Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəri və saça qulluq üçün təkliflər
Dəri və saça qulluq üçün təkliflər
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 7760
Səs ver:
Əslində gənc, gözəl və baxımlı görünmək düşündüyümüz qədər çətin deyil. Daha parlaq saçlara, hamar bir dəriyə və baxımlı bir bədənə sahib olmaq üçün bunlara əməl edin:

 Quru saçlar üçün banan maskası!

Bir bananı yaxşıca əzin. Bir çay qaşığı badam yağı ilə qarışdırıb saçınızın diblərindən başlayaraq tətbiq edin. 20 dəqiqə gözlətdikdən sonra durulayın.

 Dəri gözəlliyi üçün yuxu!

Dərimiz özünü bərpa edib  yenilənmək və bəslənmək üçün orqanizmin dərin yuxu halını, yəni gecəni gözləyər. Dəri, gecə yarısından sonra hormonlar tərəfindən daha yaxşı sulanar; qan dövranı da eyni şəkildə bu dövrdə canlanar. 
Dərinin tətbiq olunan məhsullardan ən sıx olaraq faydalandığı saatlar isə səhərin dördüdür. Gecənin dərimizə təqdim etdiyi ən böyük xidmət sakitləşməkdir. Yəni gün boyunca özünü günəşə, küləyə qarşı müdafiə edərkən, etdiyi stressə bağlı ya da mimikalarla əlaqədar qırışmaların əsl səbəbi olan əzələ sıxılmaları gecə boyunca sakitləşdiyində ortadan qalxar və dəri rahatlayar.

 Qırışıqlıqlara qarşı meyvə!

Elm adamları, günəş şüalarından meydana gələn dəri qırışıqlıqlarının yeməklərlə də əlaqəsi olduğunu açıqladı. Araşdırmaçılar tərəvəz, paxlalılar, zeytunyağı və bəzi meyvələrin, günəş şüalarının mənfi təsirinə qarşı dərini qoruduğunu ifadə edir. Dərini günəş şüalarının təsirindən qoruyan digər anti-kanserojen qidalar isə balıq, ərik, alma və çay. Kənar yandan dəridə qırışıqlıqların, ət, sütlü qidalar, şəkər, kərəyağı və marqarin istehlak edənlərdə daha çox meydana gəldiyi müşahidə edildi.

 Təbii dodaq parladıcısı, bal!

Bal, tərkibindəki vitamin mineral, antioksidan və amin turşularıla qiymətli bir qida maddəsi olmasının yanında, müalicə edici xüsusiyyətlərə sahibdir. 
Çatlayan dodaqlar üçün müalicə edici bir dodaq parladıcısı: Bir fincan çay badam yağını və yarım fincan bal tərkibli, mikrodalğa sobada bal şamı əriyənə qədər saxlayın. iki qaşıq balı əlavə edib qarışdırın. Soyumağa buraxın. Qarışığı qapaqlı kiçik qablara töküb istifadə edin.

 Quru dərinin ən təbii dərmanı, gül!

Yağlı dəri qədər quru dəri də problem yaradar. Xüsusilə soyuq aylarda quru dəri kifayət qədər qidalanmazsa, çatlaqlar açıq hala gələr. Quru bir dəriniz olduğundan şikayətlənirsinizsə güldən faydalana bilərsiniz. Gül suyu və gül yağı kosmetikdə də olduqca geniş şəkildə istifadə edilir. Üç damla gül yağını, üç damla lavanta yağı ilə qarışdıraraq dərinizə çəkin. Dərinizin bir anda gərginlikdən xilas olduğunu hiss edəcəksiniz.
Tərcümə etdi: Aytən Mələk



Şərhlər:
Baxılıb: 7760
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz