Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Silikon"laşma: Azərbaycanda hansı əməliyyatlar daha geniş yayılıb?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3885
Səs ver:
http://imgs.su/tmp/1320406956-656.jpg

Müasir qadın gözəllik naminə bütün mümkün üsullara düşünmədən əl atmağa hazırdır. 
Hollivud gözəlçələrindən geri qalmamaq istəyi ilə yaşayan zərif cinsin nümayəndələri gözəl görünmək üçün günlərlə ac qalmağa, bıçaq altına girməyə, yeri gəlsə, həyatları bahasına belə, başa gələn əməliyyatlar keçirməyə hazırdırlar.

Bu hal o qədər geniş yayılıb ki, artıq silikon bədən hissələri ilə kimsəni təəccübləndirmək çətindir. Məşhurdan tutmuş ev qadınlarına kimi əksər qadınlar "silikonlaşıb".

İlk dəfə yapon qadınları üzərində sınaq keçirilib

Gözəllik naminə süni müdaxilələri yenilik saymaq olmaz. Bu əməliyyatların tarixi 2 əsr əvvələ gedib çıxır. Hələ 1850-ci illərdə bir çox cərrahlar qadın gözəlliyinin simvolu olan süd vəzlərinin implantasiyası istiqamətində çoxsaylı sınaqlar keçiriblər. 1895-ci ildə ilk dəfə cərrah Vincens Cerni süd vəzlərinin böyüdülməsi əməliyyatı həyata keçirib. O, bədənin başqa hissələrindən götürdüyü vəzləri qadınların sinəsinə yerləşdirərək istədiyi formanı ala bilib.

Zaman keçdikcə qadınların arzusunu reallaşdırmaq üçün parafin, bitki yağı, mumdan da istifadə etməklə müxtəlif əməliyyatlar keçirilib. Ancaq bütün bu əməliyyatların sonu zədə, iltihab, irinləmə və digər ağırlaşmalarla müşahidə olunub. Daha sonralar müxtəlif şüşə, fil sümüyü, dəmir protezlərin tətbiqi ilə keçirilən əməliyyatlar uğur qazana bilməyib.

Nəhayət, 40-cı illərdə silikonun gündəmə gəlməsi bütün bu üsulları unutdurub. İlk dəfə maye silikonlar yapon qadınları üzərində tətbiq edilib və getdikcə yayılmağa başlayıb. İkinci dünya müharibəsindən sonra isə böyük sinəli qadınlara marağın artması qadınların silikona marağını birə-beş artırıb.

Artıq məşhur aktrisalar özlərini silikonsuz təsəvvür edə bilmədiklərindən düşünmədən əməliyyata getməyə başlasalar da, maye silikonların da ömrü uzun sürmür. Bir çox hallarda ciddi fəsadlar yaradan maye silikonları 1961-ci ildə silikon gellər əvəz etməyə başlayır. Böyük sürətlə dünyada dəbə düşən gellər 90-cı illərdə 4-5 milyona yaxın qadını "silikon"laşdırır. Hazırda isə bu üsuldan hər on qadından üçü istifadə edir.

Maye silikonlar qadağandır

Ancaq bu o demək deyil ki, gelləri implantasiya üçün zərərsiz hesab etmək olar. Bu sahədə aparılan tədqiqatlar zaman-zaman implantasiyanın yeni-yeni fəsadlarını üzə çıxarır. Silikon gellərin təsiri ilə dünyada yüzlərlə qadının gözəlləşmək əvəzinə, bədheybət hala düşməsi faktları da az deyil. Silikon yeridilən bədən üzvlərinin gələcəkdə daha ciddi problemlərə sahib olacağı da istisna olunmur.

"Silikonlaşma"dan sonra görünüşü gözəlləşmək əvəzinə, qorxunc hal alan qadınların çoxsaylı məhkəmə çəkişmələri, şikayətləri 1991-ci ildə dünya mütəxəssislərini bir araya gətirir. Mütəxəssislər həmin toplantıda maye halında olan silikonların istifadəsinə qadağa qoyurlar və onun yerinə silikonun daha təkmilləşdirilmiş formaları təklif olunur.

Ancaq qadağaya baxmayaraq maye silikonlar ucuz başa gəldiyindən hələ də onlardan istifadə olunmaqdadır. Azərbaycanda plastik cərrahiyyənin uğurları ilə yanaşı, neqativ tərəfləri də az deyil. Uğursuz əməliyyatların adi adamlarla yanaşı, bir çox məşhuru da bədheybət görkəmə salması faktları var. Bəziləri bunu nəzərəçarpmayacaq, bəziləri isə həddən artıq qabarıq etdiklərindən bu gün Bakı küçələrində əcaib dodaq və burunlu qızlara rast gəlmək mümkündür.

Burnunu kiçildib, dodağını böyütdürənlər daha çoxdur

Paytaxtda plastik müdaxilənin harada və neçəyə başa gəlməsi ilə bağlı araşdırma apardıq. Öyrəndik ki, özəl klinikaların birində otoplastika, üzün liftinqi, alının, qaşların qaldırılması, süd vəzlərinin kiçildilməsi, böyüdülməsi, qaldırılması, burun əməliyyatları həyata keçirilir. Klinikanın plastik cərrahı Etibar Əliyev bildirdi ki, azərbaycanlı qadınlar daha çox burun əməliyyatlarına, dodaqların böyüdülməsinə, botoks vasitəsi ilə qırışların açılmasına meyllidirlər:

"Hazırda pasiyentlər daha çox dodaq formasının korreksiyası üçün müraciət edirlər. Ən geniş yayılmış və dəbdə olan bu əməliyyat sadə görünsə də prosedur yalnız təcrübəli həkim-kosmetoloq tərəfindən yerinə yetirilməlidir. Bəzən dodaqların korreksiyası qeyri-peşəkarlıqla aparıldığından, əməliyyatdan sonra dodaqlar əyilir, üz eybəcərləşir, allergik reaksiyalar yaranır. Ona görə də əməliyyatdan öncə pasiyent diqqətlə müayinə olunmalıdır.

İkinci daha çox müraciət burun ölçülərinin zövqə və üz quruluşuna uyğun dəyişdirilməsi ilə bağlıdır. Tam ağrısız həyata keçirilən bu əməliyyatlar zamanı burun kiçildilir, böyüdülür, yenidən formalaşdırılır. Həmçinin burnun kiçik donqarı aradan götürülür, burun deşikləri daraldılır və ya burun ucu incəldilir. 1-3 saat müddətində davam edən əməliyyatlardan sonra xəstədə rahatsızlıq, göz ətrafında şişliklər, qançırlar, baş ağrısı baş qaldıra bilər. Ancaq bir müddətdən sonra tam olaraq istənilən nəticə əldə olunur.

Bu gün qadınları ən çox narahat edən problemlərdən biri də qırışların aradan qaldırılmasıdır. Bunun üçün botoksdan istifadə edilir. Botoks digər məhsullarla müqayisədə daha effektli dərinliyə hopur və  qırışı tam açır. O digər maddələr kimi dərini şişirtmir və yeni qırış xətlərinin yaranmasına imkan vermir. Botoks vasitəsi ilə alının üfüqü qırışları, qaşların arasındakı və ətrafındakı qırışlar da yox edilir. Bu səbəbdən də ondan istifadəyə meyl edənlər çoxdur".

"Plastik" məşhurlar

Bu prosedurların qiymətinə gəlincə isə öyrəndik ki, dodaqların korreksiyası əməliyyatı özəl klinikalarda 100 manata (1 qram gel), burun əməliyyatları 800-1500 manata, botoks isə 300-500 manata həyata keçirilir. Gözəlləşmək istəyənlər arasında ayaqlarında, sinəsində, qulaqlarında da əməliyyat etdirənlər çoxdur.

Ümumilikdə isə müraciət edənlərin çoxu şou-ulduzlardır. Onların arasında isə rekord sayda plastik əməliyyata müraciət edən Aygün Kazımova və Rəqsanədir. Ancaq dünya ulduzlarına baxdıqda bizimkilərə şükür etmək olar. Gözəlliyi uğrunda əməliyyat stoluna uzananlar sırasında dünya rekordunu Maykl Cekson qırıb. Qonşu Türkiyədə də isə bu siyahıya liderliyi  Bülənt Ərsoy edir. Ajda Pekkan isə plastik əməliyyat üzrə "kraliça" sayılır. Belə ki, 67 yaşlı müğənni bədəninin və üzünün hər yerində plastik əməliyyat elətdirib.

Mahsun Kırmızıgül də plastik əməliyyat etdirən məşhurlar sırasındadır. Müğənni 4 il əvvəl qarnındakı piyləri liposaksiya elətdirib. Ebru Gündəş isə sinəsinə hər 6 aydan bir silikon qoydurur, Emel Sayın hər ay intensiv surətdə botoks elətdirir, burnunu isə kiçildib. Ebru Yaşar isə gözəllik uğrunda düz beş dəfə əməliyyat keçirib. Burun əməliyyatı etdirib sinəsinə silikon taxdıran müğənni dərisini də ağardıb, belindən və qarnından isə piyləri götürtdürüb. Tez-tez taxdırıb-çıxardığı silikonları ilə gündəmdə qalan məşhur aktrisa Pamela Andersonla yanaşı, Türkiyənin populyar simalarından olan Seda Sayan da özünü başdan-ayağa "yığdıran" məşhurlar sırasındadır.


Şərhlər:
Baxılıb: 3885
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz