Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fransız xanımlarının möcüzəli gözəllik ritualları
Fransız xanımlarının möcüzəli gözəllik ritualları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1436
Səs ver:
Fransız xanımların cavan və gözəl qalmalarının sirri.

Daim cavan və gözəl qalmaq hər birimizin arzusudur. Qadınlar bu yolda əllərindən gələn heç bir şeyi əsirgəmirlər. Fransada hələ uzun illər öncə yüksək təbəqəyə məxsus qadınların hər birinin özləri ilə gəzdirdikləri maraqlı siyahısı var. İndi bu siyahını sizə də təqdim edirik. Bu şərtlərə qismən də olsa, əməl etsəniz, yaşınız çoxdan ötmüş olsa belə, gözəl qala bilərsiniz.

Nə etmək lazımdır?
Az yemək, çoxlu balıq yemək, çox su içmək, çox gəzmək, təmiz havada çox olmaq, çox yatmaq, çox gülmək, beli incə saxlamaq, 40 yaşında yenidən ana olmaq, səyahət etmək, gənc yaşında gözəl nənə olmaq, həyatı sevmək.

Nə etmək olmaz?
Çox yemək, spritli içkilər qəbul etmək, siqaret çəkmək, evdə oturmaq, saatlarla televizora baxmaq, pis şeylər haqqında düşünmək, dünyadan küsmək, həddən artıq hündürdabanlı ayaqqabılar geyinmək, yumor hissini itirmək, gənclərdən uzaq olmaq, yenilikdən qorxmaq, hisslərə qənaət etmək.

Fransız xanımları hansı gözəllik rituallarına əməl edirlər?
Üzünün dərisinə qulluq etmək üçün ən yaxşı vasitə maskalardır. Maskaları hazır şəkildə almaq və ev şəraitində hazırlamaq olar. Ev şəraitində maska hazırlayarkən əl altında olmayan məhsullardan ibarət çətin reseptlərə meyl göstərməyin. Onları hər soyuducuda olan adi məhsullardan da hazırlamaq mümkündür.

Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir.

Genişlənmiş məsamələri aradan qaldırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun.

Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və əlbəttə ki, cavanlaşdırır.

Təzə yerkökünü kiçik gözlü sürtgəcdən keçirib mayonezlə qarışdırın. Bu maskadan sonra bir gün dəri xına rəngdə ləkələrlə örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir.

Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur.

Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir.

Yoqurt dərinin tonusunu yüksəldir.

Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsir yarada bilər.


Şərhlər:
Baxılıb: 1436
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz