Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fransız qadınlarının gözəllik sirrləri (maraqlı)
Fransız qadınlarının gözəllik sirrləri (maraqlı)
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 3549
Səs ver:
Fransız qadınları dünyada gözəlliyi və zərifliyiylə məşhurdur. Yaxşı, nədir onları bu qədər gözəl və zərif edən? Sualın cavabı Ann Morisonun yazısındadır.
New York Times qəzetinin Paris müxbiri Ann Morison zəriflikləriylə məşhur Fansız qadınların necə gözəl yaşlandığını araşdırdı.  Morisonun yazısından sətir başları…
- Parisdə yaşadığım məhəllədə tez-tez yavaş - yavaş  irəliləyən yaşlı bir qadın görürəm. Ətrafdakıları yüngül bir təbəssümlə salamlayır. Öz kimi olmaqdan çox məmnun olduğu hər halından müəyyən bu qadına baxarkən Fransız qadınlarının yaşlandıqca hər şeyi unudub bir tək moda zövqləri və geyim tərzlərini itirmədiklərini düşünürəm.
- Əgər həqiqətən gənc qala bilmənin bir sirri varsa, bunu qətiliklə Fransız qadınlar bilir. Juliette Binoche (46), Segolene Royal (56) ya da Catherine Deneuve (66) kimi qadınlar ‘zərifliklə yaşlana bilmə' sirrini bilir kimi…
- Fransız qadınlar bədən, saç və dərilərinə sanki törənsəl bir vərdişlə baxırlar; yavaş yavaş və keflə. Onlar üçün hər yaşda özlərinə baxmaq, qışda qalın geyinmək qədər təbii bir vərdişdir. Sirlərini isə yalnız öz aralarında danışırlar. Bir gün birlikdə axşam yeməyi yeryərkən üç nəvəsi olan bir nənəyə necə gənc qala bildiyini soruşduğumda, "Bu mövzuları ərimin yanında əsla danışmaram" deyə cavabladı.

1 kilo belə əhəmiyyətlidir
- Fransız qadını çəki tərəzisinyə çıxdığında bir kilo belə aldığını görsə, o kilonu keçmiş halına gətirənə qədər əlindən gələni edəcək. Lesli Caron "Kilomun oynamasına əsla icazə verməm" deyir. Mireille Guiliano çox satılan kitabında "Fransız Qadınlar Kökəlmir" demişdi, məsələ bu deyil: Fransız qadınlar kökəlməyi rədd edir.
- Əslində Fransız qadınlar çox  məşq də etmir. Həyat yoldaşım və mən Parisə daşındığımızda idman salonu tövsiyə etmələrini istədiyimiz insanlar "niyə ki? İdman salonları bir növ işgəncədir" deyə cavab vermişdi. Fransızlar üçün tək arıqlama üsulu yeriməkdir. Əgər bir Fransız qadını yerimirsə mütləq onun yerinə bir həb, losyon, maşın ya da müalicə vasitəsilə formada qalır. Əczaxanalar pəhriz dərmanlarıyla dolub daşıyır. Bu məhsullar omba, qarım, arxa  kimi bölgələri əritməyə yarayacağını qarşıya qoyur. Paris metro stansiyalarında görülən bir reklama görə, bir dəfəlik istifadəylə 120 mekiğin verdiyi təsiri verən bir kəmər belə var.

- Fransız qadınlar üz maskası, masaj və ‘spa' kimi üsullarla qırışıqlıq, selülit və sallanan dərilərə etiraz edir. Su reaktivləri, yosun müalicəsi, palçıq duşu kimi üsullar da çox istifadə edilir.
- Makiyaja gəlincə gənc qızlar xaricində bütün Fransız qadınlar az makiyajın daha məqbul olduğu mövzusunda həmfikirdir. Bağlayıcı kimi məhsullar yerinə ənlik sürtməyi seçir. Həmişə təbiiliyi seçirlər: Bir az ten, kiprik üçün tuş, bir az göz qələmi və dodaq parıldadıcısı kafidir. Şübhəsiz, təbii görünmənin ən asan yolu yaxşı bir dəriyə sahib ola bilməkdir. Bəlkə də Fransızların sirri tam olaraq bu edilən bir araşdırmaya görə Fransız qadınlar dəri baxımına ildə 2.2 milyard dollar xərcləyirlər.
- Bəzi Fransız qadınlar dəri baxımları üçün dermatoloqlara gedirlər, çünki əksəriyyətlə bu müalicələr sağlamlıq sığortası tərəfindən qarşılanır. Lakin comərd Fransız sistemi belə botoks, qaldırma kimi estetik əməliyyatları qarşılamır. Əlbəttə bu, Fransız qadınları bu prosedurları etdirməkdən çəkindirmir.
- Estetik cərrahlara görə Fransada estetik əməliyyat qadının "təbii gözəlliyini qorumaq" üçün edilir. Əməliyyatın müvəffəqiyyətli olduğunun göstəricisi, fərq edilə bilməyəcək qədər naməlum edilməsidir.
- Fransız qadınlar saçlarını da hər üç və ya dörd həftədən bir kəsdirir ya da rəngləyir. Fransız qadınlar ümumiyyətlə saçlarını soyuq suyla yaxalayırlar.

/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 3549
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz