Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarının plastik əməliyyatı
Qarının plastik əməliyyatı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4842
Səs ver:

Qarnın plastikası -  qarın əzələlərinin və dərisinin tonusunun bərpasına və artıq piylərin yox edilməsinə yönəlmiş bir sıra cərrahiyə əməliyyatıdır. Bu vasitəyə müxtəlif səbəblərdən müraciət olunur. Qadınların illər keçdikcə əzələləri boşalır, dərilərində çatlar əmələ gəlir, doğuşdan sonra formalar itir. Qarın sallandıqdan sonra onu idmanla yığışdırmaq olmur, çünki əzələlər artıq boşalmış olur. Yeganə vasitə əməliyyatdır.

Qarnın plastikasının bir neçə növü var:

  • Tam abdominoplastika. Beli incəltməklə yanaşı göbəyin yerini dəyişmək və liposaksiya bura daxildir.
  • Qarnın ön divarının plastikası liposaksiya edilmədən göbəyin yeri dəyişdirilir).
  • Miniabdominoplasika (göbəyin yeri dəyişilmədən, qarnın aşağı hissəsinin deformasiyası zamanı qarnın ön divarının bərpası)
  • Endoskopik abdominoplastika ( doğum etmiş arıq qadınlarda əzələlərin yığılması, qrijanın aradan götürülməsi).

Bütün əməliyyatların göstəriciləri və əks göstəriciləri olur. Abdominoplastikanın məqsədi xəstənin istəyi ilə əzələ bərpasına və qarnın əvvəlki vəziyyətə qayıtmasına yönəlir.

Əməliyyatdan 2 həftə öncə siqareti, spirtli içkini atmaq məsləhət görülür. Tam abdominoplastika əməliyyatı 5 saat davam edir. Qarnın ön divarının plastikası 2-3 saat davam edir. Bu əməliyyat zamanı piy qatı ləğv edilir.

Miniabdominoplastika qarnın sallaqlığına qarşı yönəlir. Doğuşdan sonra sallanmış dərilər ləğv edilir. Əməliyyatdan sonra qalan kiçik çapıq izi alt paltarından heç bilinmir.

Endoskopik abdominoplastika 1-2 saat çəkir. Göbək nahiyyəsində edilən kiçik çapıq vasitəsilə qrıja (qarın yırtığı) ləğv olunur.

Əməliyyatlar sonrası reabilitasiya müddəti bəzən 4 həftə davam edir. Bu zaman korset taxmaq çox vacibdir. Əməliyyatın nəticəsi 2-3 ay sonra bilinir. Lakin bundan sonra qidanıza və idman məşqlərinizə xüsusi diqqət yetirməyiniz vacibdir.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 4842
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz