Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Epilyasiyanı evdə özünüz hazırlayın
Epilyasiyanı evdə özünüz hazırlayın
Göndərən: Qlamurr
Şərhlər: 25
Baxılıb: 4552
Səs ver:
Bu epilyasiya növü şərq ölkələrində çox geniş istifadə olunur. Qərbdə ona "şuqarinq" deyilir ("sugar" - ingilis dilində "şəkər").

Şəkər epilyasiyasının bir çox üstünlükləri var.

 - əks-göstərişlərin olmaması,

- aşağı qiymət,

- asanlıq,

- allergik reaksiyaların olmaması,

- yalnız təbii vasitələrdən istifadə olunması,

- epilyasiya pilinq effekti verir - dəri çox hamar, təravətli olur,

- bədənin istənilən nahiyəsində istifadə oluna bilər (üz, ayaqlar, qollar və s.),

- bu epilyasiya növündən daim istifadə edən qadınlar vaxt keçdikcə tüklərin daha gec çıxmasını və daha nazik olmasını qeyd edirlər.

Bu epilyasiyanı kosmetik salonlarda həyata keçirirlər. Lakin ev şəraitində də bunu etmək mümkündür.

Epilyasiya üçün lazım olan pastanı hazırlamaq üçün 4 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı limon duzu, 2 xörək qaşığı su lazımdır. (Əgər sizə daha çox pasta lazım olarsa, inqrediyentlərin miqdarını 2-3-4 və s. dəfə artırın)

Epilyasiya üçün lazım olan pastanın hazırlanması

1. Şəkərlə suyu qarışdırıb odun üzərinə qoyun.

2. Şəkər əridikdən sonra limon duzu əlavə edin və qarışdıra-qarışdıra vam odda bişirin.

3. Hazır pasta karamel rəngində olmalıdır.

4. Pastanın hazır olub-olmamasını yoxlamaq üçün pastanın 1 damcısını təmiz  boşqabın qırağına tökün və barmaqlarınızda əzin - pasta barmaqlara yapışmırsa, deməli hazırdır. Digər üsul pastanın 1 damcısını 1 stəkan suya tökün, pasta suda yayılmırsa, yumru damcı şəklində qalırsa - pasta hazırdır.

5. Hazır pastanı təmiz qaba tökün və soyuyana kimi gözləyin.

Pasta soyuyana kimi dərinizi epilyasiya üçün hazırlayın. Epilyasiya olunan hissəni sabunla yuyun, yaxşı qurudun və üzərinə uşaq tozu ("prisipka") və ya un səpin. Bu, pastanın dəriyə yapışmasına imkan verməyəcək. Epilyasiyadan 1 gün əvvəl duş qəbul edin və bədən skrabından istifadə edin. Bu, epilyasiyanın daha yaxşı effekt verməsinə kömək edəcək.

Pasta soyuyanda (ilıq olmalıdır) onun bir tikəsini barmaqlarınızda 1-2 dəqiqə ərzində yaxşı əzin. Pastanın rəngi tədricən dəyişiləcək - ağaracaq, daha elastik olacaq və barmaqlara yapışmayacaq.

Bundan sonra pastanı dəriyə çəkin (tüklərin uzanmasının istiqamətinə qarşı) və daha sonra cəld hərəkətlərlə (tüklərin uzanmasının istiqamətinə) pastanı dəridən qopardın. Pastanı bir neçə dəfə istifadə etmək olar. Daha sonra təzə pastanı götürün. Pasta  soyuyubsa, pasta ilə olan qabı isti su tökülmüş qazanda bir qədər qızdırın.

Epilyasiya qurtaranda artıq qalmış pastanı soyuducuda saxlayın. Epilyasiyadan sonra dərini ilıq su ilə yuyun.


Şərhlər: 25
Baxılıb: 4552
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Turkan Abbasova
Allah razi olsun bacim . Hemise eliyidim alinmirdi. Bu defe alindi.
20 aprel 2015 21:44
# 25
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
gulka azeri
ele wey ola ki omurluk yox ede tukleri ne yaxsi olardi ee epilyatorla edende agriidir goresen buda agridirmi cox?prob elemek isderdim twk
16 aprel 2015 16:27
# 24
Luna-90
Lipocka gedirde men salonda ilk defe uzumu lipockayla aldirdim guya effektli bir sey idi uzum allergiya verdi sepdi pis gune qaldi maskalarla uzumu zorla normala saldiq.indi sukur yaxsidi iple aliram ipide spirte batirib uzumu spirtliyib sonra.herim cox hessasdi
16 aprel 2015 08:44
# 23
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
EsmaNur
tüklü deyilem amma elemeye deyer
16 aprel 2015 00:48
# 22
emis
bas belamiz yene geldi)mendede cox olmur normal olur epilyatr vasitesile temizleyirem biraz agrtisada dozurem napalim, ev seraitinde bir cox tebii vasitelernnen de temizlemek olar ama hamimiz tenbellik edirik o qeder hazir sey var deye her birimize lazimli xeber ucun tesekkurler
15 aprel 2015 23:17
# 21
NERGIZ LOVE
Tenbelik edirem.hazir aliram Velvet onan istifade edirem

Tenbelik edirem.hazir aliram Velvet onan istifade edirem
15 aprel 2015 20:00
# 20
SENI EBEDI QELBIME YAZDIM///
Gultekin.A
bu lap biwmiw qenddiki ))))
15 aprel 2015 17:34
# 19
..
aliceWOnDer
hazirlamaq olar guman ki pis netice vermez
15 aprel 2015 16:45
# 18
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Rakella
yaxsi ucuzduye sinayacam cox sag olun
15 aprel 2015 16:42
# 17
Impossible is not a word,it's just a reason for someone not to try
ulduz
veet aldim helede durur qorxuram .ama buda ucuzdu hemde zerersiz.
15 aprel 2015 16:36
# 16
birdane
Tesekkurler
15 aprel 2015 15:41
# 15
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Catwoman666
bu suqarnik barede melumatim variydi nece hazirlanmasini dda bilirem. intenetde videolarina baxmisdim
15 aprel 2015 15:23
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
Epilyasiya masini ile evde etmek daha asandi.hec pastadan istifade etmemisem.sakaram bir az,elimi ayagimi yandiraram vallah.tsk edirem.
15 aprel 2015 15:23
# 13
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Lucia
Hazırlamaq olar.
15 aprel 2015 15:22
# 12
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
tatyana
hazir vosklar kimi alinir,esitmisdim bu haqda
15 aprel 2015 15:18
# 11
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
vipbetul
ne uzun oldu ondansa hazir epilyasiyani eletdirmek daha yaxsi olar
15 aprel 2015 15:03
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Hazırlamaq olar təşəkkür.
15 aprel 2015 14:54
# 9
Meleknur
tewekkurler yaxwi usuldy edecem
15 aprel 2015 14:51
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nezka
Tşəkkürlər lazım idi
15 aprel 2015 14:32
# 7
İçimi görsən mənə aptek alarsan.
Little girl
Bu gun edecem gore nece alinir.
15 aprel 2015 14:32
# 6
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
aytil
cox asan ve ucuzdu men beyendim ederem
15 aprel 2015 13:54
# 5
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Turkan Abbasova
Lazim olar atdim secilmislere
15 aprel 2015 13:53
# 4
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Tomris Müslümova
asandiyee ama faydali xeber oldu men sariyam deye tuk muk bilinmir
15 aprel 2015 13:42
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Rusi
maraqlidi
15 aprel 2015 13:30
# 2
BARBI
Epilyasiyaya ehtiyac yoxdu cunki tuklu deyilem
15 aprel 2015 13:18
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz