Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik içkiləri
Gözəllik içkiləri
Şərhlər: 16
Baxılıb: 759
Səs ver:
Dərinin gözəlliyi daha çox onun effektiv nəmliyindən asılıdır. Dərini nəmləndirmək üçün heç də çoxlu dəri nəmləndirən kremlərdən istifadə etmək lazım deyil. Bunun üçün hər gün kifayət qədər maye qəbul etməniz kifayətdir. Bəs hansı mayeləri qəbul etməli? Qazlı içkilər zərərlidir, meyvə şirləri isə kalorili. Çay, mineral sular kim müxtəlif hazır içkilər daha faydalıdır.

Süzgəcdən keçirilmiş su için. Gündə neçə şüşə mineral su içirsiniz? Əgər bütün ailəni buna öyrəşdirmiş olsanız, əlbəttə, ay ərzində bu, xeyli "pul" deməkdir. Su kranından suyun içilməsi isə sağlamlığa zərərlidir. Bunun üçün müəyyən su süzgəclərindən istifadə etmək yerinə düşərdi və siz də pulunuza qənaət   etmiş   olardınız. Həm də ki, sonradan problemlərlə qarşılaşmazsınız.

Süzgəcdən keçirilmiş suyu plastik qablarda saxlamaq məsləhət deyil. Yaxşı olar ki, onu ya şüşə qabda, ya da xüsusi su qablarında saxlayasınız.
Əgər adi su qəbulu sizi təngə gətirirsə, onda ona müəyyən əlavələr də edə bilərsiniz: təzə nanənin və reyhanın bir neçə yarpağını xırdalayaraq süzgəcdən keçirilmiş suya əlavə edin. Sonra cövhər versin deyə yarım saat otaq teperaturunda saxlayın. Sonra isə bir qaşıq bal qataraq qarışdırın.

- Portağalı yedikdən sonra qabığını atırsınız? Əbəs yerə. Qurudulmuş sitrus qabığının tərkibi xolesterinin miqdarını azaldan, qaraciyəri toksinlərdən təmizləyən və qanda şəkərin miqdarını tənzimləyən faydalı maddələr və flavonoidlərlə zəngindir. Portağalın, naringinin, limonun qurudulmuş qabığını istər ayrılıqda, istərsə də birlikdə ovuşdurub süzgəcdən keçirilmiş suya əlavə edin və otaq şəraitində yarım saat saxlayın. Eyni zamanda həmin qarışığa С vitamini ilə zəngin olan bir neçə damcı limon şirəsi də əlavə etmək olar.

Çaya görə qəhvədən imtina edin. Çay dünyada sudan sonra ən məşhur içkidir. Qara, yaşıl, ağ, ümumiyyətlə, çayın bütün növləri meyvələr kimi və hətta daha artıq dərəcədə antiоksidantlarla zəngindir və sağlamlıq üçün faydalıdır. Ot çaylarında antioksidantlar bir qədər az olsa belə insanın müxtəlif orqanlarına müsbət təsir göstərir.

Tərəvəz şirələri için. Tərəvəz şirələrində kalori az olsa da ilin soyuq vaxtlarında immunitetin möhkəmləndirilməsində böyük rol oynayır.

Meyvə şirələrini qarışdırın. Meyvədən hazırlanmış şirələrdə kalori yüksəkdir və tərkibində şəkər çoxdur. Nektarlar daha kalorilidir. Süzgəcdən keçirilmiş suya onun 1/2 və ya 1/3-i qədər meyvə şirəsi əlavə edin. Yəqin ki, şirin və ya dadlı alınmayacaq, amma siz bununla gündəlik şəkər qəbulunu azaltmış olursunuz. Bununla belə bir qədər vitamin və antioksidant dozası almış olursunuz. Meyvə, tərəvəz şirələri, müxtəlif növlü ot çaylarından maddələr mübadiləsinin pozulmasında və hətta arıqlamaq üçün istifadə olunur. Eyni zamanda, şirələr dərinin sağlamlığı və gözəlliyi üçün həddindən artıq faydalıdır:

- üzün rəngini yaxşılaşdırır,

- dəriyə təravət və elastiklik verərək onu daxildən nəmləndirir,

- dərini qırışları əmələ gətirən səbəblərdən olan zərərli və sərbəst radikallardan qurtarır,

- sızanaqlarla mübarizədə kömək edir.

Yaxşı olardı ki, şirə və nektarları ev şəraitində özünüz hazırlayasınız. Çünki satışda olan şirələrdə şəkər həddindən artıqdır, əlavələr çoxdur və vitaminlər azdır. Əgər hazır şirə almaq zərurəti yaranarsa, onda 100 % təbii olan, şəkərsiz, konservant və süni rəngləyici maddələr olmayan şirələr əldə edin. Şirəni özünüz hazırlamaq istəsəniz, sizə ya mexaniki, ya da elektriklə işləyən şirəçəkən lazım olacaqdır. Bir çox şirəçəkən meyvələrin lətini tamamilə ləğv edir və yalnız təmiz sirə çıxarır. Amma yadda saxlamaq lazımdır ki, meyvə-tərəvəzin ləti də sağlamlıq və gözəllik üçün faydalıdır. Ona görə də şirəçəkən alarkən eləsini alın ki, о, şirə ilə yanaşı,meyvə-tərəvəzin lətini də saxlamış olsun.

Müxtəlif meyvə və tərəvəzlərdən alınmış şirə daha faydalıdır. Məsələn, alma və kök şirəsi daha sadə və əlverişli, eyni zamanda faydalı, vitaminlərlə zəngin içkidir. Çuğundur və xiyar şirəsinin qarışığı böyrəkləri və qaraciyəri təmizləyir, orqanizmi şlaklardan və toksinlərdən xilas edir. Banan və yemiş aclıq hissini və emosional qidalanmaya meylliliyi azaldır. Eyni zamanda əhvalın yaxşılaşmasına da köməklik göstərir. Qreypfrutun gavalı ilə qarışığı səhər-səhər enerji verir və iş qabiliyyətini artırir.


Şərhlər: 16
Baxılıb: 759
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sadecə mən
Yazılanlardan istifadə edirəm.Təçəkkürlər faydalı məlumatdır.
27 aprel 2015 17:00
# 16
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Meleknur
Maraqlidi lazimli melumatdi tewekkurler
26 aprel 2015 23:23
# 15
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Luna-90
Suyu bilirdim derini yaxsi edir
26 aprel 2015 22:11
# 14
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Her bir sey insan bedeni ucun faydalidir. Bu yazilannarin bezilerinnen istifade edirem
26 aprel 2015 19:04
# 13
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
qazil icgilerden daha cox istifade edirem,
26 aprel 2015 17:46
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Qlamurr
Qazlı və rəngli şirələrdən maksimum az istifadə edirəm,o da zərurət olanda,əsasən evdə çəkilmiş meyvə şirələrinə üstünlük verirəm,kök,alma və çuğundurdan hazırlanmış şirə çox istifadə edirəm.
26 aprel 2015 15:15
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
lelos
Suyu cox icmirem cay cox icirem
26 aprel 2015 14:52
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Dosta_inam
su çox xeyirlidir ancaq men içe bilmirem gün erzinde bir st olar olmaz,daha çox çay kofe içirem.
26 aprel 2015 14:38
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Catwoman666
su cox icmirem teessuf ki amma suyun orqanizme neee qederrrrr faydali oldugunu bilirem
26 aprel 2015 14:38
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Rakella
Su cox icirem buradaki meslehetlerden de istifade edecem cox sag olun
26 aprel 2015 13:43
# 7
Impossible is not a word,it's just a reason for someone not to try
Nezka
Belə şeylərə nə həvəsim var nədə istəyim
26 aprel 2015 13:34
# 6
İçimi görsən mənə aptek alarsan.
Fialka
Süni və qazlı içkilər orqanizm üçün zərərlidir, daha çox təbii meyvə və tərəvəz şirələrindən istifadə olunsa daha yaxşı olar , ən əsası isə gündəlik çoxlu su qəbul etmək lazımdır, əgər içə bilmirsizsə iki litr ölçülü qabda suyu qoyun və gün ərzində bitirməyə çalışın daha bir dəfənə içməyə çalışmayın belə də zərərli ola bilər, yəni qaydasında olmalıdır .
26 aprel 2015 13:21
# 5
vipbetul
esasen tebi apilsin shiresini ichmeyi xosluyuram
26 aprel 2015 13:16
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
men en cox cay iciremm ,, uzumde temizdi problem yoxdu
26 aprel 2015 13:15
# 3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Nur k-off
men daha cox suya ustunluk verirem
26 aprel 2015 13:10
# 2
SVETA
Tomris Müslümova
su-su-su cox xeyirlidi her gun su icmek
26 aprel 2015 13:07
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz