Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Topuqlu ayaqqabılar qadını niyə seksual göstərir?
Topuqlu ayaqqabılar qadını niyə seksual göstərir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4721
Səs ver:
Belə bir deyim var: Topuqlu ayaqqabıları kişilər yaradıb ki, qadınlar onlardan uzağa qaça bilməsin! Bunu ciddi qəbul etməsək də, burda çox böyük həqiqət var. Mütəmadi olraq topuqlu ayaqqabı geyinən qadınların rahat gəzməsi ilə bağlı ciddi problemləri olur. 

Topuqlu ayaqqabılar qadınları həm də çox seksual göstərir. Aparılan bir araşdırmada məlum olmuşdu ki, topuqlu ayaqqabıların seksual olmasının səbəbi, bu ayaqqabıların qadın ayağını orqazm olanda aldığı formanı xatırladır. 
  
Fiziologiya dərsi
Topuqlu ayaqqabı qadın ayaqlarını nə qədər gözəl göstərsə də, 10 santimetrlik topuq çox sərt səslənir. Dabanın orqanizm üçün qeyri-təbbi olan yüksəkliyə qalxması, bədənin ağırlığının pəncənin üzərinə düşməsinə səbəb olur. Beləliklə, ayağın altında hamarlaşma yaranır. Ayağa göstərilən təzyiq nəticəsində  ayaqda döyənək və barmaqlarda yastılanma müşahidə olunur. Baş barmaqlar deformasiyaya uğrayır, şişlər əmələ gəlir və ayaqqabıdan çölə çıxmağa başlayır. Ayaqlar daimi gərginlikdə olduğundan əzələlərdə ağırlaşma gedir və bu da son zamanlar haqqında çox eşitdiyimiz varikoz damar genişlənməsinə səbəb olur. Ayaqlara bu cür ağırlığın düşməsi həmçinin yuxarı orqanların, xüsusilə də onurğanın zədələnməsinə şərait yaradır. Əks cinsin nümayəndələri üçün topuqlu ayaqqabı geyinmiş qadın seksual görsənsə də, əslində, qadının daxili orqanları bundan çox böyük ziyan görürür.
 
Ayaqlara necə qulluq göstərməli?
Siz hündürdaban ayaqqabı geyinməyə öyrəşmisiniz, qarderobunuz bu ayaqqabılarla doludur. İş həyatınızda rəsmi "dress-kod” üçün onlardan imtina edə bilmirsiz. Belə olan halda çalışın ki, 5-7 sm hündürlükdən çox olmayan ayaqqabılara üstünlük verəsiniz. Bu, ayaqqabılar üçün göstərilən ideal hündürlük hesab olunur. Həmişə çalışın ki, ayaqqabıların xüsusi içliyi olsun. Stol arxasında oturanda isə ayaqqabıları çıxartmaq daha məsləhətdir. Evdə olan zaman çalışın ki, uzanasınız və ayaqlarınızı düzbucaq formada qaldırasınız. Bu, ayaq yorğunluğunu aradan götürməyə kömək edir. İçində dəniz duzu və 1-2 cay qaşığı lavanda yağı tökülmüş vanna qəbul etmək də çox xeyirlidir. Vanna qəbulundan sonra ayaqlarınıza mütləq krem çəkin. Dənizdə və ya bağda olan zaman ayaqyalın gəzməyiniz məsləhətlidir, çünki bundan yaxşı masaj ola bilməz. 

Topuqlu ayaqqabı ilə gəzə bilməyin yolları 
Aşağıdakıları edərək siz də topuqlu ayaqqabıların üzərində rahat dayana bilərsiniz.

Ayağınıza uyğun ayaqqabı alın – Topuqlu ayaqqabılarla gəzə bilməyin ilk qaydası ayağa olan ayaqqabı seçməkdir. Əsla ayğınızdan bir nömrə kiçik, ya da böyük ayaqqabı almayın. 

Düzgün gəzin – Topuqlu ayaqqabılar duruşa gözəllik qatsa da, düzgün pozisiyada dayana bilmək üçün əziyyət çəkmək lazım olur. Başınızı dik tutun, çiyilərinizi geriyə atın, axrxanızı isə geriyə doğru çıxarmayın. Düzgün pozisiyada dursanız, gəzmək asan olacaq. 

Ayaqqabının modelinə diqqət edin – Hər ayaq modelinə, hər ayaqqabı mükəmməl oturucaq və görünəcək deyə, bir şey yoxdur. Aldığınız ayaqqabının ayağınıza uyğun model olduğundan əmin olun. Ayaqlarınızı sıxan, biləklərinizi hərəkət etməyə qoymayan ayaqqabılarla gəzmək mümkün deyil. 

İrəli baxın – Gözləriniz daim irəli baxsın və nə qədər cəzbedici olsa da, aşağı baxmamağa çalışın. 

Təcrübə - Topuqlu ayaqqabılarla gəzməyin ən asan yolu təcrübədən keçirməkdir. Ayağınıza tam oturan ayaqqabı alın və evdə onlarla gəzin. Daha sonra həyətə çıxın və qısa yürüş edin. Bir müddət sonra onlarda gəzməyə alışacaqsınız. 

Unutmayın, ayaq sağlamlığınız gözəlliyinizdən daha çox əhəmiyyətlidir. Bundan dolayı ayağınızı və ya hər hansı bir yeri incidən ayaqqabılardan uzaq durun. Ayaqlarınızı qoruyun, çünki onlar bu yolları hələ çox gedəcək!





Şərhlər:
Baxılıb: 4721
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz