Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaqqabı seçərkən hansı səhvlər edilir?
Ayaqqabı seçərkən hansı səhvlər edilir?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2918
Səs ver:
 Yüksək dikdaban, yüksək platformalılar. Çox dar ya da çox böyüklər. Və çox sərt əsaslı olanlar. Qəşəng geyinmək ilə moda hər vaxt bir-birinə qarışdığı üçün ayağın rahat olması həmişə ikinci planda qalır.
Nəticə:su yığan, dərisi soyulan, tez-tez burxulan ayaqlar! 

AYAQDA ŞƏKİL POZUQLUĞUNA GƏTİRİB ÇIXARAN 6 SƏHV

1.Önü daralan və ayağı sıxanlar: Ayaqqabılarda ən sıx yaşanan problem, önü daralan və ayağı sıxan dar qəlib, dikdaban ayaqqabılar ya da botlar geyilməsi və bunlarla uzun müddət ayaqda qalınması. Önü daralan ayaqqabılar barmaqların rahatca hərəkət etməsini maneə törədir. Zamanla barmaqların şəkli pozulur.

2.Yüksək dikdaban olanlar: Yüksək dikdaban ayaqqabılarda ağırlıq daraq qisminə keçəcəyi üçün barmaqlara həddindən artıq yük düşür və davamlı istifadə ayaq ilə barmaqlarda şəkil pozuqluqlarına səbəb olur.

3.Çok yüksək platformalılar: Qadınlar dəb olduğu üçün çox yüksək platforma kimi tarazlıq pozan məhsullar istifadə edilə bilir. Ayrıca bu platformaların sərt olanları ayağın qıvrılmasını maneə törədir,suyu əmmədən digər oynaqlara həddindən artıq təzyiq çatdırır.

4.Tamamən topuqsuz olanlar: Xüsusilə gənclərin çox sıx seçdikləri tamamilə topuqsuz və həddindən artıq yumşaq, ümumiyyətlə bez və ya süet olan ayaqqabı ilə çəkmələr də təhlükəlidir.Çünki ayağı heç tutmayan,iç döşəməsi heç dəstəkləməyən bu ayaqqabılar içə basmağa meylli olanlarda bu vəziyyətin daha da pisləşməsinə səbəb ola bilir.

5.Bir nömrə böyüklər: Dikdaban ayaqqabı ya da bot seçərkən incə qəlibli məhsulların böyük nömrələrini almaq böyük bir səhvdir. Çünki ayaq önə gedincə ayaqqabı öndən vurur, arxadan boşluq qalır və topuq gedərkən hərəkət edir. Bunun nəticəsində ayaqqabılar sürtür və yara edir. 

6.Çok sərt dərilər - sərt laklı olanlar:Lazımlı əsnəmə və yumşalma olmadığı üçün ayağın funksiyalarını pozur.

İDEAL BİR AYAQQABI NECƏ OLMALI? 
•Ayağın formasına uyğun olmalı və tam oturmalı. Ayaq üç ölçülü olduğu üçün ayaqqabının yalnız boydan uyğun gəlməsi çatmaz, eni və yüksəkliyi də uyğun gəlməli. Ayağı yaxşı qavramalı və xüsusilə bilək qisimi yaxşı tutmalı.
•Ayağı geniş olanlar daha geniş qəlibli ayaqqabılar istifadə etməli, incə ayaqlı qadınlar isə incə qəlibli olanları geyməli.
•Ayakkabının önü və yanları dar olmamalı, barmaqlar yanlardan və üstdən rahatlamalı.
•İçi xarici dəri olmalı.Bu cür ayaqqabılar həm nəfəs aldığı üçün tərlətməz,həm də ayağın şəklinə daha asan uyğunlaşma təmin edərlər.
•Derinin cinsi də əhəmiyyətlidir.Həssas dəriyə sahib, sümük quruluşu diqqətə çarpan və çıxıntılı olanlar ilə diyabet xəstələri yumşaq dəriləri geyməli.
•Ayaqqabı döşəməsinin xarici qisimi kifayət qədər geniş olmalı.Xüsusilə tarazlıq və burxulma problemi olan qadınlar geniş, topuq qisimi daralmayan ayaqqabılar seçməli.
•Çok sərt dəri və sərt laklı yerinə, ayağın şəklini daha yaxşı alan süet və nabuk dərilər seçməli.

 


Şərhlər:
Baxılıb: 2918
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz