Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sızanaqlara qarşı necə mübarizə aparmaq olar?
Sızanaqlara qarşı necə mübarizə aparmaq olar?
Göndərən: NoName
Şərhlər: 23
Baxılıb: 2864
Səs ver:
Qara nöqtələr (kamedonlar) və ağ civzələr (iltihablaşmayan) – aknenin ən sadə formalarıdır. Bu problemi kosmetik salonda dərinin təmizlənməsi ilə həll etmək olar (sizin dərinizə hansı təmizləmə üsulunun tətbiq ediləcəyini kosmetoloq müəyyən edir).
Bu halda sizə yalnız bir məsləhət verə bilərik: dərinin təmizlənməsi üçün hər hansı bərbərxanaya və ya ev şəraitində qulluq göstərən şəxslərə deyil, bu sahədə ixtisaslaşmış və tanınmış kosmetoloji klinikaya müraciət edin. Özünüz də heç bir halda üz nahiyənizdə olan nə ağ, nə də irinli sızanaqları sıxmağa cəhd etməyin! Burada yalnız kamedonlar istisna təşkil edir. Onları ev şəraitində, qabaqcadan dərinizi yaxşı təmizləyib və buğa verib, əllərinizi yuyaraq antiseptik maddələrlə sildikdən sonra təmizləmək (sıxmaq) olar.
 
İrinli sızanaqların müalicəsi daha mürəkkəb olur. Sızanaqları onlar dəridə xeyli çoxaldıqda deyil, əmələ gəlməyə başlayanda müalicə etmək lazımdır. Təkbaşına onları müalicə etmək mümkün olmayacaq və dərinizin vəziyyəti getdikcə daha da pisləşəcəkdir.
İrinli sızanaqların müalicəsi üçün kosmetoloqa deyil, dermatoloqa (və ya dermato-kosmetoloqa) müraciət etmək lazımdır. Həkim sızanaqların əmələ gəlmə səbəblərini aşkar edərək, tələb olunduğu halda sızanağın möhtəviyyatının laborator müayinəsini aparır. Məhz bundan sonra o, xüsusi preparatlardan, ola bilsin ki, antibiotiklərdən də istifadə etməklə fərdi şəkildə müalicə kursu təyin edir. Bəzi hallarda dermatoloq pasienti digər həkimlərin (endokrinoloq, qastroenteroloq, ginekoloq, dietoloq və s.) müayinəsinə də göndərə bilər.
Sızanaqların müalicəsi, xüsusən də onların sayı üzdə çox olduqda, xeyli dərəcədə mürəkkəb və uzun müddət ərzində davam edən proses olub, heç də 100% hallarda tam sağalma ilə nəticələnmir. Bundan başqa, sızanaqlar sağaldıqdan sonra üz dərisində onların yerində xeyli genişlənmiş məsamələr, qırmızı ləkələr və çapıqlar da qalır ki, onlar da müalicə tələb edir. Məhz buna görə, maksimal şəkildə üz dərisində sızanaqların əmələ gəlməsinə imkan verilməməlidir. Bunu necə etmək olar?
Dediyimiz kimi, dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi aknelərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Beləliklə, əgər siz dərinizin təmiz olmasını istəyirsinizsə, aşağıdakılara əməl etməlisiniz:
- tələbat olmadığı halda əllərinizlə üzünüzə toxunmayın! Üz dərisinə qulluq edilməsi və kosmetik vasitələrin sürtülməsi ancaq əllərin yaxşı-yaxşı yuyulmasından sonra yerinə yetirilə bilər;
- dərinin düzgün şəkildə təmizlənməsini öyrənin. Cinsi yetkinlik dövründə yeniyetmələr öz dərilərinə diqqəti artırmalı, onun təmizlənməsi üçün yağlı və problemli dəri üçün nəzərdə tutulan xüsusi gel və "penkalardan” istifadə etməlidirlər;
- dərinin həddindən artıq yağlanmasına qarşı mübarizədə üzünüzü tez-tez isti su və sabunla yumayın, tərkibində spirt olan tinkturalar, turşular və s. bu kimi vasitələrdən istifadə etməyin. Çünki bu, dəridə piyin ifraz olunmasının daha da artmasına və sızanaqların çoxalmasına səbəb olur;
- heç zaman üzünüzü kosmetikadan təmizləmədən yatmayın;
- dəri tipindən asılı olaraq müəyyən fasilələrlə dərinizi ölmüş hüceyrələrdən təmizləmək üçün skrablardan istifadə edin;
- tələbat yarandıqca kosmetoloqa müraciət edərək, kamedon və civzələrin iltihablaşması təhlükəsindən qurtulmaq üçün dərinizin dərin təmizlənməsini etdirin.


Şərhlər: 23
Baxılıb: 2864
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
sızanaq əsasən böyük qızlarda olur.məndə arada biraz çıxır ama çox ciddi olmur.yəni belə problemim böyük deyil!)
3 iyun 2015 17:03
# 23
Don't trust anyone ∆
Cimbom Nilay
Allah heç kəsin başına gətirməsin. Sızanaqlar- 125
3 iyun 2015 17:00
# 22
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
vipbetul
prablem yoxdu
13 mart 2015 18:57
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lili)
herden bir olur sizaqlar bilmeyimiz lazimdi
23 yanvar 2015 08:53
# 20
ruzgargulum
Lazimli xeberdir ama şükür belə bir problemim yoxdur mende sizanaq olmur hec vaxt təşəkkürlər
23 yanvar 2015 00:25
# 19
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
Gulu-Qezi
LAZIMLI XEBERDI
22 yanvar 2015 13:13
# 18
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Wappuw
lazimli xeberdi,helelik ehtiyyacim yokdur
22 yanvar 2015 01:52
# 17
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
gulunnn
wukur bele problem yox
22 yanvar 2015 01:39
# 16
ece uslu
bele problemim yoxdu wukurler olsun
21 yanvar 2015 22:08
# 15
Bestoş
uzumde hecne olmur arada bir oda ozu cekilir yenede twk
21 yanvar 2015 21:51
# 14
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
tatyana
bu yasha catmisam hele yadima gelmirki uzumden sizanaq cixa
21 yanvar 2015 19:41
# 13
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Сладкий Ангел
tewekkurler mende olub ama hekime getdim sagaldi
21 yanvar 2015 19:01
# 12
.Bir gülüşüm var Sizlərə ömür...
aynur2002
Mende yoxdu. 22
21 yanvar 2015 17:18
# 11
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
ay.dan
mende hec olmazdi olandada 1-2 gune iterdi indi 2 aydi alnimda var hekim dedi hamilelikle elaqelidi
21 yanvar 2015 16:20
# 10
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
Tomris Müslümova
tesekkurler faydalidi
21 yanvar 2015 16:08
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
isveç.de
arada bir olur oda qiwda 1,2 dene tezde kecib gedir. sizanaq adeten qadinin matkasinda prablem olanda chox olur uzunde.
21 yanvar 2015 16:02
# 8
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
rəmsə
Məncə qaranöqtələrin ən yaxşı həlli üzü vaxtı-vaxtında təmiz yumaq və Nəmləndirici çəkmək
21 yanvar 2015 15:07
# 7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
emis
mende yoxdu sukur
21 yanvar 2015 14:38
# 6
xeyalperest
Uzumde xaldan başqa sizanaq yoxdu wukurki tewekkur
21 yanvar 2015 14:19
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ayan97
Memde sizanaq var az di nece temizliyim sade maska veya derman adi deye bilersiz? ne vururamsa temizlenmir
21 yanvar 2015 13:44
# 4
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
BARBI
Sizanaqlarim yoxdu sukur
21 yanvar 2015 13:37
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sona
Sizanagim yoxdu cixmir hec. Qara noktelerim var onlarida skrabla temizleyirrm
21 yanvar 2015 13:13
# 2
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Fialka
Faydalı xəbərdi əziyyət çəkənlər üçün məndə yeniyetməlik dövründə olub və öz özünə keçib belə problemim sonra olmadı yaxşı olarki diqqətli olsunlar sıxmasınlar belə daha çox yayıla bilər..
21 yanvar 2015 13:06
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz