Catwoman666
Faydalı məsləhətlərdir. Amma nə yazıq ki, çox az insan (içi mən qarışıq) bu məsləhətlərin hamısına əməl edir.

...666...
16 avqust 2015 16:48
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Cox gozel meslehetdir, tesekkur.
15 avqust 2015 18:23
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GULTEKIN MEMMEDOVA
Off dietadayam bu deyqe telefonuda yiyerem
15 avqust 2015 18:15
# 7
111222
sevgi dunyam
men en coox idman edirem
15 avqust 2015 16:55
# 6
Mezun 11a...2016
ALESSANDRA
oyy men cox yiyirem 09
gerey biaz azaldim yimeyimi)
geleceyde lazim ola biler mene
15 avqust 2015 16:14
# 5
Don't trust anyone ∆
vipbetul
heleki cavaniq
15 avqust 2015 15:06
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
teri meri
çox faydalı məsləhətdi düzgün qidalanma yuxu rejmi fəal həyat tərzi sağlam və cavan qalmaq üçün önəmlidir
15 avqust 2015 14:28
# 3
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Tomris Müslümova
Çox gözəl məsləhətlərdi qadın üçün əsasda öz tayını tap deməkdə çox doğru nüansa toxunulub...
15 avqust 2015 13:19
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Genc qalmagin en onemli sirri stresden uzaq olmaqdir. Birde rejimle qidalanmaq yatmaq idman etmekdir
15 avqust 2015 13:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz