Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Haqqında danışmağa utandığımız gözəllik problemləri
Haqqında danışmağa utandığımız gözəllik problemləri
Göndərən: emis
Şərhlər: 21
Baxılıb: 1533
Səs ver:
Gözəlliklə və xarici görünüşümüzlə bağlı qeyri-etik hesab etdiyimiz bəzi problemlər var  ki, biz bu problemləri rəfiqələrimizlə, hətta mütəxəssislərlə belə müzakirə etməyə utanırıq.

Ancaq bu narahatlıq əbəsdir, çünki bunlar tamamilə təbii proseslərdir və bundan çəkinmək üçün əsas vermir.

Ayaq qoxusu
Ayaq tərləməsi hər insanda mövcuddur, bu, orqanizmin təbii reaksiyasıdır. Sizdə bu reaksiya çox güclüdürsə, buna səbəb hiperhidroz (yüksək dərəcəli tərləmə) və ya ayaqqabınızın düzgün seçilməməsi ola bilər.
Bəs bu halda nə etmək lazımdır?  Gigiyena qaydalarına xüsusi diqqət etməyə çalışın. Onları  hər gün yumaqla kifayətlənməyib həmçinin firça ilə də sürtün. Bu, sizə ayağınızdaki ölü hüceyrələrdən qurtulmağa yardımçı olar, çünki bakteriyalar məhz bu hüceyrələrlə qidalanır. Ayaqqabılarınızı nəzərdən keçirin, onlar təbii materiallardan olmalıdır. Ayaqqabılarla bağlı hər şey qaydasındadırsa, onda problem göbələk xəstəliyi və düzdabanlılıq ola bilər. Düzdabanlılıqda ayaqlara düşən yük artdığı üçün ayaqlar sərinləməyə çalışır və güclü tərləyir. Ortopedik ayaqqabı içliyi və antiperspirantlar vasitəsilə bu problemdən qurtulmaq olar. Ən ağır hallarda botulotoksin iynəsindən müalicə üsulu kimi istifadə olunur.

Tərləyən ovuclar
Sevgilinin əlindən tutmağa qorxursan, çünki ovucların çox tərləyib... Ancaq o da eyni vəziyyətdə ola bilər. Məhz əsəb gərdinliyi səbəbindən bizi gah isitmə, gah üşütmə tutur.
Bu halda nə etmək olar? Əgər bu piylənmə ilə bağlıdırsa, endokrinoloq məsləhəti almağınızda fayda var, bəzən qalxanvari vəz problemləri bu tip tərləmələrə səbəb ola bilir. Ancaq əksər hallarda bu narahatlığın dəf olunması üçün sadəcə olaraq stressi aradan qaldırmaqda sizə yardımçı olacaq psixoloq konsultasiyasına ehtiyac duyulur. İlkin müdaxilə kimi kontrast vannaları və antiperspirantlardan istifadə edə bilərsiniz. Bunlar bir həftə müddətində tər vəzilərinin fəaliyyətini əngəlləyir.

Ağız qoxusu
Bunu az insan üzünüzə deyə bilər, özünüzün isə bunun fərqinə varmağınız çətindir. Ancaq bunu təyin eləmək üçün bir üsul var: çay qaşığını dilin kökünə doğru sıxmaq və sonra iynəmək – məhz bu qoxunu da ətrafinizdakılar hiss edir.
Bəs bu halda nə etməli? Çox zaman halitosis (ağız qoxusunun elmi adı) ağız boşluğunda quruluq olduqda meydana çıxır, buna görə də əlinizin altında daim su butulkasının olmasına diqqət edin. Həmçinin gündə iki dəfə dilinizi təmizləyin. Ancaq bəzən bu narahatlığın səbəbi şəkərli diabet, qastrit və burun-udlaq xəstəlikləri də ola bilər. Bu zaman hansı simptomların özünü göstərdiyinə diqqət etmək lazımdır. Böyür tərəfdən və qarnın mərkəzinə doğru deşici ağrı, tənəffüslə bağlı problemlər, genişlənmiş badamcıqlar həkimə müraciət etmək üçün kifayət qədər yetərli simptomlardır.

Dəri altına böyüyən tüklər (tük dönməsi)
Ola bilər ki, sənin dərin qalındır və zərif məhsullar ona nüfuz etmək iqtidarında deyil və ya epilyasiyadan sonra tüklər yanlara doğru çıxmağa başlayıb.
Bunun qarşısını almaq üçün epilyasiyadan öncə pilinq etməyi unutma. Həmçinin böyüməni ləngidən kremlərdən istifadə etmək, dərini nəmləndirmək, dərinin ən zərif hissələrinə isə dezinfeksiyaedici vasitə çəkmək məsləhət görülür. Bu tədbirlər problemi aradan qaldırmayıbsa, buxar və ya isti su ilə dərini yumşaldın və tükün nə dərəcədə dərinə kök saldığını aydınlaşdırmağa çalışın. Əgər o, səthdədirsə, bunun öhdəsindən skrab gələ bilər. Əks halda bir neçə gün dalbadal həmin hissəyə salisil turşusu qatqılı krem çəkmək lazımdır, bu, iltihabı aradan qaldıracaq və tükün səthə çıxmasına imkan yaradacaq.

Ziyillər
Uşaq xəstəliyi kimi də bilinən bu problem əslində böyüklərə sirayət edə bilər. İnsanlarda papilloma virusu şəxsi təmas və əşyalar vasitəsilə ötürülür. İmmuniteti zəif olan insanlar xüsusi risk qrupundadır.
Nə etmək lazımdır? Diqqətə alınması gərəkli olan əsas amil odur ki, bu infeksiya zədələnmiş hissələr və çatlardan orqanizmə nüfuz edir. Buna görə profilaktik tədbirlərə diqqət etmək çox vacibdir. Dar və sıxan ayaqqabıdan uzaq olmağa çalışın, tərləmə varsa, aradan qaldırın. Həmçinin bədənin digər hissələrində əmələ gələn ziyilləri də plastr, əllərdə trikloroasetik turşusu ilə müalicə etmək mümkündür.  Əgər gözləmək istəmirsinizsə, həkimə müraciət edin. O, sizə optimal variant kimi maye azot və ya antivirus terapiyası ilə birlikdə lazer müalicəsini məsləhət görəcək. Həmçinin ziyil rəngini və ya ölçüsünü dəyişdikdə, qanamağa başladıqda da həkimə müraciət etmək məsləhət görülür.

İntim qoxu
Bu təbiidir, ancaq dəyişikliklər baş verdikdə, bu haqda düşünməyə dəyər. Əsas etibarilə ciddi şəkildə gigiyenik qaydalara riayət etmək lazımdır, ancaq ifrata varmaq da düzgün deyil, çünki bu, turşu-qələvi balansını pozulmasına gətirib çıxara bilər və problemi daha da dərinləşdirər. Bakteriyaların çoxalmasının qarşısını almaq üçün alt paltarlarının pambıqdan olmasına diqqət etmək, dar geyimlərdən uzaq durmaq, hovuzdan çıxdıqdan sonra dərhal çimərlik geyimini çıxarmaq tövsiyə olunur. Düzgün qidalanmanı da unutmamaq lazımdır, çünki bağırsağın mikroflorası da bu tip problemlərin yaranmasına səbəb ola bilər.

Bığlar
Çoxlarını narahat edən bu problemin həlli onların götürülməsidir. Ancaq bunu özbaşına etmək məsləhət deyil. Tük örtüyü qalın və tez gözə çarpanlara elektroepilyasiya üsulundan yararlanmaq tövsiyə olunur. Bu ağrılı prosesdir və bir dəfəyə bütün tüklər yox olmayacaq. Bunun üçün 5-10 seans tələb oluna bilər, ancaq bu prosedurdan sonda hər nə qədər hormonal dəyişikliklər də yaşasanız (hamiləlikdən söhbət gedir), bığ kimi problemlə üzləşməli olmayacaqsınız.

Qat şəklində soyulan dırnaqlar
Dirnaq boyanız tez qopmağa başlayıb? İstehsalçıları günahlandırmağa tələsməyin. Diqqət edin ki, dırnaq boyası  ilə birlikdə dırnağınızdan da bir təbəqə də qopurmu. Dırnaqlarınızı diqqətlə gözdən keçirin. Əgər onlar rəngini dəyişibsə, bu, ürək-damar sistemində problemlərin olduğunun xəbərçisi ola bilər. Eninə xətlər varsa, bu, orqanizmdə infeksiya olduğunun əlaməti hesab oluna bilər. Lakin çox zaman buna səbəb sadəcə vitamin  çatışmazlığıdır. Yemək rasionuna A, C və B qrupundan olan vitaminləri daxil edin, həmçinin kalsiuma da yer verin.


Şərhlər: 21
Baxılıb: 1533
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka
eger problem olmasa girmezdiniz burda danilasi hec ne yoxdur...
4 iyun 2015 13:24
# 21
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Niquw Abdulayeva
Menim ayaqim terleyirdi indi sukur canim qurtarib
4 iyun 2015 02:20
# 20
NeL
Menim elim de çox terliyir
4 iyun 2015 01:44
# 19
GünƏşimƏ_AiD_
Elimin icİ teleyir ancaq fso.oda artiq hekime getdim mualice aldim kecdi getdi..bunlarin hec birir shukurk yoxdu mende.min shulur.
Sitat: remse
Deyəsən başlıq səhv gedib,haqqında danışmaq istəmədiyimiz gözəllik yox rəzillik23

Kiz sende odun ustune benzin tokme gorek 122
3 iyun 2015 19:02
# 18
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
tek umidim sen
Cox faydali meslehetlerdi...Xeberi hazirliyana tsk
3 iyun 2015 17:56
# 17
Kadın derin ama adam yüzme bilmiyor...
WiRiN BaLaM
hər kəsdə olan seydi burda yazilanlar heç kim boynuna almasada ne ise utanacaq hecnede yoxdu
3 iyun 2015 17:27
# 16
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
09 bığla bağlı problemim varidi..ancaq indi yoxdu elə bir problemim...tşk eləmək olar
_)
3 iyun 2015 16:57
# 15
Don't trust anyone ∆
Ayselina
Lazimlı və faydalı məsləhətlətiniz üçün çox sağ olun
3 iyun 2015 16:14
# 14
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
vipbetul
lazimli meslehetlerdir
3 iyun 2015 16:10
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
naz_vefa
Mende sadece dirnaqlarim qirilir tez tez oda vitamin catmir
3 iyun 2015 14:52
# 12
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
yarpaq33
WukurAllaha bele problemlerim yoxdu olsada burda utanilacaq bi wey yoxdu twk
3 iyun 2015 14:28
# 11
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
Qadın olduqca baxımlı və bu kimi nüanslara qarşı diqqətli olmalıdır.
3 iyun 2015 14:28
# 10
BARBI
Mende sukur bu problemler yoxdur. Olsada hellini taparam burda eyib bir sey yoxdur tebii problemlerdi
3 iyun 2015 14:24
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
_BELOSNEJKA_
GOZELLİK ONDUR DOQQUZU BELE PROBLEMLERDİR....
3 iyun 2015 14:14
# 8
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
Tomris Müslümova
mende bir dene ziyil olurdu oda ozum qoparmisdim mecbur qalib o bu getdi day

mende bir dene ziyil olurdu oda ozum qoparmisdim mecbur qalib o bu getdi day
3 iyun 2015 13:42
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
_BELOSNEJKA_
Hmmm qulaq asmaq lazimdir
3 iyun 2015 13:17
# 6
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
Cimbom Nilay
Maraqlıdır, qadın həmişə gözəlliyinin qeydinə qalmağı bacarmalıdır... 124
3 iyun 2015 13:06
# 5
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
ulduz
her seyin basi qulluqdu. bunlar hamsi tebiidi .terlemek ,tuklenmek ve.s sadece bbiraz qulluq lazimdi
3 iyun 2015 13:05
# 4
Dosta_inam
Maraqli melumatlardir,çox şükür burda deyilenlerden heç biri mende yoxdur,çox çox çox şükür.
3 iyun 2015 13:04
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
rəmsə
Deyəsən başlıq səhv gedib,haqqında danışmaq istəmədiyimiz gözəllik yox rəzillik23
3 iyun 2015 13:04
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Baharim ol
Menim birce elim cox terliyir.Yay qis ferqi yoxdu.hekim deyir esebdendi.Elimi yumdugumla yada neyise tutdumsa ter suzulur.
3 iyun 2015 13:03
# 1
Ama yenede
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz