Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözaltı qırışların yaranma səbəbləri və həlli
Gözaltı qırışların yaranma səbəbləri və həlli
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 1674
Səs ver:
Gözaltı qırışlar, dərinin tərkib hissəsi olan birləşdirici liflərin( kollagen və elastin) qırılması və zədələnməsi əsasında əmələ gəlir.
Bu proses hər bir qadın üçün qaçılmazdır. Lakin, bu vaxtı  düzgün və lazımi qulluqla uzatmaq mümkündür. Bunun üçün düzgün baxım qaydalarına əməl etmək lazımdır. İlk növbədə sürdüyünüz həyat tərzi önəmlidir. Düzgün qidalanma, idmanla məşğul olma və istirahət etməklə, həm əhval ruhiyyənizi təmin edib,  həmçini görünüşünüzə nə qədər təsir etdiyini müşahidə edəcəksiniz. Çoxlarının sürdüyü xaotik iş qrafiki, yuxusuzluq, ayaqüstü qidalanma kimi mənfi faktlar təbii olaraq, dəridə baş verən bu dəyişikliklərə səbəb olur.

Beləliklə sizə, hər bir qadını narahat edən gözaltı qırışların ən başlıca yaranma səbələrini təqdim edirik:

-Yanlış həyat tərzi(qidalanma, fiziki yükün yoxluğu - idman, istirahətə vaxt ayırmamaq, daimi stress, zərərli vərdişlər və s.)

- Gözətrafı sahədə demək olar ki, piy vəziləri yoxdur. Bu isə zamanla deqidratasiyaya səbəb olur. Məhz bu səbəbdən vaxtında lazımi qulluğu seçmək lazımdır.

- Bu sahədə olan xırda əzələlər insanın hər bir emosional halını əks etdirir: gülüş, kədər, təəccüb və s. Bunlar sonradan üzdə mimik qırışla kimi möhürlənirlər.

-  Kollagen və elastinin istehsalı  hər il azaldığından, dəri elastikliyini itiri və qırışların əmələ gəlməsinə başlanğıc olur.

- Həssas dəri üçün qulluq mütləqdir. Ona lazım olan qulluğu etmədikdə(krem, maska, losyon və s.) mənfi təsiri olan atmosfer hadisələri(qışın bərk soyuğu, şaxta, çox isti hava)  kimi problemlərin əmələ gəlməsinə səbə olur.

Mübarizə qaydaları:
- Qidalanma

Çalışın qida rasionunuza meyvə, tərəvəz, qoz-fındıq əlavə edin. Qızarma, yağlı yeməklər  və ən əsası fast foot kimi yeməkləri azaltmaq yaxşı olar.

Yuxu
Mükəmməl yuxu vaxtı 8 saatdır. Bunu özünüz üçün bir vərdişə çevirməyə çalışın. Çünki az yatdıqda, səhər göz ətrafında müşahidə olunan  şişkilik və qara kölgələr, qırışların qabarmasına səbəb olur.

Stress

Çalışın emosiyalarınızı kontrol edin. Lazımsız qalmaqallar heç kimə lazım olmadığından, öncə sizin emosional vəziyyətiniz üçün, sonra  isə bir başa gözəlliyiniz üçün ziyanlı olduğunu unutmayın.
Siqaret. Siqaret, hər ila azalan kollagen və elastini təmamilə məhv edir.
Günəş. Dəriyə düşən, isti və xoş hisslər bəxş edən günəş şüaları, gözaltı sahə üçün düşündüyümüzdən daha təhlükəlidir.  Bunun qarşısını almaq üçün günəşli saatlar üçün eynəklərdən mütləq istifadə edin.

Gözətrafı qırışlar üçün evdə hazırlanan maskalar:

Çörək maskası

Ağ çörəyi ilıq südlə isladıb gözətrafı sahəyə əlavə edin.

Banan maskası
1 xörək qaşığı əzilmiş bananı + 1 xörək qaşığı əridilmiş kərə yağı ilə qatışdırıb əlavə edin.

Ərik maskası
1 x/q  əzilmiş ərik + 1 x/q  xama.

Kartof maskası
Kartofu sürtgəcdən keçirin + 1 ç/q qaymaq əlavə edin.

Kəsmik maskası
1 x/q yağlı kəsmik +yarım ç/q bal + bitki yağı + 1 ç/q qaymaq + 1 x/q ilıq süd.

Gördüyünüz kimi, qocalmanın ilk əlamətlərini aradan qaldırmaq mümkündür. Bunun  üçün ən əsas   istək, səbr və gündəlik qulluqdur. Özünüzə sərf etdiyiniz güc və vaxta heyfslənməyin. Əksinə bu vaxtdan həzz almağa çalışın. Bu prosesi sanki gündəlik bir vərdişə çevirin.

Unutmayın,bu gün, sabah, və ya 1 ildən sonra necə görsənməyiniz sizdən asılıdır!


Şərhlər:
Baxılıb: 1674
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz