Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Analarından öyrəndikləri gözəllik sirləri
Analarından öyrəndikləri gözəllik sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1519
Səs ver:
Sunshine: Gözəlliklə əlaqədar nəsihətləri heç ağılımızdan çıxartmarıq. İndi ananızınkılara əlavə olaraq, dünya tərəfindən məşhur oyunçu, model və dizaynçıların analarından öyrəndiklərini paylaşıram sizlərlə.
Çox kokoş və ya tam tərsi çox natural olub, göz tenini nə tündlükdə istifadə edəcəyini bilən, bəzi kremlərə əlini belə vurmayan bir ana, gənc bir qızın mənliyini qazanması və gözəllik anlayışını anlamasına çox köməkçi olar. Anasını makiyaj edərkən izlər, geyinərkən etdiyi seçkilər onun estetika ilə, uyğunlaşma ilə tanış olmasını təmin edər. Gənc qız inkişaf edərkən anasının və ya başqa bir böyüyünün duşda hazırlanmasını xatırlayar, onun təcrübələrindən öz mənliyi meydana gələr. Çox vaxt gənc qız analarının sözlərini qeyd edərlər irəlidə tətbiq etmək üçün. Qısaca daha sonra yaşıllaşacaq toxumlar kimi deyə bilərik; bəzən yaşıllaşmaz amma iz buraxar.
 
 
Jerry Hall-ın qızı Georgia May, bu yazı üçün anasıyla birlikdə poza verdi. Bu fotoşəkilə baxarkən ikisinin sapsarı saçları və qıpqırmızı dodaq boyaları ilə nə qədər feminen olduqları ortaya çıxır.


Ana  Girardot: Dodaq boyasını ənlik olaraq istifadə edirəm, günəşə çox diqqət yetirirəm; amma bunu hər kəs bilir artıq.
 

Juliette Swildens (Swildens markasının qurucusu): Dik dayan, ombanı sıx, qarınını içəri çək və çiyinlərini geriyə ver. Bütün uşaqlığım boyunca anamdan bunu eşitdim, ki mən də davamlı uşaqlarıma söyləyirəm . Onsuz da görünüşünüz dəyişir, daş kimi bir qarınınız olar, fərq edəcəksiniz.
 

İnes De La Fressange (Model və sənət rejissoru): Anam  1960-ildə bir dermatoloq tövsiyəsiylə üzünə nə su, nə də sabun tətbiq edərdi, nə də günəşə cıkardı. Mən də üzümdəki suyu dərhal qurulayıb  krem sürtürəm , dağda da dənizdə də. Qızlarım daha mən soruşmadan cavab verirlər "bəli ana krem sürtdük " deyə. Bir də onlara ağ dişlərə sahib olmalarını söyləyirəm. Qəşəng bir paltar, gözəl baxımlı saçlar, sapsarı dişlərlə necə xoş görünə bilər ki?
 
 
 
Camille Goutal (Annick Goutal  ətirlərinin yaradıcısı): Gün işığında, pəncərəyə asılı aynama baxmadan makiyajımı nəzarət etmədən çölə çıxmam; eynilə anamın etdiyi kimi.

 
Auralie Bidermann (Ləl-cəvahirat dizaynçısı): Harada və saat neçə olursa olsun makiyajımı silərəm daim və dərhal nəmləndiricimi sürtərəm. Bu anamdan öyrəndiyim bir nəsihətdir.

 
Aure Attica (Oyunçu): Uşaqlığımdam bəri təzə tərəvəz yeməyə öyrəşdim, bir də nizamlı olaraq maye müalicəsi tətbiq edirəm. Kök, çuğundur, qara turp, xiyar. Dəri və canlılıq üçün gözəl vasitədir. Bir də çox yorğun olduğum zaman bol su içirəm, çiy tərəvəz yeyirəm, çəhrayı və ya qırmızı tişört geyinirəm ki üzüm rəngli görünsün.

 
Aure Lechere (Ləl-cəvahirat dizaynçısı): Qıçı qıç üstünə atmır və isti duş qəbul etmirəm, ikisi də dövran üçün pisdir. 17 dərəcədən daha yüksək istilikdə yatmamaq  və qaçmaq, sevdigim hər şeyi yeyə bilmək üçün etdiyim şeylərdir. Qətiliklə çox işə yarayır.

 
Laura Mercier (Makiyaj sənətçisi): Kiçikkən anamın gözünə yaşıl eyeliner çəkməsini izlərdim heyranlıqla, bu onun mənliyinin bir parçası idi, onu tamamlayırdı. Bu mənim ilham qaynağım oldu, öz kosmetik markam üçün çıxış nöqtəm bu idi.

 
Vanessa Bruno (Stilist): Anamdan qalan bir vərdişim var; bir sink ampulaya noxud böyüklüyündə gündüz kremi qarışdırıb sürtürəm bir həftə boyunca, sonrakı həftə mis ampulla kremi qarışdırıb sürüyürəm. Dərim buna heyrandır və gözəl bir dəri ən seksual makiyajdır məncə.

 
Amira Casar (Oyunçu): Hər səhər bir çimdik cəfəri çeynəməmi demişdi anam, həm dəriyə yaxşı gəlir, həm nəfəsinizə. Bir də anamdan, həyatın sadə zövqlərinə əyilməyi öyrəndim; getmək, nəfəs almaq, mahnı oxumaq kimi.

 
Sarah Lavoine (İç memar): Üzümdəki xəttləri aradan qaldırmaq üçün duş kefi edərkən üzümə krem sürtərəm. Anam kimi manikürlü, saçlarım parlaq və təbii və gülümsəməklə gəzməyə cəhd göstərərəm, ən az 10 yaş cavanlaşdırar inanın.


Şərhlər:
Baxılıb: 1519
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz