Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ukrayna gözəlinin gözəllik və qulluq sirləri
Ukrayna gözəlinin gözəllik və qulluq sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2165
Səs ver:

33 yaşlı Anini (əsl adı Karolinadır) «qığılcım», «od-alov» adlandırırlar. Çox enerjili və gözəl olan bu qadının özünəməxsus sirləri var. Oxumaqla kifayətlənməyin, əməl edin!

Bədən dərisinə qulluq

Səhərim mütləq kontrastlı duşla başlayır. Özü də bacardıqca soyuq su ilə yuyunuram. Əgər yuxudan doymamışamsa, yarıyuxulu da olsa, duşa girirəm, bərkdən oxuyuram, hətta qışqırıram. Dərhal adama enerji gəlir. Mütləq həftədə birdəfə ballı-ərikli skrabla bədənimi sürtürəm. Hər dəfə duşdan sonra bütün bədənimə yumşaldıcı krem çəkirəm.

Üzə qulluq

Heç vaxt üzünüzə tərkibi məlum olmayan kremlər, kirşanlar çəkməyin. Hər axşam mütləq kosmetika qalığını silin, sonra yatın. Yoxsa səhər üzünüz yorğun, tutqun, əzgin görünəcək. Üzə qulluğun 3 vacib şərti:

  • Üz və bədənə yaxşı pilinq edin ki, məsamələr açılsın.
  • Çiməndən sonra mütləq üz və bədənə nəmləndirici krem çəkin.
  • Göz üçün korrektoru yanınızdan əskik etməyin. Mən evdən gözümün altına korrektor çəkmədən çıxmıram. Rejimim ağır, yuxumsa azdır. Gözlərimin altını ancaq korrektor gizlədir.

Yuxuya qənaət etməyin!

Qadın nəyə qənaət edirsə etsin, yuxuya qənaət etməməlidir. İmkan varsa, saat 11-də yatmağa gedin. Çünki o saatdan başlayaraq dəri dincəlməyə, hüceyrələr yenilənməyə başlayır.

Gimnastikası

Evdə bu proqrama əməl edirəm: 50 dəfə ayaqlarım üçün hərəkətlər, 30 dəfə qarın presi. Yuxudan oyanan kimi yerimdəcə ayaqlarımı qaldırıb endirirəm, ən azı 30 dəfə. Rəfiqəm mənə şpaqat açmağı öyrədib. Arada əzələlərimi şpaqatla açıram. Gimnastikada nəticə onda olur ki, sən onu hər gün edirsən və heç zaman unutmursan.

Pəhrizi

Qastrollarda, çəkilişlərdə qida rejimim pozulmuşdu, ayaqüstü, xüsusən yatmazdan əvvəl yemək bədənimi əldən salmışdı. Özü də piylər həmişə lazım olmayan yerlərdə yığılır. Hər bir qadın bilməlidir ki, o kökələndə birinci və ən çox hansı nahiyəsi piy yığır?

Bunu bildikdə həmin nahiyəyə görə hərəkətlər tapmalıdır. Mən pəhriz saxlamıram, məcbur olanda yağlı da yeyirəm, qazlı su da içirəm, şokolad da dadıram. Bir qızıl qaydam var: heç vaxt doyana kimi mədəmi doldurmuram.

Yatmazdan 3 saat əvvəl yemək yeyib, çayımı içirəm. Axşamlar su içmirəm, yoxsa səhərə üzüm şişir. 30 yaşımdan idman zalına getməyə məcbur oldum. Boyum balaca olduğundan çəkim də az olmalıdır. Hələ ki, press və az yeməklə çəkimi saxlayıram.

Üz Maskası

Anamın məsləhət gördüyü resept superdir: təzə çiyələyi əzirsən, üzünə çəkirsən. Bir də xiyar dilimləri… Mən onları yatanda da üzümə, gözümün üstünə, hətta boynuma düzürəm. Nahaq yerə deməyiblər ki, boyun və əllər qadının yaşını göstərir. Əllərə mum çəkməkdən ötrü də ürəyim gedir.

Dodaqlar qadinin yaraşığıdır

Əgər istəyirsiz ki, dodaqlarınız təravətli olsun, təmiz fırça götürün və onu bala batırıb dodaqlarınıza sürtün. 20 dəqiqə saxlayın, sonra balın qalığını salfetlə silin. Ağarmış, solğun dodaqları soyuq suda islanmış yumşaq tüklü diş fırçası ilə masaj edin.

Evdən çıxmazdan əvvəl dodağınıza uşaq kremi və ya gigiyenik balzam çəkin. Dodaqlarınızı qoruyun, çox ucuz dodaq boyası və parıltısı almayın.



Şərhlər:
Baxılıb: 2165
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz