Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Saray xanımlarının gözəllik sirləri
Saray xanımlarının gözəllik sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1712
Səs ver:
Saray - xüsusilə Osmanlı sarayı xanımlarının hamısının bir-birindən gözəl və baxımlı olduğu məlumdur. Bəs, o zamanlar ən primitiv texnoloji alətlər və makiyajın köməyi olmadan xanımlar necə gözəlləşə bilirdilər? Bu da saray xanımlarının gözəllik sirləri..

Saç və dəri: Xanımlar saçlarına və dərilərinə qulluq edərkən ən çox təbii gildən istifadə edirmişlər. Geniş bir qabın içinə öncə gili sonra isə suyu tökürdülər. Gil aşağıya çökdükdən sonra üstdəki suyu istifadə edərdilər. Bu suyun yumşaldıcı və qidalandırıcı bir xüsusiyyəti var.

Kisə: Saraydakıların fikrincə ən effektiv gözəllik sirri sən demə kisə imiş. Kisələnmək bu xanımlar üçün təbii bir pilling idi.

Ətirli sabun: Təmizlikdə sabun ən diqqət yetirilməsi gərəkən bir şey idi. Saraya ən keyfiyyətli sabunlar gəlirdi və bu sabunlar əridilib işlədən xanımın zövqünə görə meyvə və ya gül şəklinə salınırdı. Və osmanlı xanımlarının sabunları mütləq gözəl qoxumalı idi.

Saçların yumşaldılması: Saçları sabunla yuduqda codlaşır. Buna görə də yumşaldıcı olaraq hibiskus işlədilirdi. Bu bitkini suda qaynadıb saçı yuduqda hətta indiki marka saç kremlərindən belə daha yaxşı nəticə göstərdiyi deyilir. Buna görə də saraya tonlarla hibiskus bitkisi gəlirdi.

Bədən yağları: Bədən yağları həmişə işlədilirdi. Çünki kisələndikdən sonra dərhal havaya çıxdıqda dəri daha tez qırışır. Buna görə də kisələndikdən dərhal sonra bədən yağlarından istifadə olunurdu. Bu dərini xarici faktorlardan mühafizə edirdi.

Əl və ayaq: Əl, ayaq  dırnaq baxımı da çox önəmliydi. Bunun üçün zeytun yağı və küncüt daha çox işlədilərdi. Qızılgül yarpaqlarını zeytun yağı və ya küncütlə qarışdırıb dərini masaj etmək dəriyə çox faydalı imiş.

Gül suyu: Sarayda tonlarla gül suyu var idi. Çünki gül suyu üzü təmizləyir, dərini nəmləndirir və qırışıqlıqları açırdı.

Ətir:  Sarayda ətirlər çox əhəmiyyətli idi. Hətta həkimlər belə xəstələri ətirlərlə müalicə edirdilər.

Limon:  Ən yaxşı gözəllik sirlərindən biri də limondur. Ağardıcı xüsusiyyəti var. Həmçinin üzün dərisini qidalandırır və dartır.

Yemək: Gənc və gözəl qalmaq üçün osmanlı xanımları yeməklərində daha diqqətli olurdular. Az yeməyə üstünlük verir, yesələr belə həzm sistemini təmizləyən tərəvəzlərə daha çox üstünlük verərdilər.


Şərhlər:
Baxılıb: 1712
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz