loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənə nə cür makiyaj yaraşır?
Mənə nə cür makiyaj yaraşır?
Göndərən: QaDiNLaR BiZ
Şərhlər:
Baxılıb: 8527
Səs ver:

Gözlər qəlbin aynasıdır! Üzün ən diqqət çəkən bölgələrindən biridir. Hamının diqqətini özünüzə çəkmək istəyirsinizsə, dəri tipinizə və saçınıza uyğun rənglərdən istifadə edin. Əgər açıq dərili və sarışınsınızsa, şanslısınız çünki sizə demək olar ki, hər rəng yaraşır. Sizə karamel, qəhvə, boz və krem rəngi xüsusilə yaraşan rənglərdir. Əvvəl açıq rəngdə kölgəni kirpiklərin dibindən göz qapağının bitən hissəsinə qədər çəkin. Göz qapağının üstünə isə qəhvəyi, bürünc kimi daha tünd rənglər istifadə edin. Ən tünd isə göz qapağının yuxarı hissəsinə çəkin. Əsmərlər rahatlıqla tünd tonlardan istifadə edə bilər. Tünd rəngli kölgəni kirpiklərin dibinə qədər, yanlara doğru yüngül uzadaraq sürün. Qırmızı yanaqlı xanımlar isə karamel, boz və ya qara kimi rəngləri istifadə edə bilər. Bu rənglərlə sarışınlarınkına bənzər makiyaj edə bilərsiniz. Ancaq göz ilə burun arasındakı bölgəyə çox tünd rənglər çəkmək məsləhət deyil. Göz qələmini həm üstə, həm alta tətbiq edə bilərsiniz. Lakin bunu çox sərt və qabarıq şəkildə etməli deyilsiniz. Bunu yaş pambıqla, pambıqlı çubuqla ya da bəzi göz qələmlərinin arxalarında olan silgilərlə edə bilərsiniz. Açıq rəngli kölgələr istifadə etmisinizsə, ya da gündəlik yüngül bir makiyaj istəyirsinizsə, göz qələmini mümkün olduqca nazik və yüngül şəkiləd çəkin. Həmçinin isə qəhvəyi göz qələmindən istifadə edə bilərsiniz. Bu, sizə təbii eyni zamnda gözəl görünəcəyinizi təmin edəcək. Gözün alt hissəsinə qələm çəkmək bir o qədər də məsləhət görülmür. Bunun əvəzinə gözün alt hissəsinə tünd rəngdə olan göz kölgələrindən istifadə edə bilərsiniz. Kirpiklərə tuş çəkərkən bəzi şeylərə diqqət yetirməlisiniz. Qurumuş bir kirpik üçün tuş (3 aydan sonra qurumağa başlayır) istənilən təsiri göstərməz. Kirpik üçün tuş çəkmzdən əvvəl kirpikləriniz daramalı ya da kirpik qıvırıcısıyla düzəldərək, qarışmalarını ya da bir-birlərinə yapışmasının qarşısını ala bilərsiniz. Parlaq və fərqli bir görünüş üçün qara və ya qəhvəyi tuş çəkə bilərsiniz. Kirpiklərinizin daha uzun və gur görünməsini istəyirsinizsə, tuşdan əvvəl bir az pudra çəkib üstündən tuş çəkə bilərsiniz.

 

Redakte etdi: PRETTY GİRL


Şərhlər:
Baxılıb: 8527
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz