Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tuj çəkərkən bu səhvləri etməyin
Tuj çəkərkən bu səhvləri etməyin
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 3746
Səs ver:
Bir neçə qat çəkməyin! 
Tujun bir ya da ən çox iki qat çəkilməsi lazım olduğunu söyləyən makiyaj mütəxəssisləri, 3-4 qat çəkməkdə israr etdiyiniz tujun kirpiklərinizdə meydana gətirdiyi görünüşün bir fəlakətə gətirib çıxardığını söyləyir. Kirpiklərinizi daha uzun və ya daha sıx göstərməyə çalışmaq kimi yaxşı niyyətləriniz olduğunu bilirik, ancaq çox təəssüf ki bu hərəkətin tək nəticəsi boyanın kirpiklərinizdə topalanmış halda dayanması olur. 
Fırçanı salıb- salıb çıxarmayın! 
Tujun hansı məqsədlə  istifadə edildiyini öyrəndiyimiz gündən bəri tək etdiyimiz hər istifadə əvvəli fırçanı içinə salıb -salıb çıxarmaq olur. Halbuki tujun içinə girən hava, bir az daha tez pozulmasına və topalanmasına gətirib  çıxarır. 
Kirpik qıvırıcını tuja çəkdikdən ən sonra istifadə etməyin! 
Kirpik qıvırıcını, icad edənə hər ağılınıza gəldiyində təşəkkürlərinizi təqdim edəcək qədər çox sevir ola bilərsiniz. Amma əgər tujunuzu çəkdikdən sonra kirpiklərinizi qıvırırsınızsa onlara verə biləcəyiniz ən böyük zərəri verirsiniz deməkdir. Bizdən söyləməsi; kirpik qıvırıcını daim təmiz kirpiklərinizə tətbiq edin! 
Tuju kirpiklərinizin yalnız ucuna çəkməyin! 
Yaxşı bir başlanğıc yaxşı bir nəticə deməkdir. Tuju çəkməyə kirpiklərinizin ucundan başlarsınızsa istəmədən də olsa onların daha qısa görünmələrinə gətirib çıxararsınız. Kirpik diblərinizdən çəkməyə başlayaraq zəmini qüvvətli tutarsanızsa, yenidən yaratmağa çalışdığınız kirpikləriniz daha uzun görünəcək. 
Göz qapağınızın içinə bulaşdırmayın! 
Tuju nəzakətlicə deyil də gərəyindən çox qüvvət tətbiq edərək çəkməniz, göz qapağınızın iç tərəfində istənməyən tuj izlərinə gətirib çıxaracaq. Buna görə ya tətbiq əsnasında daha diqqətli davranmağa çalışın ya da bulaşan çox boyaları qulaq çubuğu köməyiylə təmizləyin. 
Aldığınız tarixi xatırlamadığınız tujları istifadə etməyin! 
Aldığınız  tarixi xatırlamadığınızdan o tujun bir xeyli köhnə olduğu nəticəsini çıxarırıq. "Amma heç istifadə etmədim, çox az istifadə etdim" kimi bəhanələrə qulaqlarımızı tıxayır, dərhal indi köhnəlmiş tuju zibilə atmanızı təklif edirik. Çünki siz gözünüzlə görməsinizsə də, fırçanı tujdan çıxarıb sonra yerinə yenidən saldığımızda tuj havayla təmas edir və içində istənməyən bakteriyalar törəyir. 
Tərcümə etdi: Aytən Mələk


Şərhlər:
Baxılıb: 3746
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz