Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər bir xanıma gərəkli makyaj sirləri
Hər bir xanıma gərəkli makyaj sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5133
Səs ver:
Aynaya baxırsınız və dodaqlarınızın həcmsiz olduğunu düşünürsünüz?
 
 
İstəyinizə catmaq o qədər də çətin olmayacaq.

1. Dodaqlarınızın kənar xəttlərini örtücünün köməyi ilə yox edin. Üzünüzə uyğun tonal və ya digər bağlayıcını istifadə edin,rəng fərqi görünməyəcək.
 
2. Dodaq qələmi köməyiylə təbii görünəcək şəkildə bir dodaq xətti çəkin. Qələmi çox basdırmadan tətbiq edin. Əks halda süni bir görünüş əldə edə bilərsiniz.
 
3. Dolğunlaşdırıcı dodaq boyasının köməyiylə seksual dodaqlara qovuşa bilərsiniz...
 
4. Xəttləri meydana gətirdikdən sonra istifadə etmək istədiyiniz dodaq boyası ilə xəttlərin içərisini doldurun. Dodağınızdakı təbii xəttlərin də pomada ilə doldurulmasına diqqət yetirin. Əks təqdirdə xətt xətt bir görünüş meydana gələcək.
 
5. Dodaqları dolğun göstərən digər bir üsul isə parladıcı istifadə etməkdir. Dodaq boyasının üzərinə şişirtmədən incə bir lay parladıcı sürtərək dolğun görünüş əldə edə bilərsiniz.


İndi isə keçək digər sirrlərə
 
Heç bir üz qüsursuz deyil. Lakin bəzi hiylələrlə bu qüsurları gizlətmək mümkündür. Necə?

1. Piqment ləkələrini bağlamaq ...
Əvvəl yüngül bir təmizləmə edin. Dəri tonunuza çox yaxın bir bağlayıcını ləkələrin üzərinə yüngülcə vuraraq tətbiq edin. Bu əməliyyatı ləkələr zəifləyənə qədər tətbiq edin. Bağlayıcını tətbiq edərkən ləkələrin izini itirmək üçün örtücü vasitəni ləkələrin ətrafına doğru bir az yayın.Tonal əsəsı sürtüb, pudralanın.

2. Qırışları gizlətmək ...
Dəri tonunuzdan 1-1,5 ton açıq bir bağlayıcını qırışıqlıq boyunca sürtün. Bağlayıcını barmağınızla və ya bir fırçayla yayıb sifətinizə yeridin.Qırışlarınız bilinməyəcək.

3. Burnunuz uzundursa ...
Burun ucunuza tünd rəng tonal tətbiq edin.Tonal kreminizi nəm süngərlə üzünüzə tətbiq etsəniz burnunuz sifətinizə uyğun olacaq.

4. Burnunuz böyükdürsə ...
Kölgə və işığı istifadə edin: burnunuzun üzərinə (burun sümüyünüz boyunca) daha açıq tonda, burun qanadlarınıza isə daha tünd tonda tonal əsas sürtün. Barmağınızla kremi yaxşıca yayın və 2 ton arasındakı sərhədləri yox edin, mat bir pudrayla pudralanın.

5. Çənə çox kiçik və içəri doğrudursa ...
Çənənizə (dodaq altına qədər) açıq rəng bir tonal krem çəkin. Bu çənənizin həcmini artıracaq. Tünd və parlaq rəngdə pomadalar istifadə edin, göz makyajınıza əhəmiyyət verin.

6. Çənə çox uzunsa ...
Çənənizin ucuna tünd rəng bir tonal tətbiq edib pudralayın. Dodaqlarınızı önə çıxaracaq canlı rəngdə pomadalar seçin, beləcə çənəniz uzunluğunu itirəcək dərəcədə olacaq.

7. Bir-birinə yaxın gözlər ...
Açıq tonda bir korrektoru gözün iç küncündən ortasına qədər çəkin. Ortadan xarici küncə qədər isə tünd tonda bir korrektor tətbiq edin. Sərhədləri yox etmək üçün iki rəngi bir-birinə yaxşıca yeridin.

8. Bir-birindən uzaq gözlər ...
Bu zaman əksinə Tünd tonda bir korrektoru gözün iç küncündən ortasına qədər,ortadan xarici küncə qədər isə açıq tonda bir korrektor tətbiq edin.

9. Yumru üzü daha incə göstərmək ...
Üzünüzün daha incə görünməsi üçün, gicgahlarınıza, almacıq sümüklərinizə və çənə altınıza böyük bir ənlik fırçası köməyiylə tünd rəngdə ənlik sürtün. Daha açıq rəng pudrayla alınınızı, burnunuzu və çənə ucunuzu vurğulayın.

10. Göz ətrafındakı xəttləri bağlamaq ...
Bağlayıcı bir qələmlə və ya incə bir fırçanı korrektorunuza bulayaraq xəttlərin üzərindən diqqətlə keçin və barmaq uclarınızla üzərlərinə yüngülcə vuraraq dərinizə yeridin. Diqqət: bağlayıcınız tonal kremdən daha açıq tonda olmalıdır.

11. Dodaqlarınız çatlamışsa ...
Pomada istifadə etməzdən əvvəl nəmləndirin və çox tünd tonlar istifadə etməyin.


Şərhlər:
Baxılıb: 5133
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz