Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həm yeyin, həm də gözəl görünün
Həm yeyin, həm də gözəl görünün
Göndərən: Nazlı_qız
Şərhlər: 18
Baxılıb: 1645
Səs ver:
Bütün qadınlar dərilərinin gözəl və problemsiz olmağının arzusundadırlar. Bunun üçün bir çox təcrübələrə əl atır, saatlarca vaxt da sərf edirlər. Gözəl, parlaq və sağlam bir dəri üçün xüsusi qulluq vacibdir, lakin yetərli deyildir. Qida qəbulu doğru seçilməyibsə, heç bir sağlam dəridən danışmaq doğru sayılmaz. Necə ki, yeyərkən dərimizdə problem yaradan qidalar olduğu kimi, bəzi qidaların qəbul edilməməsi də dərinin qüsuruna yol açır. Gəlin birlikdə dərimizin sağlamlığı üçün vacib olan bir neçə qidayla tanış olaq.
1. Dolmalıq qırmızı bibər: Çiy halda da, bişmiş halda da çox dadlı olan qırmızı bibər dərinin ən yaxın dostudur. Bir ədəd qırmızı bibər gündəlik C vitaminini təmin edəcək qüvvədədir. Dərinizin həmişə cavan qalmasını istəyirsinizsə, gündəlik qəbul ediləcək tərəvəzlər sırasına qırmızı bibəri də əlavə edin. 30 kaloridən yuxarı olmayan qırmızı bibəri pəhriz zamanı da istifadə etmək məsləhət görülür.
2. Şokolad: Antioksidantla zəngin olan şokolad qadınlar üçün həm xoşbəxtlik qaynağı, həm də hər gün qəbulu imtina edilməyən bir qidadır. Şokolad üzə parlaqlıq verir, dərini günəşin mənfi şüalarından qoruyur. Xüsusən də tərkibində südü az, kakaosu 80% olan şokoladlar daha məsləhətlidir.
3. Somon: Somon balığı bəlkə də ən çox Omega-3 qaynağı olan qidadır. Stres, gərginlik və depresiya zamanı çox müsbət təsiri olan somon balığı, gündəlik D vitamini ehtiyacını qarşılamaqda əvəzsizdir. Eyni zamanda dərini nəmləndirir, saç dibi və saçlar üçün də xeyirlidir.
4. Yaşıl çay: Yaşıl çay da dəriyə müsbət təsir göstərən qidalardandır. Faydasını daha yaxşı görmək üçün gündə 2-3 fincan içməlisiniz.
5. İspanaq: bütün dəri problemlərində ən yaxşı seçim olan ispanağı hər gün qəbul etməniz daha uyğundur. Tərkibində olan A, C və E vitaminləri dərinin yaxın dostu sayılar.
6. Çəyirdək və ya toxum: Günəbaxan tumundan tutmuş, balqabaq toxumunadək bütün çəyirdəklərdə E vitamini vardır. Dərini nəmləndirən bu vitamin dəri üçün çox faydalıdır. Pəhriz saxlayanlar da normanı keçməmək şərti ilə hər gün qəbul etsələr, heç bir zərərini görməzlər.
7. Kərəviz: Bir başqa məsləhətli sayılan qida da kərəvizdir. Quruluq, qırış kimi bir çox dəri problemini aradan qaldıran kərəviz, ən məsləhətli qidalardan biridir. Kərəvizi də hər gün qəbul etməkdə heç bir ziyan yoxdur.


Şərhlər: 18
Baxılıb: 1645
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sadecə mən
Yazılanlardan istifadə etmişəm.Təşəkkürlər faydalı məlumatlar idi.
27 aprel 2015 16:42
# 18
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
qanadli melek
Qeyd olunan qidalardan bezilerini istifade edirem

Qeyd olunan qidalardan bezilerini istifade edirem

Qeyd olunan qidalardan bezilerini istifade edirem
25 aprel 2015 17:35
# 17
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Meleknur
Bezilerinden istifade edirem
25 aprel 2015 17:31
# 16
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
aliceWOnDer
Hamısından istifadə edirəm əsasda şokolatdan
25 aprel 2015 16:58
# 15
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Dosta_inam
burda yazilanlardan istifade edirem tez tez olmasada yeyirem.
25 aprel 2015 16:46
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
emis
bu qidalardan hamısından olmasada bəzilərindən istifadə edirəm en coxda sokoladdan vazkecilmezimdir sokolad ama ziyan oldugu calisram az yeyim hemde kokeldir axi ona gore az yeyirem diqqet edirem ki birden kokelerem qorxuram kokelmekden tesekkurler.
25 aprel 2015 16:43
# 13
Brilliantam
qirmizi biber,yasil cay,sokalad,ceyirdek ve toxum bunlardan tez tez istifade edirem.
25 aprel 2015 16:09
# 12
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Rakella
tekce sokolad ve toxum yeyirem o birileri yox biberden hec xosum gelmir
25 aprel 2015 15:30
# 11
Impossible is not a word,it's just a reason for someone not to try
Catwoman666
. Şokolad: Antioksidantla zəngin olan şokolad qadınlar üçün həm xoşbəxtlik qaynağı, həm də hər gün qəbulu imtina edilməyən bir qidadır. Şokolad üzə parlaqlıq verir, dərini günəşin mənfi şüalarından qoruyur. Xüsusən də tərkibində südü az, kakaosu 80% olan şokoladlar daha məsləhətlidir.

dunyada kakaonu menden cox seven insan tanimiram. ele ozum de sokolad kimi qizam))))sokolad deyende haminin bildiyi sokoladlar yoxee esl kakaodan sohbet gedir!
25 aprel 2015 15:18
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
lelos
Biber yasil cay istifade etmirem o birlerden istifade edirem.
25 aprel 2015 14:50
# 9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Tomris Müslümova
bi dene sokolad yeyirem biber zad hec seven deyilem
25 aprel 2015 13:47
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
Şokolad xəstəsiyəm
25 aprel 2015 13:46
# 7
İçimi görsən mənə aptek alarsan.
Fialka
Qeyd olunan qidalardan hamısından olmasada bəzilərindən istifadə edirəm , digər qidalar kimi bunlarda orqanizm üçün faydalıdır.
25 aprel 2015 13:43
# 6
cinqosh
yazılanlardan somon balığını heç yeməmişəm. Qırmızı bibər də gözümün düşmənidi.qalanlarını çox sevirəm.bu xəbərdən sonra daha da çox istifadə edəcəm.çox sağ ol.
25 aprel 2015 13:30
# 5
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
vipbetul
en cox sevdiyim her zamanda isdifade etdiyim burdakilardan sokoladdi
25 aprel 2015 13:28
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergız33
Bezilerinden istifade edirem. Ama yaşıl cay icen kimi teziqim düşür .
25 aprel 2015 13:21
# 3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Yalniz balig yemirem digerlerini sevirem
25 aprel 2015 13:14
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Hamsindan istifade edirem bir istisna var baliq
25 aprel 2015 13:05
# 1
SVETA
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz