Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Burun qüsurlarına makiyaj hiylələri
Burun qüsurlarına makiyaj hiylələri
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 11537
Səs ver:

 

 Makiyaj edərkən istifadə edilən müəyyən qaydalar və üsullar vardır. Açıq rənglər xəttləri ön plana çıxardar, tünd rənglər geri plana təyin edər. Açıq rəng olaraq şəffaf pudra, tünd rəng olaraq pudra və ya ənlik istifadə edilə bilər. 

Burun ilə dodaq arası uzun olanlar; bu uzunluğu geri plana ala bilmək üçün burun ilə dodaq arasını rəngləməlisiniz. Burun ilə dodaq arası dar olanlar çox dar olan bu bölgəni ön plana çıxarmaq üçün açıq rənglərlə rəngləməlisiniz. 

Burun qüsurlarını düzəltmə texnikaları:

Kiçik burun

Ən ideal burun şəklidir. Lakin üzdə itəcək, tarazlığı pozacaq qədər kiçik isə və gözlər iridirsə burunu ön plana çıxarmaq lazımdır. Bunun üçün də burun sümüyü və qanadlarını hamısıyla açıq rəng tonal krem və pudra tətbiq etməlisiz.

Düz və qısa burun

Bu tip burunlarda burnun bitiminə və iki qaşın arasına açıq rəng fondöten və pudra sürtülər. Bu sayədə burun bir az daha uzun görünər.

Uzun burun

Burnun uzun olan alt uc qisiminə tünd rəng tonal krem və pudra ilə kölgə edilərək uzunluq geri plana alınar.

Burnunuzu uzun tapırsınızsa; qaş başlarınızın burna çox yaxın olmamasına diqqət yetirin. Burun kökü və ucuna kölgələmə edin. Alınınızı və çənənizi çıkık göstərərək burnu daha əhəmiyyətsiz qısalıqda olduğunu vurğulaya bilərsiniz.

Sümüklü burun

Burundakı sümüyün üzərinə tünd rəng tonal və pudra sürtülər. Bu sayədə tünd rənglə sümüklü qisim geri plana alınar.

Böyük burun

Bu tip burunlarda, tünd rəng tonal və pudra ilə burun şəkli yenidən təyin olunar. Gözlərdən başlayaraq, burnun iki yanına enən kölgələr burun qanadlarına paylanar. Burun daha incə və zərif görünər.

Bir neçə məsləhət

Burnu qısaltmaq üçün uc qisimini kölgələyin amma ənlik ilə qırmızı fırça vuruşu burnu daha şiş göstərər unutmayın. Burnunuza etdiyiniz kölgə oyunlarını günəş işığında nəzarət etmədən çölə çıxmayın, əliniz alışana qədər ləkə edə bilərsiniz. Makiyaj professionallığı zamanla olar.

 

Tərcümə etdi: PURE LOVE

 



Şərhlər:
Baxılıb: 11537
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz