Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keyt Middletonun gözəllik sirri
Keyt Middletonun gözəllik sirri
Göndərən: Fialka
Şərhlər: 13
Baxılıb: 827
Səs ver:
"The Daily Mail”in yazdığına görə, Kembric hersoginyası Keyt Middleton hər il gözəlliyinə 19 min funt sterlinq xərcləyir. Lakin buraya ağır günün sonunda edilən SPA-prosedurları, pedikür, avtozaqar prosedurları və qaşların korreksiyası daxil deyil. Bu, əlbəttə ki, Böyük Britaniya xəzinəsinə ciddi zərbədir...

Amma Britaniya əhli onu hədsiz dərəcədə sevdiyi üçün bunu hersoginyaya bağışlayırlar. Hər halda, o, ölkənin birinci şəxslərindən hesab olunur. Lakin hersoginya bahalı brend xəstəsi deyil. Məsələn, paparasilər onu bu yaxınlarda "Nivea” kremi alarkən yaxalayıb.

Saçlara qulluq
Keytin saç düzümü həmişə qüsursuz görünür.  Qalın və parıltılı saçı ona anasından keçib. Britaniya mətbuatının yazdığı xəbərlərə görə, Keyt ona anasından miras qalan qalın saçının baxımına hər il 14 min funt sterlinq pul xərcləyir. O, Britaniyanın ən məşhur "Richard Ward Hair and Metrospa” gözəllik salonuna gedir. Hər 2 aydan bir saçını təbii tərkibli boyalarla rənglədir. Üstəlik, müntəzəm olaraq saçına fen çəkdirir. Keratinli saçına, adətən, həftədə üç dəfə maska qoyur.

Deyirdilər ki, Kembric hersoginyasının dəbdəbəli qalın saçının sirri taxma saçdadır. Hətta xeyriyyə gecələrinin birində fotoqraflar Keytin süni saç qaynağından istifadə etdiyini çəkə bilmişdilər. Jurnalistlər Keytin sirrinin üstünü açdığını düşünürdülər. Lakin kral ailəsi hay-küylü hadisədən yorulmuş, bununla bağlı gözlənilmədən rəsmi bəyanat yaymışdı. Bəyanatda  deyilirdi ki, şahzadə Uilyamın həyat yoldaşının başının sol tərəfində təxminən 7 sm uzunluğunda uşaqlığından yadigar qalan əməliyyat izi – çapıq var. Keytin saç ustası xüsusi üsulla həmin çapığı gizlədir.

Dəriyə qulluq
"Lancome”-dan olan "Hydra Zen” kremi Keyt Middletonun sevimli gündəlik baxım kremidir. Hersoginyanın gözəllik vasitələrinə İsveçrə markası "Karin Herzog” kremləri də daxildir. Hersoginya otuzu haqladıqdan sonra onun kosmetoloqu Debora Mitçell Keytin dərisinə qulluq üçün xüsusi proqram hazırlayıb. Bura, xüsusilə, 2 ayda bir dəfə edilən qlikolik pilinq, mimik qırışları azaldan bal maskaları daxildir. Yeri gəlmişkən, deyilənə görə, hamiləliyi ilə əlaqədar olaraq Keyt gözəllik proqramlarına fasilə vermişdi.

Makiyaj
Nizamnaməyə əsasən, kral sarayının hersoginyası parlaq makiyaj edə bilməz. Hətta Keyt toy günü gözlərinə kirpik taxdığı və çox tuş çəkdiyi üçün sərt tənqidlə qarşılaşmışdı. İndi isə Keyt boz-qəhvəyi tuşla kifayətlənməyə üstünlük verir. Məlumatlı mənbələr bildirirlər ki, makiyajını o, özü edir. Hərçənd buna inanmaq çətindir. Makiyajını kimin etdiyindən asılı olmayaraq, dəqiq məlumdur ki, Keyt  "Bobbi Brown” markasının böyük pərəstişkarıdır. "Lancome” və "YSL” kimi kosmetika şirkətləri də onun sevimli markalarıdır.

Bəyaz təbəssüm
Keytin gözəlliyinin bir sirri də daimi təbəssümündədir. Belə ki, kral ailəsinin üzvləri ictimaiyyət qarşısında görünürsə, önün üzərinə düşən icbari öhdəliklərdən biri də daim gülümsəməsidir. Keytin təbəssümü bu mənada heç də Hollivud ulduzlarından fərqlənmir.
O, uşaqlıqda qabaq dişlərinin arasındakı məsafəni azaltmaq üçün breket taxıb. İndi isə hersoginya ildə cəmi bir dəfə diş həkiminə baş çəkir. Nəticədə gözqamaşdırıcı ağ dişləri valehedici görünür.

Ətirlər
Ərə gedənə qədər Keyt Middleton "Jo Malone” ətirlərini çox sevirdi. Amma kral ailəsinə gəlin gələdən sonra öz seçimlərini dəyişib. Keytin qayınanası ona "Illuminum” brendini məsləhət görüb. Və itaətkar gəlin öz ətriyyat meyillərini dəyişib. Xatırladaq ki, sözügedən brendin "White Gardenia Petals” ətri  Birləşmiş Krallıqda ən çox satılan ətirlərdən biridir.

Sağlamlıq
Bu yaxınlarda ikinci dəfə ana olan Keyt Middleton meyvələri blenderdən keçirərək içməyə üstünlük verir.
Xüsusən də böyürtkən və çiyələk kimi meyvələri yeməyin daha çətin olduğunu söyləyir və onları əzilmiş formada yeyir.


Şərhlər: 13
Baxılıb: 827
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
her bir xanim gozel gorunmek ucun mutleq sekilde ozune baximli olmali, saglam qidalanmali, idmanla mesgul olmalidir
23 iyun 2015 17:48
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
her kesin ozunu nege cavan saxlamaq barede teolari vardir
22 iyun 2015 18:07
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Makiyajin yuyannan sonra nece olur goresen??))
22 iyun 2015 17:07
# 11
Kadın derin ama adam yüzme bilmiyor...
sama633
O qədərdə gözəl deməzdim
22 iyun 2015 16:50
# 10
ulduz
CIYELEK YEMEYE NE VARKI DILIN ONUN UCUN BLENDRDI ......
22 iyun 2015 16:48
# 9
ALESSANDRA
qüsursuz gözəl deyil
ama bu xanımı beyenirem uşaqlrıda çox şirin və gözəldi

tşk
22 iyun 2015 15:54
# 8
Don't trust anyone ∆
Tomris Müslümova
Çox gözəl xanımdır,məxləhətləridə faydalə ola bilər,təşəkkülər
22 iyun 2015 15:48
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Aydan Habili
Ayy nə gözəl hamisini oxudum və ətirlərin adını kremin adını qeyd etdim tapsam aldiraram

Təbii çox gözəl xanımdır bizimkiler kimi 100 yerini estetik eletdirmeyib halaldi onlara və onların nizamnaməsinə
22 iyun 2015 15:12
# 6
Elizade_Gunay
Birde makyajsiz gormek isteirdim bunu
22 iyun 2015 14:48
# 5
BARBI
Cox beyendiyim xanimdir. Gozelliyinede pul xercleyir
22 iyun 2015 14:19
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Biz ozumuze o pulun yarisi qeder xerclesek dunya gozeli olardiq
22 iyun 2015 13:59
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
cinqosh
Keyti mən də çooox bəyənirəm.gözəlliyinə bu qədər pul xərclədiyini isə bilmirdim.Təşəkkür.
22 iyun 2015 13:35
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
WiRiN BaLaM
hec gozəllik gormədim şəkildə makiyajsa berbaddı
22 iyun 2015 13:22
# 1
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz