Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik nə dərəcədə vacibdir?
Gözəllik nə dərəcədə vacibdir?
Göndərən: Nazlı_qız
Şərhlər: 14
Baxılıb: 1625
Səs ver:
Gözəllik adamdan- adama dəyişən estetik bir anlayışdır. Kişilərdə yaraşıqlılıq vardır, doğuşdan bəri bir cazibə axtarırlar. Qadınlarda da təbii gözəllik, bir baxışda gözə estetik və uyğun gələn üz və bədən xəttləri vardır. İlk baxışda eşqə də ümumiyyətlə gözəllik və yaraşıqlılıq səbəb olur. Qadınların həyatının əhəmiyyətli bir hissəsini gözəllik və estetiklə əlaqədar işlər əhatə edir. Qadınlar yaradılış baxımından buna meyllidir. Həmişə formada, gözəl və qəşəng görünmək istəyirlər. Qadın jurnallarında bir qadının marağını ən çox çəkən hissələr gözəllik və eşq əlaqələridir. Bir kişinin marağını çəkə bilsək ancaq özümüzə etibarımız geri gəlir və gözəl olduğumuzu hiss edirik.Həyatında biri olmayan bir qadın aynada da təkdir. Nə qədər özünə qulluq etsə də, ğzünü bədbəxt və baxımsız hiss edir. Qısacası, gözəllik anlayışı qadınlarda daha çox psixolojidir. Kişilərdən soruşulduqda isə, bir qadın ancaq ən təbii və qüsursuz halıyla gözəl ola bilər. Bu baxımsız və diqqətsiz olması mənasını verməz. Təbii ki özünə diqqət göstərməli, qəşəng və təmiz hətta uyğun geyinməlidir. Həddi aşmayacaq dərəcədə saçını formaya salmalı və makiyaj etməlidir. Ancaq əsla şəxsiyyətini əks etdirməyənbir görünüşə bürünməməlidir.Gözəllik, çox insanda olsa da, içdən gəlir. Xoşbəxt və dinc bir qadın və ya adam bütün pozitifliyini xarici görünüşünə istər-istəməz əks etdirir. Gözəllik haqqında bu qədər danışdıq. Yaxşı, qadın kişi əlaqələrində gözəlliyin mövqeyi necədir? Yalnız yaraşıqlı və ya gözəl insanlarınmı sevgilisi və ya həyat yoldaşı olur? Təbii ki xeyr. Kimisinə görə, dalğalı saçlı, xoş bir gülüşü olan bir qadın aşiq olunacaq qadındır. Kimisi üçün qadının çox gözəl gözləri olması kifayətdir. Kimisi üçün isə danışma qabiliyyəti təsirli ola bilər, baxışları zövq oxşaya bilər. Eşq tərifi qeyri-mümkünbir hissdir. Gözəllik də elə bu cür xüsusiyyətə malikdir.Cəmiyyətimizdə gözəllik anlayışı daha çox eşqlə və ya əlaqəylə qarışdırılır. Elə düşünürlər ki, o olmazsa digəri də olmaz. Bunun belə olmadığını əslində hamımız bilirik. Gözəllik, həyatı boyunca toplaya bildiği qədər çox xoşbəxtlik, dinclik və məhsuldarlıq toplamaqdır. Ancaq bu tip insanlarda gözəllik vardır. Yoxsa siz çox cazibədar, maniken kimi gözəl olun nə əhəmiyyəti var! Həyatın içinə girib bu xüsusiyyətlərə malik olsanız demək siz gözəlsiniz.Qarşınızdakı insanlara bir şeylər əlavə edə bilirsənız, yanınızda özlərini xoşbəxt, rahat və xüsusi hiss edirlərsə, siz ancaq o zaman gözəlsiniz. Buraya kimi yazdığım cümlələrdə gözəllik anlayışını bir az dəyişik bir istiqamətdə sizə izah etməyə çalışdım. Çünki bir şeyin hiss edilməsini istədim. Gözəllik əvvəl də dediyim estetik bir anlayış olaraq bilinir. Halbuki, gözəllik mücərrəd və konkret mənalar ehtiva edən bir anlayışdır.Bu sizdən asılıdır. İstər bir xarakter, xasiyyət, bir mahnının melodiyası, bir baxış, gülüş, öpüş olsun, istərsə də çox gözəl bir qadın, yaraşıqlı bir adam, möcüzəvi bir ev və ya avtomobil! Siz, yetər ki, bu həyatda hər şeyi gözəl görməyə çalışın.


Şərhlər: 14
Baxılıb: 1625
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Gozellik vacibdir. Ama esas vacib odurki insanin daxili gozel olsun ve bu gozellik uzune yansisin
10 may 2015 21:56
# 14
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayka
ne qeder``esas daxili gozellikdir`` desek de insanlarin coxusu xarici gozelliye onem verir....
10 may 2015 21:38
# 13
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Catwoman666
gozellik daxilden falan baslamir!!!uje bu daxili gozellik esasdir cumlesinden bezmisemeee. mence bu cumle cirkin qadinlari teselli etmek ucundur. tebii ki insanin daxili gozel olmalidir amma bu insanin xarakteri, ruh hali ile bagli olan bir şeydir. yeni her defe gozellikden sohbet dusende "daxili gozelik en esasdir" cumlesinden qurtulaq mence.....bir de cirkin qadinlarla bagli dediyim cumle de hec kesin xetrine deymesin. unutmayin ki cirkin ve ya gozel olmaq sizden, sizin ozzunuze verdiyiniz deyerden, ozune baximliliqdan asli bir şeydir
10 may 2015 21:23
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayan97
Gozellik eslinde daxilden basliyir ammaki insanlar olure uz qurulus demirem haa bele pis ciddi sifetler olur ha onlarin daxilinin eybecerliyidi xaricine vuran. Men bunu canli yasamisam
10 may 2015 16:15
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
teri meri
Gözəllik vacidir daxili gözəllikdən sonra.İnsanın daxili çirkin olduqdan sonra xarici gözəllik bir işə yaramaz
10 may 2015 16:01
# 10
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Nur k-off
Gozellik vacibdir amma gozel xasiyyet hamsindan vacibdir
10 may 2015 15:24
# 9
SVETA
yarpaq33
Elae qadin var dunya gozelidi amma agzin acanda tepesine lomu vur o qeder pis daniwigi olur ki qadin da var eybecerdi nece deyerler it bele elinden corey almaz amma daniwanda az qalirsan yarib ureyinin bawina qoyasan gozunde dunya gozeline cevrilir Atalar demiw gozel uzden 40 gune doymaq olar,gozel urekden 40 ile de doymaq olmaz
10 may 2015 14:59
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
lelos
eleleri var ki gözeldi ama iç gözelliyi yoxdu tebii ki her ikiside vacibdi
10 may 2015 14:19
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
gozellikde vacibdi yaxsidi olmasiu tebiki,no ic gozelliyi daha vacibdi laimlidi,insanin ici gozel olmadiqda uzu ne qederde gozel olsada onun icinin chirkinliyi uzune vuragey,yaxudaki eksi
10 may 2015 13:34
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
xasiyyet gozel olmayanda dunya gozelide olsa ne menasi var
10 may 2015 13:27
# 5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
SEVGI DENIZIM
gozellikle beraber gozel etik qaydalainida bilmek lazimdir
10 may 2015 13:17
# 4
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Fialka
Gözəllik yalnız o zaman gözəl olur ki, onu görə bilən gözlər vardır. Yəni insanın xarakterindən çox şey asılıdr. Təbii qadınların yaradılışı elədir ki, daima gözəl və baxımlı olmağa can atırlar. Qadın həmişə hər mənada yəni makyajıdı, saçıdı, geyimidi və s. bunlara diqqət edib baxımlı olmalıdır, bununla yanaşı daxili aləmi də gözəl olsa məncə ondan gözəli də olmaz . Və bütün bunlar qadının şəxsiyyətinin bir göstəricisidir yəni baxanda bilinir ki, qarşındakı necə bir xanımdır.
10 may 2015 13:11
# 3
Little girl
Gozellik olmalidir,amma onunla beraber gozel xasiyyet de olmalidir.
10 may 2015 13:10
# 2
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Tomris Müslümova
sonuncu cumle ele her seyi dedi...
10 may 2015 13:07
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz