Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəb dilindən anlamayanlar üçün terminlərin mənaları
Dəb dilindən anlamayanlar üçün terminlərin mənaları
Göndərən: Fialka
Şərhlər: 14
Baxılıb: 1185
Səs ver:
Dəbdə olan terminlərin əksəriyyəti fransız dilindədir. Burada təəccüblü heç nə yoxdur. Çünki  məlum olduğu kimi Paris dünyanın dəb  paytaxtı olub və həmişə də olacaq. Alış-verişdə, jurnalda ya da bloqlarda görüb, başa düşmədiyiniz sözləri bu yazıda yığıb dəb lüğəti yaratmışıq. Ümid edirik ki, bu yazı bir çoxlarının leksikonundakı boşluqları doldura biləcək.

Moda: "Dəb” sözü, yəni "moda” latınca "modos” sözündən olub hərfən ölçü, vasitə, qayda, göstəriş, obraz kimi tərcümə olunur. Dəb müəyyən zamanda və müəyyən mühitlə bu və ya digər zövqlərin hökmranlığı və həmin zövqlərin olduqca tez-tez dəyişməsi kimi başa düşülür.

Pret-a-porte: Sənaye istehsalına yönəlmiş və kütləvi istehlakçılar üçün nəzərdə tutulmuş müasir kostyumun inkişaf istiqaməti "pret-a-porte” adlanır. Fransızcadan tərcümədə "hazır paltar” deməkdir. "Pret-a-porte” ildə iki dəfə Parisdə nümayiş edilərək müasir dəbi müəyyənləşdirir.

Atelier: Atelye dizaynerlərin öz kolleksiyasını yaratdığı yerdir.

Couturier: Yüksək moda kolleksiyalarını yaradan dizaynerə kuturye deyilir. Yeri gəlmişkən, bu məğrur ad hər dizaynerə aid edilmir. Bu adı yalnız Yüksək Moda Sindikatına qəbul olunmuş  modelyer daşıya bilər. Bunun üçün 100 illərdir ki, qoyulmuş tələbləri yerinə yetirmək lazımdır.

Outlet: Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə almaq olur. "Outlet” ingilis sözü olub "çölə çıxılacaq yer, çıxış yeri" mənasını verir.  "Outlet” mağazalarında təklif olunan məhsullar mağazanın siyasətinə görə fərqli ola bilər. Məsələn, əvvəlki mövsümün məhsulları, vitrində istifadə olunmuş məhsullar, deffekt məhsullar, geri göndərilmiş məhsullar mağazaların siyasətinə görə "Outlet”lərdə yer ala bilər.

Must-have: Təqdim olunmuş kolleksiyanın geyimləri arasında əsl hitə çevrilmiş fasonlara deyilir. Bu fasonlar illərlə dəbdən düşmədiyi üçün hər bir xanımın qarderobunda mütləq yer almalıdır.  Modapərəst qızlar onları qoruyur və illərlə geyinə bilirlər.

Fashionista: Modapərəst deməkdir.  Əsl modapərəstlər dəblə bağlı və cari kolleksiyalar barədə hər şeyi bilir.

Ombre: Ombre tünd çalarlardan açıq çalarlara keçid deməkdir.  

Trençkot: Beli qalın dəri kəmərlə ya da öz qurşağıyla möhkəm bağlanan, manjetli, əsasən bej tonlarda plaş deməkdir. Trençkot içi astarlı, su keçirməyən, yağışlı havada geyinmək üçün nəzərdə tutulan plaş modelidir.

Kardiqan: Yaxalıqsız qalın materialdan tikilən jaketlərdir. İstənilən uzunluqda ola bilər. Kardiqan 18-ci əsrdə İngiltərədə hazırlanıb. Kardiqan ilk dəfə kişilər üçün nəzərdə tutulsa da, sonradan qadın qarderobuna da daxil olub. Kardiqanı digər jaketlərdən fərqləndirən cəhət sonacan tikilən düymələrinin olmasıdır.

Dekolte: Geyimin çiyin və sinə hissəsinin açıq forması.

Manto: Sərbəst biçimli, bədənə tam yapışmayan qış üst geyimidir.

Şleyf: Mərasim geyimlərində arxa hissənin yerə toxunacaq qədər uzun forması deməkdir.

Stiletto: Çox yüksək və incə dabanlı ayaqqabıya deyilir. Hər paltarı olduğundan qəşəng, ayaqları vizual olaraq xeyli uzun göstərən bu seksual ayaqqabılar hər qadının qarderoblarda mütləq olmalıdır.


Şərhlər: 14
Baxılıb: 1185
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
FISTIK
Maraqli oldu bir tek moda fashionista ve atelier menasin bilirdim.
29 may 2015 01:31
# 14
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
ayka
demek olar ki hamisini bilirdim 1-2-si istisna
28 may 2015 23:06
# 13
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
vipbetul
maraqli infarmasiyadi
28 may 2015 17:27
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Pret-a-porte bir bunu bilmirdim,hec xatirlamadim yeqin ki,ewitmemiwem bu sozu.ancaq diqqetle oxudum cunki cox aydin yazilib.tewekkurler)
28 may 2015 16:41
# 11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Ela
Modayla maraqlandıqımcun buların coxunu bılırdım ama burda daha etraflı verılıb tewekkur
28 may 2015 15:54
# 10
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Glamurka Nemiska
Bu terminleri bilirdim modayla maraqlaniram amma daha cox terminler de var
28 may 2015 15:26
# 9
#Narminintheskywithdiamonds
Nergız33
Yarsını bilirdim bilmediklerimide oyrendim teşekkurler
28 may 2015 15:22
# 8
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
yasemin
Bildiklərim var idi ama bilmədiklərimdə vardı həmdə birdən lazım olar onun üçün atdım seçilmişlərə tşklər
28 may 2015 14:41
# 7
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Catwoman666
hamisini bilmesem de necesini bilirdim. xeberi de secilismislere atdim sonra bilmediklerim de lazim olar deye

Sitat: remse
Trençkot,mirənçkot bilmirəm nə xoşuma gəldi alıb geyinirəm))).Yaxşı oldu bundan sonra bazara gedəndə deyərəm trençkot və ya kardiqan almağa gedirəm)))

122 ele duz edirsen remsecan))) trenckotu mirenckotu neynirsenee?122
28 may 2015 14:07
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Hamisi haqda melumatim var cunki moda heveskariyam
28 may 2015 13:51
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
rəmsə
Trençkot,mirənçkot bilmirəm nə xoşuma gəldi alıb geyinirəm))).Yaxşı oldu bundan sonra bazara gedəndə deyərəm trençkot və ya kardiqan almağa gedirəm)))
28 may 2015 13:38
# 4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
teri meri
təşəkkür çoxunu bilmirdim
28 may 2015 13:19
# 3
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
cinqosh
maraqli xeberdi.bilmediklerim de vardi tebii ki.cox sag ol.
28 may 2015 13:18
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ALESSANDRA
haaay bu nediya bir ikisin bilirdim vessalam tşşk atdım seçilmişdere
28 may 2015 13:10
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz