Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaş alarkən edilən səhvlər
Qaş alarkən edilən səhvlər
Göndərən: Nazlı_qız
Şərhlər: 20
Baxılıb: 1843
Səs ver:
Qaş şəkliniz üzünüzdəki ifadəni təyin edir. Ancaq edilən bəzi qaş alma səhvləri, həm ifadənizi dəyişdirir, həm də üzünüzdə pis bir görüntü yaradır. Qaş alarkən ən çox edilən səhvləri təyin etdik. Qaşlarınızı almadan əvvəl mütləq bu yazımıza göz gəzdirin.

Hər iki qaşın da eyni olması üçün cəhd etmək
Qaşlarınızı alarkən birinin nazik olduğunu fərq etdiyinizdə, digərini də naziltməyə çalışmayın. Əgər düzəltmək üçün qaşlarınızı almağa davam edərsiniz, iki qaşınız da birdən ip kimi olacaq.

Hər gün qaş almaq
Qaşlarınızı hər gün almağa, ən kiçik tük dənəsini belə yox etməyə çalışırsınızsa, bu səhvə yol verməyin. Qaşlarınızın düzgün və eyni nisbətdə uzanması üçün onlara vaxt verin. Qaşlarınız kifayət qədər çıxdığında, hamısını birdən alın ya da bir professional yardım alaraq üzünüzə ən uyğun qaş formasını təyin edin.

Duşdan əvvəl qaş almaq
Qaşlarınızı hər zaman duşdan sonra alın. Məsamələriniz duşda olduğunuz zaman isti su və buxardan təsirlənərək açılır və dərinizi nəmləndirərkən, tük köklərini də qidalandırar. Köklərinin qidalanması, qaşlarınız daha sürətli uzanmasına səbəb olur.

Səhv yerdən qövs vermək
Qaş qövsünüzü səhv yerdən verməniz, üz ifadənizə mənfi təsir edər. Üzünüzə ən uyğun qövsü tapa bilmək üçün, bir qələmi burnunuzun kənarından göz bəbəyinizə doğru tutun. Qələmin ortaya çıxardığı nöqtə, üzünüzə ən uyğun qövsü təyin edər.

Maqqaşla qaşın üst qisimlərini almaq
Qaşlarınızı formaya salarkən maqqaş istifadə edirsinizsə, yalnız əzələnizin qövs bölgəsini maqqaşla alın. Əzələnizin üst hissələrini maqqaşla səliqəyə salmağa cəhd etsəniz formasını poza bilərsiniz.

Güzgüyə çox yaxından baxaraq qaşları almaq
Güzgüyə çox yaxından baxırsınızsa, ya da güzgünün böyüdücüsü ilə qaşlarınızı alırsınızsa səhv edirsiniz, bu qaşları olduğundan daha çox göstərir. Güzgüyə yaxından baxmaq, qaşlarınızı naziltmənizə və formasını pozmanıza səbəb olar. Bunun yerinə geniş bir güzgünün qarşısına keçin və üzünüzün hamısını görəcək şəkildə dayanaraq qaşlarınızı alın.

Qaş cədvəlləri istifadə etmək
Kosmetik məhsullar satıkan mağazalarda satılan hazır qaş cədvəllərini (şablonlarını) istifadə edərək, ordakı qaşlara baxaraq qaşlarınızı əsla almayın. Üzünüzə ən uyğun qaş modelini tapmaq üçün mütləq bir professionala müraciət edin.

Qaş boşluqlarını qara qələmlə doldurmaq
Qaşlarınızı aldıqdan sonra aralarındakı boşluqlar sizi narahat edirsə, qara rəngli bir qaş qələmi ilə qaş boşluqlarınızı əsla doldurmayın. Qaş rənginizə uyğun bir rəngdə qaş qələmi seçin və çox basmadan, yüngül və nazik xəttlər halında qaşlarınızı doldurun. Qaş rənginiz olduqca tünddürsə, açıq tonlarda bir qara, yaxud boz qələmlə qaşlarınızı doldurun.


Şərhlər: 20
Baxılıb: 1843
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
qaslarimi sevmirem ve qaslarimi aldirmaq yasindada deyilem
31 iyul 2015 15:49
# 20
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ayka95
gereqasimi ozum aliram qesengde alinir
19 iyul 2015 16:52
# 19
Sucan
menim qasilarim hem sari rengde hemde nazik oldugu ucun almiram sadece ortasini aliram qalanlari qiz qaslari kimi edirem ))
18 iyul 2015 01:28
# 18
VIP
Öz qaşımı almagı bacarıram qəşəngdə alıram
18 iyul 2015 01:14
# 17
Başımın üstündə Allah,yanımda ailəm olsun.
ulduz
MENIM QASLARIM QALINDI TEZ TEZ ALMIRAM
17 iyul 2015 21:20
# 16
Mrs.Pianist
Qawlarimi hec sevmirem,Hemde qaw aldiracaq yawda deyilem.Twk
17 iyul 2015 20:47
# 15
Acısı çox olan qizların guluşu gozel olur.!
Catwoman666
qaslarin ustunu almamaq lazim oldugunu bilirdim
17 iyul 2015 19:38
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
MODABAZ
Heleki yasim catmir memim qaslarim nazikdir ehtiyac yoxdur dahada qalin etmek istegirem
17 iyul 2015 19:19
# 13
Heyata daim gulmek lazimdii
sona
qawlarim qalin oldugu ucun ozum almiram salonda aldiriram. toyumdada cox naziklewdirmedim qawlarimi
17 iyul 2015 16:27
# 12
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
qanadli melek
Bu sehvi mende edirem her gun aliram qawlarimi xowum gelmir qaw alinib sonra cixanda
17 iyul 2015 16:20
# 11
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Qaslarimi almiram cunki cox az ve seyrekdir. Hemde saridir ehtiyac yoxdur
17 iyul 2015 15:14
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
qas almıram oz qaslarım qesengdı
17 iyul 2015 15:10
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Qaslarimi ozum aliram ve gozel alinir, herden salonda edirem. Tesekkur xebere gore.
17 iyul 2015 15:06
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Ayselina
Cox maraqli oldu bu xeber menim ucun. .tesekkurler
17 iyul 2015 14:31
# 7
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
lelos
Qasimi ozum aliram hec kim inanmir boyuducu guzgu ile aliram arada bir
17 iyul 2015 14:13
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
ell.nell
Faydalı melumatdı.tşk
17 iyul 2015 13:46
# 5
eıiyeva gülmaye
İndi heleki menlik deyil ama lazimli xeberdi tesekkurler
17 iyul 2015 13:39
# 4
yarpaq33
Ozum qawlarimi ala bilmirem cox qalin oldugu ucun
17 iyul 2015 13:30
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Bebiw
heqiqetende maraqli ifi
17 iyul 2015 13:27
# 2
sowu
GünƏşimƏ_AiD_
Duzu bunu etmek uchun balacayam amma en azindan gelecek uchun faydali melumatdi tshk
17 iyul 2015 13:02
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz