Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik o qədər 'Duzlu' deyil
Gözəllik o qədər 'Duzlu' deyil
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1305
Səs ver:
Duz ilə stresssiz, sağlam ayaqlar
Bütün gün sizi üzərində daşıyan ayaqlarınız üçün gündə 15- 20 dəqiqənizi ayıraraq həm bütün bədəninizi istirahət etdirin həm də bahar aylarında ayaqlarınızı  geyəcəyiniz açıq ayaqqabılarınıza hazırlayın.

- 1 Litr ilıq suyun içərisinə 20- 30 qr. duz qoyun və ayaqlarınızı 10-15 dəqiqə gözlədin.
- Ayaqlarınızdakı ölü hüceyrələri təmizləmək məqsədiylə ovun və peeling tətbiq edin.
- Ayaqlarınızı qurulayın.
- Ayaq baxım losyonu istifadə edərək masaj edin. Plastik paketlərə ayaqlarınızı sarın və 15 dəqiqə boyunca gözlədin.

Duz Duşu
Duş qəbul edərkən, dolu bir vannanın içində bədən istiliyindəki duzlu suda oturmaq bədəninizə güvən verər. Xüsusilə quru dərilər daha parlaq olar, eynilə bir körpə bədəni hamarlığına qovuşar.  500 - 1000 qr. iri duzu bir vanna dolusu yüngül isti suya atın. Ortalama 37 dərəcə istiliyə gətirəcəyiniz su dolu ləyəndə su soyuyana qədər zaman keçirin.

Duz Maskası ilə qara nöqtələrə vida
Duz dəriyə tətbiq olunduğunda hipertonik (həddindən artıq sıx) bir mühit yaradar. Bu mühit difüzyon ilə dəridəki mayenin çölə çəkilməsinə və məsamələrin qurumasına səbəb olar. Məsamələrdə qalan bakteriyalar su və qidalandırıcı yağla dolu mühitlərini itirdikləri üçün həyatlarını çox davam etdirə bilməzlər. Bu antibakteriyel təsiriylə duz yalnız sızanaqlarda deyil, yaralarda da istifadə edilən müvəffəqiyyətli bir dezenfektandır. Eyni zamanda duzlu su, gərginləşdirici təsiri ilə ölü dəri hüceyrələrinin, yağ və bakteriyaların daha sürətli atılmasını təmin edər və məsamələri təmizləyər.

Niyə ‘Duz Maskası'
Həftədə bir və ya ən çox iki dəfə tətbiq edəcəyiniz bu maska ilə tərtəmiz bir dəriyə sahib ola bilərsiniz. Tətbiqi asandır və xərci aşağıdır. Xüsusilə kistleşmiş və iltihablı halındakı sızanaqları qurutmada olduqca təsirlidir. Dəriyə gərginlik qazandırar. Digər maskalara görə təsiri daha sürətli görülər. Bəzən bir həftə keçmədən gözlə görülər düzəlmə təmin edə bilər. Quru dərilər üçün təklif edilməz.

Duz Maskası tərifi
Bir su stəkanı ilıq suya 3 yemək qaşığı duz əlavə edərək yaxşıca qarışdırın. Hazırladığınız duzlu suyu doğrudan əlinizlə ya da bir dəsmal bez köməyi ilə üzünüzə sürün. Bütün dərinizə yayılmasını təmin edin. Üzünüzə sürərkən yumşaq və zərif olun, dairəvi hərəkətlərlə yavaşca tətbiq edin. Bu şəkildə dərinizin zədə almasına maneə törətmiş olarsınız. Xüsusilə iltihablı sızanaqların olduğu bölgələrdə sıx bir duz layı meydana gətirmək, bakteriyaları azaldaraq sızanağı söndürməyə köməkçi olacaq. 10-15 dəqiqə sonra üzünüzü bol su ilə yuyun. Bu müddəti aşmamağa diqqət edin.

Duzu xüsusilə gözlərinizdən, ağız və burnun iç qisimindən, dodaqlarınızdan uzaq tutun. Duz maskası həssas dərilərdə yanma edə bilər. Yanma narahat edici olsa maskanı dərhal təmizləyin. Dərinizdə yaralar və tahriş olmuş bölgələr varsa bu maskanı istifadə etməkdən qaçın.

Evdə sauna üsulu
Kürək və dekolte bölgələri üçün 1 lt. suda həll edəcəyiniz 20 qr. duzun içinə pambıqlı bir ağ köynəyi basdırın və yaxşıca sıxın. Nəmli bir şəkildə geyinərək qurumasını gözləyin. Quruduqdan sonra duru suyla duş alın. Sauna təsiri yaradan bu tətbiq ilə böcək ya da ağcaqanad dişləmələri kimi yazlıq çətinliklərin də öhdəsindən gələ biləcəyinizi əlavə etməkdə fayda var.

Peeling Təsiri
Yağ və iri dənəli duz ilə peeling edərək daha sehrli bir baxım əldə edərsiniz. Ölü hüceyrələrin qovulduğu, daha hamar bir dəri və daha çəhrayı bir ton üçün əvvəlcə çox isti olmayan bir duş qəbul edin. Beləcə məsamələrin açılmasını təmin edin. Yağ və duz qarışığını bir dəsmala ya da vannaya tökərək tətbiq edin. Ayağınızdan boyunuza qədər bərabər şəkildə yayılmasını təmin edin. Yarım saat qədər gözlədikdən sonra ilıq suyla bədəninizi təmizləyin. 50 qr. iri dənəli duz və 45 qr. fındıq yağını qarışdıraraq əldə edəcəyiniz bu sehrli qarışıq, təbii gözəlliyinizin də açarı olacaq.
 
/Mənbə.Qadınlar.biz/ 


Şərhlər:
Baxılıb: 1305
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz