Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözaltı kölgələrdən azad olun
Gözaltı kölgələrdən azad olun
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 1311
Səs ver:
Nəzərinizə çatdırmaq istəyirik ki, gözaltı kölgələr sağlamlığınızda olan ciddi problemlərdən  xəbər  verə bilər.

Əgər məzuniyyət zamanı və hətta işdən icazəli  olduğunuz halda,  adi gündən daha yaxşı görsənirsinizsə, bunun haqda çox düşünməyə dəyməz…  Bu sadəcə yorğunluq deməkdir.

Bunun üçün isə ofis masanızdan kənarlaşmadan edə biləcəyiniz göz gimnastikasını vaxt ayırın:

. Gözlərinizi bərk (sıx) yumun və açın. 5 saniyədən yenidən təkrar edin.

.Dərindən nəfəs alaraq gözlərinizi saat istiqamətində dövr edin, nəfəsinizi buraxaraq  saat istiqamətinin əksinə dövr edin.  Eyni hərəkəti  gözüyumulu təkraredin.

. Gözünüzü uzaq məsafədə olan (10 metrədən uzaq)bir əşyaya tuşlayın, sonra yaxın məsafədə olan bir əşyaya baxın.  Bu hərəkəti  gündə 5 dəqiqə ərzində edin.

. Bir neçə saniyə ərzində gözlərinizi tez- tez yumub açın, ara- sira 5 saniyəlik gözlərinizi yumulu saxlayın.

Masaj da göz və gözətrafı qanın dövr etməsinə yaxşı təsir göstərir.  Amma bilmək lazımdır ki, gözlərin yorğunluğu gözətrafı kölgələrin əmələ gəlməsinə yeganə səbəb deyil.  Buna səbəb olan bir neçə problem haqda sizə danışmaq istəyirik.

Limfotokların pozulması.

Bu gözətrafı kölgələrin əmələ gəlməsinə ən birinci səbəb ola bilər. Bu iş həyatınızda baş verən  hər hansı bir xoşagəlməs hadisə, həmçinin  tam əksi olan xoşagəlimli hadisə olan uşağın doğulmasından bu isə yuxu və rahatlığın yoxluğundan  əmələ gələ bilər. Requlyar stress və yuxu pozğunluğu dərialtı qatda piy selüllozunun  azalmasına gətirir,bunun nəticəsində o zonada olan damarlar üzdə olaraq daha aydın görsənir.
 
 
Nə etməli?
Çalışın axşamlar  tez yatın, yatmazdan əvvəl  1 stəkan isti süd və ona əlavə olunmuş bal için ( təbii yuxugətirici vasitə sayılır). Müəyyən zamanlarda  bitki  tərkibli sakitləşdirici məhlullar içə bilərsiniz (valerian və s.).  Maskalara gəldikdə isə ən rahat olan çiy kartof və birdəfəlik (paket)istifadə olunan çaylardan istifadə edə bilərsiniz. Süd verən analara isə yeganə məsləhət  boş olan hər dəqiqənizi yuxuya sərf edin.

Xroniki intoksikasiya.
Xəbəriniz olsun ki , nikotin damarları sıxır,  bu isə oksigen çatışmamazlığına gətirərək qaralmaya səbəb olur.  Bununla bərabər siqaret çəkmək orqanizmdə olan vitamin səviyyəsini aşağı salır.  Nikotin kimi spirirtli içkilər və bədəni zəhərləyən helmintlər (qurdlar) gözətrafı dəriyə pis təsir göstərir.

Nə etməli?

Siqaret və spirtli içkilərdən imtina edərək, vitamin qəbuluna başlamaq ( siqaret çəkən insanlar vitamin c çatışmamazlığından əziyyət çəkirlər)  və helmintləri yoxlamaq üçün kal analizi vermək məsləhət görülür.

Orqanzimdə yığılan artıq maye.
Hamamdan sonra bir neçə fincan çay içməyi hamımız sevirik. Amma bunun  orqanizmə necə təsir etməsini düşünmürük.  Əlavə maye həmçinin gözaltında yarana bilən şişlərə gətirib çıxarır. Damarların genişlənərək qanla dolması gözzətrafı şiş və kölgələrə səbədir.

Hipoterioz.

Hipoterioz orqanizmdə yaranan yod çatışmamazlığından əmələ gəir. Xəstəlik yavaş və hiss edilmədən inlişaf edir. Gözaltı kölgələrlə bərabər bu xəstəliyə əzginlik,  daim yatmaq istəyi,  yaddaş zəifliyi,  isti və soyuğa sərt reaksiya, saç tökülməsi, çəkinin azalması (yaxşı iştah olduğu halda) və s. kimi simptomlar aid edilir.

Nə etməli?

Qalxanvari  vəzin  hormonlarının analizlərini verib, UZİ-dən keçmək və hökmən endokrinoloqa müraciət etmək lazımdır.  Yod çatışamazlığının müalicəsi və profilaktikası üçün yod tərkibli preparatların qəbulu və yodla zəngin olan qida məhsullarına ( dəniz kələmi, ət, süd, yumurta, balıq, qoz və dəniz məhsulları) üstünlik vermək lazımdır.  Optimal çıxış yolu isə gündəlik yeməyinizə yodlu duz əlavə edin.
Böyrəyin funksiyasının pozulması, qaraciyərdə, öd kisəsində, tənəffüs orqanlarında və hətta ürək çatışmamazlığı kimi xəstəliklər zamanı da gözıtrafı kölgələr  müşahidə olunur.
Bu problemlə uşaqlıqdan tanışsınızşsa, o zaman bu genetik bir problem də ola blər.  Gözətrafı  dərinin çox nazik olması, gözətrafı dəri və dəriaıtı selüllozun arasında olan membranın çox incə olması qan damarlarının aydın görsənməsinə səbəb olur.
Bu halda özünüzü lazıml qida ilə təmin edib, stressdən uzaq olub və ən əsası orqanizminizi oksigenlə mümkün qədər çox təmin edin.  Yataq otağında açıq pəncərə ilə yatmaq (təbii ki,çox soyuq havalara aid deyil ) məsləhət görülür.
Unutmayın xarici gözəlliyimiz, sağlamlığımızdan bir başa asılıdır!


Şərhlər:
Baxılıb: 1311
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz