Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
6 İpucuyla gələn gözəllik
6 İpucuyla gələn gözəllik
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1831
Səs ver:
Parlaq saçlara sahib olun
Saçlarınızın çox quru olduğundan şikayətlənir, daha parlaq görünməsinimi istəyirsiniz? Budur işə yarayacaq bəzi təkliflər:
Bir bananı yaxşıca əzin. Bir çay qaşığı badam yağı ilə qarışdırıb saçınızın diblərindən başlayaraq tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra durulayın.
Bir başqa təklif isə belədir: 1 yumurtanı, 1 yemək qaşığı sirkəni, 2 yemək qaşığı bitki mənşəli yağı qarışdırıb çırpın. Bu qarışığı baş dərinizə ovaraq yaxşıca yedirin. Saçlarınızı darayaraq bütün qarışığın saçlarınıza bərabər yayılmasını təmin edin. 15 dəqiqə belə gözlədikdən sonra saçlarınızı yuyaraq durulayın.

Xiyar çəkin canlanın
Xiyar ilə dərinizi canlandırmağa nə deyərsiniz? A, B və C vitaminləri ilə fosfor, kalium, dəmir, maqnezium və gənclik iksiri olaraq təyin olunan selenyum mənbəyi xiyar, hər cür dəri probleminə yaxşı gəlir. Susuzluğu aradan qaldırıcı xüsusiyyəti ilə dərinin nəm nisbətini sabitləyir. Canlandırıcı və yumşaldıcı təsiri səbəbi ilə kosmetik məhsullarının imtina edilməz qidalarından biridir.
 
Dəriniz üçün hər gün
1 xiyar yeyin. Ayrıca xiyarın qabığını bir az qalın soyub üzünüzə vurun, dərinizdə ani canlanma və yumşalma təsirini hiss edəcəksiniz.

Yaxşı bir yuxu yatın
Dərimiz özünü təmir edərək yenilənmək və qidalanması üçün orqanizmin dərin yuxu halını, yəni gecəni gözləyər. Dəri, gecə yarısından sonra hormonlar tərəfindən daha yaxşı sulanar, qan dövranı da eyni şəkildə bu dövrdə canlanar. Dərinin tətbiq olunan məhsullardan ən sıx olaraq faydalandığı saatlar isə səhərin dördüdür. Gecənin dərimizə təqdim etdiyi ən böyük xidmət sakitləşməkdir. Yəni gün boyunca özünü günəşə, küləyə qarşı müdafiə edərkən, etdiyi stressə bağlı ya da mimikalarla əlaqədar qırışmaların əsl səbəbi olan əzələ sıxılmaları gecə boyunca sakitləşdiyində ortadan qalxar və dəri rahatlayar.

Qırışıqlıqlara meyvə
Elm adamları, günəş şüalarından meydana gələn dəri qırışıqlıqlarının yeməklərlə də əlaqəsi olduğunu açıqladı. Araşdırmaçılar tərəvəz, paxlalılar, zeytunyağı və bəzi meyvələrin, günəş şüalarının mənfi təsirinə qarşı dərini qoruduğunu ifadə edir. Dərini günəş şüalarının təsirindən qoruyan digər anti-kanserojen qidalar isə balıq, ərik, alma və çay. Kənar yandan dəridə qırışıqlıqların, ət, südlü qidalar, şəkər, kərəyağı və marqarin qəbul edənlərdə daha çox meydana gəldiyi müşahidə edildi.

Dodaqlar balla parlasın
Bal, tərkibindəki vitamin mineral, antioksidan və amin turşularıla qiymətli bir qida maddəsi olmasının yanında, müalicəedici xüsusiyyətlərə sahib.

 Budur çatlayan dodaqlar üçün müalicə edici bir dodaq parladıcısı:
1 fincan şirin badam yağını və yarım fincan bal mumunu, mikrodalğa sobada bal mumu əriyənə qədər yapış. 2 qaşıq balı əlavə edib qarışdırın. Soyumağa buraxın. Qarışığı qapaqlı kiçik qablara töküb istifadə edin.

Quru dərinin dərmanı gül
Yağlı dəri qədər quru dəri də problem yaradar. Xüsusilə soyuq aylarda quru dəri kifayət qədər qidalanmazsa, çatlaqlar  açıq hala gələr. Quru bir dəriniz olduğundan şikayətlənirsinizsə, güldən faydalana bilərsiniz. Gül suyu və gül yağı kosmetikdə də olduqca geniş şəkildə istifadə edilir. Üç damla gül yağını, üç damla lavanta yağı ilə qarışdıraraq dərinizə çəkin. Dərinizin bir anda gərginlikdən xilas olduğunu hiss edəcəksiniz.


Şərhlər:
Baxılıb: 1831
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz