Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kosmetologiya: yeniliklərin fəsadları
Kosmetologiya: yeniliklərin fəsadları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1496
Səs ver:

http://imgs.su/tmp/1323255344-367.jpg

Bu gün insanların bir çoxu kosmetologiyanın yeniliklərindən istifadə edir. Ancaq bu yeniliklərin müsbət tərəfləri ilə yanaşı, fəsadları ilə qarşılaşanlar da var. Əhalinin üstünlük verdiyi kosmetik proseslərdən biri də botoksdur. Son vaxtlar ölkəmizdə də geniş yayılan bu prosesdən faydalananlar ondan istifadənin nə dərəcədə doğru olduğunu bilirlərmi?

Botoksun tətbiqi zamanı həyati vacib bir orqana toxunularsa, mənfi təsiri ola bilər

Qeyd edək ki, botoksdan əsasən nevroloji və kosmetoloji sahədə istifadə edilir. Elmi-tədqiqat Tibbi Bərpa İnstitutunun klinik nevrofizioloji laboratoriyasının direktoru, tibb elmləri doktoru Sədaqət Hüseynova bildirdi ki, botoks preparatının nevroloji sahədə istifadəsi zamanı o, ümumi qan dövranına düşmür və digər orqanlarda dəyişiklik əmələ gətirmir. Ancaq onun tətbiqi zamanı həyati vacib bir orqana toxunularsa, mənfi təsiri ola bilər.

Bundan başqa, ümumi təsirləri, yəni hər bir preparata olduğu kimi, ona qarşı da allergiya ola bilər. Direktorun sözlərinə görə, botoksun istifadəsi çox sadə olduğu üçün bu gün o elə bir həddə çatıb ki, hər bir kosmetoloq onu rahat istifadə edə bilər:

"Bu preparat Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Onu ölkəyə gətirən distribüterlərin həm özləri, həm də preparatları SN də qeydiyyatdadırlar. Bu preparat xüsusilə də uşaq nevrologiyasında, ifliclərdə bir çox ölkələrdə müalicə proqramına daxil edilir".

Botoksun çox bahalı olduğunu deyən S.Hüseynova bildirir ki, hər ailə onu əldə edə bilmir və əgər SN-nin dəstəyi ilə həmin ailələrə kömək olarsa, çox yaxşı nəticəsi olar. Direktorun sözlərinə görə, botoks preparatı əslində çox ciddi nevroloji preparatdır. Bəzi nevroloji xəstəliklərdə istifadə olunur, eləcə də boyun nahiyəsində boyun əyriliyi deyilən xəstəlik var ki, boyun bir istiqamətdə qalır. Eləcə də estetik nevrologiyada istifadə olunur. Tərləmə zamanı, baş ağrıları, gərginlik, miqren zamanı botoks xüsusi yeri olan preparatdır.

Mənfi təsiri isə əsasən dərmanın dozası düzgün seçilməyəndə və tətbiqi düzgün aparılmayanda ola bilər. S.Hüseynova qeyd etdi ki, ümumiyyətlə, botoks preparatının tətbiqi ixtisaslaşdırılmış, xüsusi hazırlıq keçmiş nevropatoloq tərəfindən aparılmalıdır:

"Hər bir əzələ ilə yanaşı, dozanın da düzgün seçilməsi şərtdir ki, bu düzgün seçilmirsə və artıq doza vurulursa, həmin nahiyədə əzələ zəifliyi əmələ gələ bilər. Bizim praktikada elə bir ciddi fəsadla rastlaşmamışıq. Təsirinə gəldikdə isə 3-6 aydan sonra onun orqanizmdə əmələ gətirdiyi dəyişiklik bərpa olunur və sonra başqa bir dəyişiklik gözlənilmir".

Botoksdan istifadəyə hansı insanların ehtiyacı var?

Bu gün botoksun kosmetologiyada tətbiqi daha geniş yayılıb. Kosmetoloqlar ondan istifadəni necə dəyərləndirirlər? Həkim-kosmetoloq, tibb elmləri namizədi Firuzə İsrafilova deyir ki, bu gün tibbi kosmetologiyanın son nailiyyətləri kimi insanların gəncləşməsində, qırışların ləğv olunmasında çoxlu çeşiddə iynələrdən istifadə olunur. Ancaq bu taktikanı seçənlər həm kosmetologiyanı çox ciddi bilməlidirlər, həm də təcrübələri olmalıdır.

Hər bir yeniliyin xeyri ilə yanaşı, ziyanını da yaxşı bilməlidirlər və ola bilsin ki, bu elə bir yenilikdir ki, onun 95 faiz ziyanı var, amma haradasa 5 faiz istifadə oluna bilər. Belə yeniliklərə üzdə istifadə olunan gel, silikon, dəri altına yeridilən implantlar, eləcə də botoks daxildir.

Kosmetoloqun fikrincə, mezoterapiya fərqlidir. Çünki bunlar lazım olan polivitaminlərdir və ustalıqla istifadə edilərsə, çox xeyri var. İndi iynəsiz mezoların reklamları getsə də kosmetoloqun sözlərinə görə, mezoterapiya dərinin orta təbəqəsinə çatmaq deməkdir ki, bu da ancaq iynə ilə mümkündür və iynəsiz mezoterapiyanı tətbiq etdiklərini deməklə insanları aldadırlar:

"Botoksa gəldikdə isə botulizm elə bir xəstəlikdir ki, insanın mədə-bağırsaq sistemində botulizm prosesi gedir və bir çox insan indiyədək bununla bağlı dünyasını dəyişib. Çox dəhşətli bir mikrob, bakteriyalardır. Mədə-bağırsağı tam fəaliyyətsizliyə gətirib çıxarır. Alimlər belə bir qərara gəliblər ki, əgər o hansısa əzələni, sinirlərin uclarını fəaliyyətsizliyə gətirib çıxarırsa, ondan istifadə etsinlər. Beləliklə, botoks iflic tipli sinir xəstəliklərində istifadə olunur".

Botoksun kosmetologiyada tətbiqinə gəldikdə isə kosmetoloqun sözlərinə görə, insanların üzündə bəzi qırışlar var ki, onlar bunun qarşısını ala bilmirlər. Buna xüsusilə emosional, güclü hissiyyatlı, aqressiv insanlarda rast gəlinir. Əgər digər müalicələr kömək etmirsə, bu zaman botoksdan istifadə edilir. Bir də bu qrupa aktyorlar daxildirlər ki, onlar emosionaldırlar, səhnədən çıxdıqdan sonra rolu öz ürəklərində yaşadırlar, alınlarının ortasında, göz ətrafında qırışlar, iki qaşın ortasında düyünlər əmələ gəlir.

Bəzi sənət sahələri var ki, məsələn, polis, gömrük, mühasibat sahəsində çalışanlarda, bir də pedaqoqlarda ciddilik tələb olunduğu üçün bu durumları daha çox müşahidə etmək olur. Belə adamlar, xüsusilə də aktyorlar qırışlarla bacarmayanda çox nadir hallarda botoksdan istifadə etmək olar. Ancaq bu işi peşəkarlar görməlidirlər ki, başqa bir fəsad alınmasın.

Kosmetoloq mütləq dəri həkimi olmalıdır, indi 5-6 günlük kurslarla kosmetoloq olurlar

Son 20 ildir, dünyada botoksdan istifadə edildiyini deyən F.İsrafilova bildirdi ki, botoksun müəllifi amerikalı alim Ronald Reylə şəxsən tanışdır:

"Bu preparatın tətbiqinə başlanarkən o istəyirdi ki, Azərbaycanda da mənim vasitəmlə bunu həyata keçirsin. Mən bunu qəbul etmədim və indiyədək də bir dəfə də olsun botoks etməmişəm. Bir həkim kimi bilirəm ki, bir insana botoks etməklə mən çoxlu pul qazanaram, amma bu, insanın gələcəyi üçün təhlükə yaradacaqsa, onu istəmirəm.

İndi ölkədə kosmetoloqlar çoxdur. Amma sovet dövründə olan, seçilən kosmetoloqlar indi çox azdır. Kosmetoloq mütləq dəri həkimi olmalıdır, yoxsa indi 5-6 günlük kurslarla kosmetoloq olurlar. Biz Elmi-tədqiqat institutunda xüsusi dərslər keçirdik. Həkimlə professor həftədə iki dəfə təkbətək dərs keçərdilər. Günün yarısını elmlə, yarısını praktika ilə məşğul olurduq. Bu gün, məsələn, Fransada bir həftə ərzində gedib ödənişlə sertifikat alıb gəlirlər. Üstəlik, elə danışırlar ki, sanki bunlardan yaxşı bilən yoxdur və insanları yanlış maarifləndirirlər".

Botoksun kosmetologiyada yeri çox azdır

Bu gün botoksun kosmetoloji mərkəzlərdə istifadəsinə gəldikdə isə kosmetoloq deyir ki, belə yerləri açanlar adətən kosmetoloqlar özləri olmurlar. Müəssisələr biznes üçün açılır və gəlir əldə etmək məqsədi güdülür:

"Orada adi bir həkim oturdurlar ki, gəlir götürsünlər. Çünki cihazları da çox baha alırlar. Sahibkar əhalinin sağlamlığına ziyan vurmamalıdır. Onlar nəticəni, insan həyatını düşünmürlər, ancaq nə qədər ümidləri sınan insanlar var.

Əvvəllər düzgün müalicə almayan insanlar bizim yanımıza gəldikdə 10 dəqiqə söhbətdən sonra pasiyentimiz olurdular. Amma indi ümidləri qırılan o insanları 1 saat ərzində yola gətirə bilmirik. Hər bir yeniliyi göydə tutmaq lazım deyil, ona elmi yolla da baxmaq lazımdır. Ona görə də botoksun kosmetologiyada yeri çox azdır".

Botoksun gətirilmə və saxlanma şəraitinə necə əməl olunur?

Kosmetoloqun fikrincə, əgər botoks yanlış tətbiq edilərsə, insan iflic də ola bilər: "Bu, iki göz ətrafına da vurulur və düzgün vurulmayanda hər iki göz eyni cür bağlanmır. Eləcə də insanın baxışında dəyişiklik olur. Əgər təkrar-təkrar 6-7 aydan bir iynə vurulursa, sonralar həmin insanda sürətlə qocalma gedəcək".

F.İsrafilovanın sözlərinə görə, fəsadlardan biri kimi ən mühüm amil botoksun ölkəyə gətirilmə yollarıdır:

"Botoks flakonlarda gəlir. Onların daşınma şərtləri var. Onlar müəyyən mənfi dərəcədə konteynerlərdə gəlməlidir. Biri açıldıqda bir neçə insana vurulur və 2-3 saat içində həll olunmalıdır, hamısı vurulmalıdır. Kosmetoloqlar 30 nəfəri bir yerdə haradan tapırlar ki, hamısını istifadə etsinlər? Demək, soyuducuda saxlayırlar. Bu özü bir qüsurdur".



Şərhlər:
Baxılıb: 1496
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz