Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhurların gözəllik sirləri
Məşhurların gözəllik sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2314
Səs ver:
Ancelina Coli min dollara qara kürü alıb və doğuşdan sonra dərisinin tarıma çəkilməsinə sərf edir. Seksual aktrisa hamının heyran olduğu dolğun dodaqlarını sadə və ucuz bir dodaq qoruyucusu ilə mühafizə edir. Ancelina Coli qazlı suya da tövbəlidir. Aktrisanın fikrincə, qazlı su selülitin əmələ gəlməsinin əsas səbəbidir, ona görə də yaşıl çay məsləhətlidir.

Demi Mur
isə vaxtaşırı zəlinin köməkliyi ilə qanını təmizlətdirir. O, su içənləri əməlli-başlı qınayır: "Kökəlmənin əsas səbəbi sudur”, – deyən aktrisa su istəyən zaman meyvəli buzlarla kifayətlənməli olur. Deyəsən, heç kimin cəsarəti çatmır aktrisaya desin ki, buz özü də sudur.

Xolli Berri əsasən qəhvənin dənəciklərindən hazırlanmış skrab kosmetik vasitənin köməkliyi ilə dərisinə  qulluq edir.

Qvinet Peltrou qan dövranın yaxşılaşdırılması üçün özünü tez-tez bankalayır.

Aktrisa Cenifer Eniston və Riz Uizerspun uşaq yeməklərinin  onların  orqanizminə xeyir gətirməsinə inanır. Cennifer Eniston dodaqlarını daha canlı və dolğun görünməsi üçün müntəzəm olaraq şəkərli su ilə masaj edir.

Lili Allen uğurla çəkisinin azalmasına görə mübarizə aparır. Son istifadə edən üsullardan biri qipnozdur. Bu yolla o, yemək haqqında düşünməyi belə  özünə unutdurur.

Viktoriya Bekhem makiyaj etmədən öncə dondurulmuş xiyar şirəsi ilə üzünü yuyur, sonra krem çəkir. Hesab edir ki, belə makiyaj daha gözəl qalır.

Yeva Lonqoriya isə çox makiyajın əleyhinədir. "Nə qədər az makiyaj edirəmsə, bir o qədər də təravətli görünürəm”, – deyən aktrisanın əsas makiyaj qaydası belədir: qızılı rəngdə olan göz kölgələrini yanaqlarına və çənəsinə yüngülvari çəkir.

Penelopa Kruzun gözəllik sirri: bütün yeməkləri qreypfrut şirəsi ilə qəbul edir, qəndin yerinə isə çayına saxta bal tökür.

Şarliz Teron isə makiyajı silmək üçün uşaq losyonlarından yaralanır. "Dodaqlarım tez-tez quruyur”, – deyən aktrisa bu dərdinin də çarəsini tapıb: "Tərkibində A vitaminli istənilən krem dadıma çatır”.

Beyonsun manikür ustası müğənniyə bir biclik öyrədib: E vitaminli kapsulu götürüb ehmalca açırsan, sonra həmin məhlulla dırnaqlarını və dərini silirsən. Beləliklə, dərinin quru olmasının qarşısını alıb, parıltılı dırnaqlara sahib olursan.

Cennifer Lopez ayda bir dəfə güc toplayıb qənd və duzdan imtina edir. Bununla da artıq yağlardan xilas olan xanım özünü sağlam, yüngül hesab edir.

Pamela Anderson isə gözəlliyinə görə heç də plastik əməliyyatlara özünü borclu hesab etmir. Müxtəlif təbii yağlarla bədəninə qulluq edən xanım hesab edir ki, məhz onların sayəsində cavan qalıb.

Katerina Zeta-Cons daha ağ görünməsi üçün dişlərini çiyələk əzməsi ilə fırçalayır.

Top model Naomi Kempbel sellüliti əngəlləmək üçün gecə yatmazdan öncə ayaqlarına qəhvə sürtüb, sıx bintlə sarıyır.

Kameron Diaz dünyanın məşhur və çox qazanan qadınlarından biridir. O, tək üz gözəlliyi ilə deyil, həm də bədən gözəlliyi ilə də diqqət çəkir. Məşhur aktrisa gözəlliyini qorumaq üçün 2 ayda bir cildini ölü hüceyrələrdən təmizlətdirir. Hər gün tərəvəz, meyvə, protein və az karbohidratla qidalanan aktrisa əsla qatı yağ və çox duzlu, çox şəkərli şeylər yemir: "Həftədə 2-3 dəfə idmanla məşğul oluram, idmanı buraxmaq, bədəni də buraxmaq deməkdir”.

O,həftədə bir dəfə buxar hamamı qəbul edir və ardından bitki yağları ilə bütün vücudunu masaj etdirir. Düzənli şəkildə pedikür, manikür, ara-sıra əl və ayaqlarına parafin sürdürür. Məşhur aktrisa cəfərinin də qadınlar üçün bir gözəllik iksiri olduğunu vurğulayıb: "Cəfəri bədəndəki şişləri azaldır, cildə parlaqlıq verir”. Kameron Diazın qadınlara daha bir məsləhəti var: ”Makiyajınızı təmizlədikdən sonra üzünüzü ilıq çayla silin. Bu üzünüzə yumşaqlıq və çəhrayılıq ifadəsi gətirəcək”.


Şərhlər:
Baxılıb: 2314
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz