Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dərini gözəlləşdirməyin 5 üsulu
Dərini gözəlləşdirməyin 5 üsulu
Göndərən: Fialka
Şərhlər: 14
Baxılıb: 1838
Səs ver:
Gözəlləşmək üçün yaş meyarı əhəmiyyətli deyil. Hətta çox erkən yaşlarda da xanımlar təbii materiallardan istifadə etməklə dərinin qeydinə qalmalıdır.  Üz, əllər, ayaqlar və bütün orqanizmi gənc saxlamağın ən təsirli yolları təbii bitkilərdən əldə edilən maskalardır. Təbiətdəki bitkilərin tərkibi dərinin öz istehsal etdiyi bir çox lazımlı təbii maddələrlə zəngindir. Odur ki, bahalı kremlərə pul xərcləməkdənsə, bitkilərin gücündən istifadə edin.

Qırış əleyhinə  şi yağı
Gözəlliyi qorumaq bir qədər səbir və diqqət tələb edir.  Təbii bitki yağları sayəsində sizi narahat edən problemlərdən qurtula və qüsursuz dəriyə sahib ola bilərsiniz.
Gözəllik sənayesi üçün misilsiz təbii yağlardan biri də şi yağıdır. Bu yağ Afrikanın bəzi bölgələrində vəhşi təbiətdə öz-özünə yetişən bunda ağaclarının meyvəsindən əldə edilir. Dərini soyuqdan və ya günəşdən, ümumiyyətlə, xarici faktorlardan qoruyur, yaranan nazik qırışları aradan qaldırır. Mütəmadi olaraq istifadə etdikdən sonra dəri ipək kimi yumşalır və hamar olur.
Bundan başqa, quru və həssas saçlara ehtiyacı olduğu nəmi verir, kəpəyin qarşısını alır, parlaqlaşdırır.
Şi yağını gecə yatmazdan əvvəl bütün üzə, boyuna və göz ətrafına sürtüb yatın. Saç üçün istifadəsi sadədir: baş dərisinə masajla yedidərək sürtün və 20 dəqiqə gözləyin. Sonra şampunla yaxşıca yumalısınız. Şea yağı quru dərilər üçün uyğundur, yağlı saç dərisinə sahib olanlar istifadə etməməlidir.

Nar qabığı və nar yağı
Nar qırışları aradan qaldırmaq və dərini hamarlaşdırmaq üçün mükəmməl vasitədir. Nar çəyirdəyinin yağı dərini gəncləşdirmək gücünə malikdir. Bu yağ dəriyə parlaqlıq verən zərdab kimidir.
Narın qabıqlarından da gözəllik maskası kimi istifadə edə bilərsiniz. Kiçik bir qazanda nar qabığını tündləşənə qədər qaynadın. Soyuyandan sonra isə sprey kimi istifadə edə biləcəyiniz bir şüşə butulkaya tökün. Şüşəni soyuducuda saxlayın. Axşamlar üzünüzə bu mayedən çəkin. 2-3 dəqiqə gözlədikdən sonra pambıqla yaxşıca silib təkrar çəkin. 20 dəqiqə sonra dərinizi yuyun və qurulayın, daha sonra nar çəyirdəyi yağı çəkib yatın. Üç həftə hər axşam bu maskanı çəksəniz, çox gözəl nəticələr əldə edərsiniz.
Ayaqlara qulluq üçün gil, nanə və rozmarin: Ayaqlarınız yerləşəcək qədər bir qaba 4 xörək qaşığı qəhvəyi gil və isti su əlavə edin. Gili sıyıq halına gətirin. İçinə 4 damcı nanə yağı, 3 damcı rozmarin yağı əlavə edin. Ayaqlarınızı həmin suya salın, 10 dəqiqə gözləyin və yuyun. Bu üsul dabanda yaranan çatları müalicə edir.
Ayaqlar üçün təklif edilən bir başqa üsul isə baldır. 2 yemək qaşığı çobanyastığını bir dəm çaynikində qaynadın. Su soyuduqdan sonra bir ləyənə tökün. İçinə 1 yemək qaşığı bal və bir qədər su əlavə edin. Ayaqlarınızı 15-20 dəqiqə həmin suda saxlayın. Ayaq dəriniz qurudursa, içinə bir neçə damcı limon və ya portağal yağı əlavə edin.

Quru əncir möcüzəsi
3 ədəd quru ənciri blendrdan keçirib üzünüzə çəkin. 20 dəqiqə sonra ilıq suyla yaxşıca yaxalayın. Üzünüzə nəmləndirici maska çəkin. Əncir maskası dəri məsamələrini yaxşıca açır, dəriyə nüfuz etmiş çirkləri təmizləyir. Ən önəmlisi isə əncir qurusunun tərkibində dəri cavanlaşdırıcı fermentlərin olmasıdır.

Dərini dartan maska
Bu maska qırışa meyilli quru dərilərə tətbiq olunmalıdır. Dərini dartan, liftinq effekti verən maskanı hazırlamaq üçün yarım alma, bir qaşıq quru üzüm, 1 qaşıq qaynadılmış mərci, bir qaşıq qaynadılmış paxla, qaynadılmış yarım yerkökü, yarım stəkan süd, bir xörək qaşığı gülab lazımdır. Bütün ərzaqları blenderdən keçirin və üzünüzə çəkin. Əldə edilən maskanı bir qaba tökün. İçinə 3-4 damcı saf zeytun yağı əlavə edin. Maskanı üzünüzdə 20 dəqiqə saxlayın və sonra nəmləndirici krem sürtün.
Maska dәrhal liftinq effekti verir, dәrini dartır vә hamarladır, maddәlәr mübadilәsini aktivlәşdirir, üz rәngini nәzәrә çarpacaq dәrәcәdә yaxşılaşdırır. Bir neçә həftədən sonra  qırışların azalmasına özünüz də tәәccüblәnәcәksiniz. Yorğun dәri daha tәravәtli vә parlaq görünәcәk. Maska həftədə 2 dəfə edilməlidir.


Şərhlər: 14
Baxılıb: 1838
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
Nar qabığınə heç bilmirdim atdım seçilmişlərə faydalədər təşəkkürlər))
27 iyun 2015 20:50
# 14
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
mence yasi daha cox irelileyen xanimlar derilerini qaygisina qalmaq ve gozellesdirmek ucun calismalidir
26 iyun 2015 23:12
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
aLoNe AnGeL
maraqlidir secilmislere atdim
26 iyun 2015 21:42
# 12
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ALESSANDRA
derim gözeldi elə özümde 21
təşşəkkür
26 iyun 2015 19:14
# 11
Don't trust anyone ∆
teri meri
təşəkkürlər faydalıddır ama heç bir şey istifadə etmirəm
26 iyun 2015 19:12
# 10
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Dosta_inam
Faydalı meslehetlerdi,,ama heleki ehtiyacım yoxdur.
26 iyun 2015 18:24
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Leylican
faydali meslehetlerdir amma menim ehtiyacim yoxdu
26 iyun 2015 17:28
# 8
SEBR....
vipbetul
yaxsidi ne vaxtsa lazim ola biler
26 iyun 2015 16:00
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
Quru əncir yeməyi sevirəm.üzə vurulması qəribədi.şi yağı haqda ilk dəfədi oxuyuram.maraqlıdı.
26 iyun 2015 15:35
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ayka95
tesekkurler
26 iyun 2015 15:03
# 5
sadecə mən
Ehtiyacım yoxdur.Xəbərə görə təşəkkürlər.
26 iyun 2015 13:48
# 4
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
qanadli melek
Derim ucun maskalar edirem
26 iyun 2015 13:39
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
aliceWOnDer
Derim gozeldi, en azindan meni qane edir..
26 iyun 2015 12:57
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Bele bir derdim yoxdur derim cox gozel ve temizdir
26 iyun 2015 12:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz