Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadının yaşını ələ verən əllərə qulluq qaydaları
Qadının yaşını ələ verən əllərə qulluq qaydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2142
Səs ver:
Üz dərisinə qulluq daha çox vacib hesab edilir. Lakin əllərin üzdən daha çox qulluğa ehtiyacı var. Ona görə də əllərə qulluq etməyə yubanmadan başlamaq lazımdır ki, sonradan qırışlarla üzləşməyəsiniz. Nəzərə alın ki, bu nahiyədəki problemi plastik əməliyyatla da aradan qaldırmaq mümkün deyil.

Əgər əllərin tez-tez su ilə əlaqədə olması və suyun da əllərin dərisini qurutması haqqında düşünsək, məlum olar ki, əllərin üzümüzdən daha çox qulluğa ehtiyacı var. Əllərə qulluq nəinki gigiyenik cəhətdən, həm də estetik cəhətdən çox vacibdir. Qadinin əlləri onun haqqinda hər şey deyir. Buna görə də əllərə xüsusi qayğı göstərməliyik.

Əvvəlla unutmayın ki, əllər də üz kimi nəmləndirici, qidalandırıcı və sıxılaşdırıcı xüsusiyyətlərə malik təbii kremlərlə qorunmalıdır. Gündəlik rasionda dəri və dırnaqları gücləndirən qidalara yer verilməlidir. Dırnaqların uzanması üçün lazımlı zülalı ehtiva edən qatıqdan hər gün istifadə edilməlidir. Dırnaqların möhkəmliyi üçün dəmir, mis və sink tərkibli qidalara üstünlük vermək lazımdır. Dırnaqlarının kövrəkliyindən, tez-tez qırılmasından şikayət edənlər qoz və araxis yeməlidirlər.

Ev şəraitində iki qaynadılmış kartofu yarım limon şirəsi ilə qarışdırıb əllərə çəkmək olar. Amma bu maskanı çəkərkən effektini gücləndirmək məqsədilə əllərinizə sellofan torba keçirin.

Kartofu südlə də qarışdırıb əllərinizə çəkə bilərsiniz.

Əl və dırnaqların digər bir dostu limon suyudur. Zaman-zaman dırnaqların limon suyu ilə ovulması faydalıdır.

Kobud əl dərisini yumşaltmaq və bəsləmək üçün yulaf və baldan istifadə edə bilərsiniz. Bunun üçün 5 xörək qaşığı yulaf ununa bir yumurta sarısı və iki xörək qaşığı bal əlavə edin. Yaxşıca qarışdırıb əllərə sürtün.

Beş xörək qaşığı xiyar suyuna üç xörək qaşığı şirin badam yağı və dörd xörək qaşığı kakao yağı əlavə edin. Bu inqrediyentlər yaxşı qarışdırın ki, krem halına gəlsin və soyuducuda 10 dəqiqə saxlayın. Sonra istifadə edə bilərsiniz.

Yarım xörək qaşığı sirkəyə bir yumurta sarısı və iki xörək qaşığı ananas suyu töküb qarışdırın. Dırnaqlar bu məhlulda beş dəqiqə saxladıqdan sonra təmiz su ilə yuyun.

Üç xörək qaşığı hindqozu yağına iki yumurta sarısı, bir xörək qaşığı bal və bir xörək qaşığı duz əlavə edib. Sonra alınan məhlulu lak kimi dırnaqlara sürtün və 10 dəqiqə saxlayın.

Əgər dəriniz yaxşı vəziyyətdədirsə, manikürünüz də gözəl görünəcək. Baxımlı əllərin manüküründən də danışmaq yerinə düşərdi.

Yumşaq pastel rəngi artıq neçə mövsümdür ki, parlaq rənglərə alternativ kimi istifadə olunur. Parlaqlığı sevənlər üçünsə portağal rənginin gümüşü rənglə və ya qara rəngin qızılı rənglə birgə istifadəsi ideal variantlar arasındandır.

Artıq manikür yalnız dəbli geyimə əlavə rolunu yox, hətta obrazda aparıcı rol oynayır. Manikür dünyanın dəblə ayaqlaşan xanımlarının istifadə etdiyi bütün ansamblların azad iştirakçısına çevrildiyi üçün onun növləri də çoxalıb.

Bu mövsümdə parlaqlar rənglərlə yanaşı pastel rənglər də öz aktuallığını itirməyərək hətta payızın ən parlaq trendinə çevriləcək. Pastel çalarlarına müxtəliflik qatmaq üçün rənglərin parıltılı növlərini seçə bilərsiniz.

Bəs dırnaqları nə ilə bəzəyək? Daha açıq rənglərlə, yoxsa əksinə spiral və ya həndəsi fiqurlarla?

Dırnaqlarınızı əhvalınızdan asılı olaraq hər iki cür boyayın. Əgər mərcani trend sizi yorubsa, o zaman parlaqlığı ilə geri qalmayan qırmızı rəngin tam əksi olan sarı və yaşıl rəngin bütün çalarlarından istifadə edə bilərsiniz.


Şərhlər:
Baxılıb: 2142
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz