Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++Bu yayın ən gözəl xanımı siz olun
+++++++++Bu yayın ən gözəl xanımı siz olun
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1242
Səs ver:
Yay gəlir özünüzə daha artıq diqqət göstərmək vaxtıda gəlir. Artıq geyiminizin arxasına gizlənə bilməzsiniz… Nə qədər səy sərf etsəniz də ayaqlarınız, qollarınız, bədəniniz incəcik geyimlər və sandaletlərlə daha  göz qarşısındadır. Haradan başlayım deyirsinizsə sizə yaya hazırlanmanız üçün sizə gözəl məsləhətlər aşağıdadır…
1. Əvvəl saçlar
Qış aylarında köhnələn və qırılan saçlarınızın yay aylarında baxımlı görünməsi üçün saçlarınızın uclarından almalı və quruyan saçlarınızın canlılığını qazanması üçün baxım etdirməlisiniz.
2. Pəhriz saxlayın
Qışdapaltarlar altında qalan kilolarınızın ortaya çıxma zamanı gəlmədən tədbir görsəniz yaxşı olar çünki qaçacaq yer qalmadı. Bir an əvvəl pəhrizə başlamalı və kilolardan xilas olmalısınız.
3. Hələ məşqə başlamamısınız?
İdman etməyə nə qədər erkən başlarsanız o qədər yaxşıdır. Beləcə kilolarınızdan bir miqdarda olsa xilas ola bilərsiniz. Açıq havada qaçışa gedə bilər, bir idman salonuna yazıla bilər ya da evdə gimnastika edə bilərsiniz.
4. Tərəvəz və meyvə mövsümü
Çox  yağlı və kalorili yeməklərdən uzaq durun. Meyvə və tərəvəz  yeməyə diqqət yetirin. Sağlamlıqsız pəhrizlər etməkdən qaçın.
5. Su sağlamlıqdır
Gündə 2 litr su için. Yemək yemədən və yatmadan əvvəl yavaş yavaş içərək bədəninizin ehtiyacı olan suyu təmin edin.
6. Yuxu gözəlliyi
Yuxu nizamınıza diqqət yetirin. Rahat bir yuxu üçün yatağa girmədən əvvəl günün streslərindən uzaqlaşın. Spirtli şeylər istifadə edirsinizsə, mümkün olduğunca azaldın.
7. Tüklərinizdən xilas olun
Yaz aylarında qadınların ən böyük problemlərindən biri olan tüklərdən xilas olma vaxtı gəldi. Azadca hərəkət etmək üçün  ülgüc ya da epilatorların köməyiylə tüklərinizi alın.
8. Tərləməyə diqqqət yetirin
Çox  tərləməkdən və qoltuq altında tər izi meydana gəlməsindən şikayət edənlər, qoltuq altına botoks etdirə bilərsiniz. Botoksla, tərləmə yüzdə 90 nisbətində önlənə bilir.
9. Bornzlaşmış bir bədən
Dəniz kənarında dümağ bir bədənlə günəş vannası qəbul etmək istəmirsinizsə kosmetik markalarının bronzlaşdırıcılarıyla  bele bir bədənə sahib ola bilərsiniz.
10. Ayaqlarınıza yaxşı davranın
Bağlı ayaqqabılar içində saxladığımız ayaqlarınız yayın gəlməsiylə birlikdə ortaya çıxacağına görə uzun müddət baxımsız qalan ayaqlarınızla maraqlanma vaxtı gəldi. Pedikür əməliyyatını evdə edəcəksinizsə dırnaq boyalarınızı çıxardıqdan sonra, ayaqlarınızı suya salın, dırnaqlarınızı qısaldın, törpüləyin və ən son əməliyyat olaraq krem istifadə edin.
11. Əlləriniz diqqət istər
Əllərinizi isti suyun içində beş dəqiqə qədər saxlayınya da dırnaq ətlərinizi geri itələyə biləcəyiniz şəkildə peeling edin. Dırnaq ətlərinizi özünüz kəsə bilməyəcəyiniz üçün törpü köməyiylə geriyə doğru itələyə bilərsiniz.
12. Dəriniz nəfəs alsın
İstilik dəyişiklikləri səbəbiylə genişlənən və quruyan dərinizi qorumaq üçün həftədə bir dəfə peeling edin. Mümkünsə dəri xəstəlikləri eksperti, dəri terapisti və ya məsləhətçilərdən dəstək alın. Dəri tipinizə və ehtiyacınıza görə istifadə edəcəyik kosmetik vasitləri seçin.
13. Selülitlərinizdən xilas olun
Qıç və omba bölgəsində quruyan, gərginləşən dərinizi soyuq, isti duşlar köməyiylə özünə gətirə bilərsiniz. Selülit üçün xüsusi çıxarılan kosmetik kremləri masajlarla selülitli bölgələrinizə tətbiq edə bilərsiniz.
14. Işıltılı gözəllik
Yay mövsümünə xüsusi makiyajlar haqqında məlumat əldə edin və mövsümün modası olan rənglərdə kosmetik məhsullar almağa diqqət yetirin
15. Bikini və çimərlik geyiminizi aldınızmı??
İsti havalarla birlikdə çimərlik geyimi ya da bikini almaq zamanı da gəldi. Bədən tipinizə uyğun bir çimərlik geyimi ya da bikini seçin.
16. Çiçək açın
Yayın bütün gözəlliklərini paltarlarınıza daşımağa hazırsınızı ?Bu il çiçəkli naxışlar çox modadır. Qardirobunuza çiçəkli ətəklər, tişörtler və köynəklər əlavə edin.
17. Bədəninizə baxımı
Qışda laqeyd yanaşdığınız bədəninizi hər duş sonrası xoş qoxulu kremlərlə nəmləndirə bilərsiniz. Bu tip kremlərlə dəriniz yumuşaq olar və özünə gələr.
18. Detoks edin
Yaya hazırlanmanın yollarından biri də detoksdur. Bədəni toksinlerden təmizlənməniz detoks etdiyiniz günlərdə məşq edin, ət, süd və süd məhsullarını istifadə etməyin.
19. Qoruyucu istifadə edin
Bəzi dərilər həssas olduğundan günəşin çıxdığı ilk günlərdən etibarən ləkələnməyə başlar. Günəşin yaşlandırıcı təsirinə qarşı dəri tipi nə olursa olsun mütləq qoruyucu istifadə edin.
20. Ruhunuz işıldasın
Bədəninizi yaya hazırlayarkən ruhunuzu da unutmamalısınız. Günəşin içinizi isitdiyi bu günlərdə xoşbəxt olmaq üçün səy göstərməli, həyatdan zövq almağa çalışmalısınız. Özünüzü müsbət yöndə motivasiya etsəniz nəticədə müsbət olacaq.

Tərcümə Etdi:
NİGAR_CAVAD


Şərhlər:
Baxılıb: 1242
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz