Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cavan və gözəl qalmaq üçün qidalar
Cavan və gözəl qalmaq üçün qidalar
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1733
Səs ver:
Bizim qida rasionumuz orqanizmimiz haqqında çox şey deyir. Gözəl dəri, sağlam saçlar, möhkəm dırnaqlar uzun illər sağlam və cavan həyat tərzindən xəbər verir. Qidaları banaslaşdırmaqla bütün bunları etmək mümkündür. Əks halda sizə heç bir makiyaj, zinət əşyaları və ya ağrılı kosmetik əməliyyatlar kömək edə bilməz. Bəs hansı qidalar cavanlığı qoruyub saxlayır?

Qızıl balıq
Qızıl balıq beyin funksiyasını yaxşılaşdıran qida elementlərindən ibarətdir. Əhvalı yüksəldir və ürək-damar xəstəlikləri riskini azaldır. Bu elemetlərdən ən əhəmiyyətlisi yağ turşularıdır. Omeqa-3  gözəllik və sağlamlığın ən vacib mənbəyidir. O, maddələr mübadiləsini tənzimləyən leptin hormonunun işini nizamlayır. Ona görə də bu qida sizi artıq yağlardan azad edir.


Balqabaq
Tərəvəzlər arasında balqabaq "dəmir anbarı" hesab olunur. Bununla yanaşı, o C, E, P, PP,  B vitaminləri, nadir vitamin sayılan T ilə zəngindir və maddələr mübadiləsini sürətləndirir. Bundan əlavə, balqabaq tərkibindəki beta-karotin sayəsində immuniteti möhkəmləndirir. Bu maddə qocalıq əlamətlərinin əmələ gəlməsini ləngidən əsas maddə hesab olunur, dərini hamar və gözəl saxlayır.


Brokkoli
Balaca yaşıl ağaccıqlar təkcə dadlı deyil, həm də dietik qida növüdür. Məlumdur ki, cavanlıq aydın zəkadan başlayır. Brokkoli də ən yaxşı təbii antiskleroz vasitədir. Onu axşam yeməyi zamanı çiy şəkildə kreker kimi yemək, ədviyyatlar əlavə etməklə və ya öz damaq dadınıza uyğun şəkildə yemək hazırlaya bilərsiniz.


Soya
Əminliklə demək olar ki, gözəllik və sağlamlıq üçün soya əsas qidalardandır. Soya qədər tamamilə zülal tərkibi olan ikinci bitki yoxdur. Tərkibindəki fosfotid və lesitinlər sayəsində soya sinir hüceyrələrini bərpa edir, qidalandırır və orqanizmin digər hüceyrələrinin regenerasiyasında iştirak edir. Şirniyyat və yağlı yemək sevənlər üçün soya "sehirli çubuq" kimidir. O, yağları tez bir zamanda parçalayır, şəkərin səviyyəsini aşağa salır və orqanizmi xolesterindən təmizləyir.



Şərhlər:
Baxılıb: 1733
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz