Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kiçik hiylələrlə ən azı 10 yaş gənc görsənə bilərsiniz
Kiçik hiylələrlə ən azı 10 yaş gənc görsənə bilərsiniz
Göndərən: Wiyinka
Şərhlər: 16
Baxılıb: 2291
Səs ver:
Bir neçə makiyaj hiyləsiylə illərə meydan oxumaq mümkündür. Doğru makiyaj üsulu ilə olduğunuzdan daha gənc görünə bilərsiniz.

Gözəllik bölməsi gənc görünmək üçün vacib olan makiyaj hiylələrini təqdim edir:

1.Qaz ayaqlarını gizlədin
Göz ətrafındakı dəri üzün ən həssas yeridir. Dəri tipiniz yağlı olsa belə, göz ətrafı qurumağa meyilli olur.
Quruluq isə göz ətrafının qırışmasına, yəni qaz ayaqları dediyimiz cizgilərin meydana gəlməsinə səbəb olur. Xanımlar göz ətrafındakı qaz ayaqlarını çox vaxt tonal kremlə örtməyə çalışırlar. Ancaq bu ən pis makiyaj vərdişidir. Göz ətrafındakı qaz ayaqlarını gizlətmək üçün xüsusi korrektordan və pudradan istifadə etməlisiniz.

2. Dodaqlarınızı dolğunlaşdırın
Yaş irəlilədikcə dodaqlar incəlir. Dodaqlarınızı dolğunlaşdırmaq sizi daha gənc göstərəcək. Bunun üçün təbii rəng çalarlarında olan, dodaq rənginizdən çox fərqlənməyən dodaq boyalarına üstünlük verin. Çatlaq dodaqlar sizi yaşlı və baxımsız göstərir. Ona görə də daim çantanızda dodaq balzamı gəzdirin. Balzamı gündə ən az 4-5 dəfə çəkin.

3. Bığ bölgəsindəki qırışıqlıqları aradan qaldırın
Dodağın üstündə, yəni burunla dodağın arasındakı bölgədə qırışıqlar 30-40 yaşlı qadınlarda meydana gəlir. İnsanı yaşlı göstərən bu qırışıqlar siqaret aludəçilərində, sağlam qidalanmayanlarda daha çox müşahidə edilir.
Makiyaj edərkən bu qırışıqlıqları dəri tonunuzdan daha açıq rəngdəki korrektorla örtün. Korrektorun keyfiyyətli olması çox önəmlidir. Əks təqdirdə, bir müddət sonra yığılaraq üzünüzdə xoş olmayan görüntüyə səbəb ola bilər.

4. Tonal krem seçərkən diqqətli olun
Tonal krem seçərkən diqqətli olmalısınız. Dəri rənginizdən 1 ton açıq və mümkündürsə sarının çalarlarında olan tonal kremlərə üstünlük verin. Çünki sarı rəng dərini daha gənc görünməsini təmin edir. Toz halındakı məhsullar daha yaşlı görünməyinizə səbəb ola bilər. Ona görə də pudradan istifadə etməyiniz məsləhət deyil.

5. Ənliyi almacıq sümüklərinin üzərinə çəkin
Ənliyi üz quruluşunuzu nəzərə alaraq yanağın uyğun bölgəsinə çəkməlisiniz. Yaş çoxaldıqca qadınların üzləri aşağı doğru sallanır. Bu problemin öhdəsindən gəlmək və daha gənc görünmək üçün ənliyi almacıq sümüklərinizə çəkin.


Şərhlər: 16
Baxılıb: 2291
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lelos
ne etsekde hemin yaş olacaq
1 may 2015 21:43
# 16
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nur k-off
mene o qederde lazim deyiil 7 yawimda gorsenmek istemezdim
1 may 2015 18:24
# 15
SVETA
Qlamurr
Qadın əslində göründüyü yaşdadı,hər zaman baxımlı olmalıdır yeri gələndə qeyd olunan məsləhətlərdən faydalanmalıdır))
1 may 2015 00:37
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Nezka
Bu şeylər mənə mənasız gəlir onsuz da əvvəl-axır qocalacayıq ha bugün ha sabah gecikdirməyin nə mənası
30 aprel 2015 20:40
# 13
İçimi görsən mənə aptek alarsan.
amazing
Makiyaj etmirem,edendede layner ve pudra.bele bir problemim yoxdur heleki.
30 aprel 2015 19:09
# 12
BARBI
Her zaman yasimnan en az 5 yas genc gorsenirem ne qeder calissanda geninde genc qalmaq yoxdursa mumkun deyil
30 aprel 2015 17:24
# 11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
bunlari bilirdim qadina hemise ozune baxmalidir,en cox uz derisine diqqet etmelidir,heleki cavaniq qirislarimiz falan yoxdu hele,ama yaslandiqca yas ozunu gosterecek onda yaslanmagin qarsini almaq ucun bu mumkun deyil sadece derimize qulluq etmeliyik bi hiylelerler tesekkurler
30 aprel 2015 16:56
# 10
qanadli melek
Yawimi gizletmek kimi biri derdim yoxdu
30 aprel 2015 16:56
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
talis balasi
Cox deyil azdir yasim,hele cavan qizam men
30 aprel 2015 16:52
# 8
vipbetul
hele cavaniq
30 aprel 2015 16:28
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
yasim azdi zaten balaca gorunurem yasimdan
30 aprel 2015 15:47
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Lucia
Hə istifadə edirəm bəzən.
30 aprel 2015 14:37
# 5
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Catwoman666
hele yasim az olduguna gore bu meslehetler menlik deyil. amma gelecede lazim olacaq)
30 aprel 2015 14:26
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Özünə qarşı diqqətli, baxımlı qadınlar həmişə yaşından cavan görsənirlər. Təbii burda makyajda mühüm rol oynayır cavan görünməkdə, doğru və düzgün şəkildə həddi aşmamaqla istifadə oluna bilər, qeyd olunan məsləhətlər haqqında da məlumatım var təşəkkür.
30 aprel 2015 13:44
# 3
Ayten666
Axir biliremki ozune baxan qadin hermenada vseqda cavan gorsenir. Yasdanda qorxmuram nedise o olsun.esAs odu daxilen qocalmayasan.Allah heckime pis gun vermesin
30 aprel 2015 13:37
# 2
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
NeL
GeLeceyde istifade ederiy
30 aprel 2015 13:31
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz