Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəllik yuxusuna yatın!
Gözəllik yuxusuna yatın!
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 1419
Səs ver:
Yorulmuş dərinizin və bədənizin dincəlməyinə və gözəlliyinə kömək etmək istəyirsinizsə, ən faydalı köməkçi yuxudur...
Mədənizin gecələr rahat olmağını istəyirsinizsə, yatmadan əvvəl yüngül yeməklər yeməyə çalışın. Ən idealı makaron, çörək və ya kartofdur. Çünki karbohidrat bədəni yuxuya hazırlayır. Bundan əlavə şirniyyat sevənlərə də mujdə. Şokoladın tərkibində olan xoşbəxtlik hormonu serotonin bədəninizi rahatladacaq və bədəninizin boşalmasını təmin edəcək.
Yatmazdan əvvəl dabanlarınıza, saç dərinizə və alnınıza masaj edə bilərsiniz. Nə qədər rahatladığınızı və daha yaxşı yatdığınızı hiss edəcəksiniz.
Özünüzə stabil yatmaq proqramı hazırlayın. Gecə yatacağınız və səhər oyanacağınız saatları dəqiqləşdirin. Gecə rahat yatmaq istəyirsinizsə yatmazdan əvvəl bir az isinmə hərəkətləri ilə əzələlərinizi rahatladın.
Gecə üçün istehsal olunmuş nəmləndiricilərin və bədən lasyonlarının tərkibində olan maddələr sakit və rahat gecə keçirməyinizi təmin edər. Buna görədə yatmazdan əvvəl bədəninizi kosmetik vasitələrlə bəsləməyi unutmayın.
Cola, çay, kofe və nikotin tərkibli qidalar yuxunun ən böyük düşmənidir. Yatmağa yaxın bunlardan uzaq durun. Spirtli içkiləri isə çox qəbul etməyin. Bir stəkan pivə və ya şərab rahat yatmağınızı təmin edəcək, ancaq daha artıq qəbul olunduqda yuxunun qarşısını alır.

Yatdığınız otaq necə yatdığınızı göstərir. Ən ideal otaqlar: səs olmayan, qaranlıq, yaxşı havalandırılmış və temperaturu maksimum 18 dərəcə olan otaqlardır. Yatdığınız otaqda mavi və ağ rəngin hakim olmasına diqqət edin. Çünki mavi rəng insanı rahatlaşdırır. Rahat yatmağın ən önəmli məsələsindən biri də təmiz yataq dəstidir.

Stresli və yorğun bir gün keçirdiniz? O zaman hamam vannasını ilıq su ilə doldurub, içinə lavanta və bibər yağları əlavə edin və günün yorğunluğundan azad olun.
Yatağınıza girəndən qısa müddət sonra yuxuya keçə bilmirsinizsə və dayanmadan yerinizdə hərəkət edirsinizsə, o zaman yatmazdan əvvəl kitab oxumağa çalışın. Əgər gözəl sevgi hekayəsi seçsəniz o zaman daha sakit bir şəkildə yuxuya keçəcəyinizə əmin olun. Hətta az səsdə klassik və ya həzin musiqi də dinləsəniz çox gözəl olar.


Şərhlər:
Baxılıb: 1419
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz