Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdeal bədən quruluşuna sahib olmağın ən son üsulu!
İdeal bədən quruluşuna sahib olmağın ən son üsulu!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 12255
Səs ver:

"Kökəlmisən” – bu sözü eşidəndə insanlar söyüş kimi başa düşür. Dünya əhalisinin böyük bir hissəsi üçün də söyüşdən betər ifadəyə çevrilib. Neçə milyon insan arıqlamaq üçün idman salonlarına, dietoloqlara külli miqdar da pul xərcləyir. Hətta bunun üçün canına risk edib təhlükəli əməliyyatlara və həkim bıçağının altına da yatır.

Lakin heç düşünmürlər ki, bunu asan və pul xərcləmədən də etmək olar. Sadəcə, həyat tərzimizi dəyişdirməli və qaydasına salmalıyıq ki, həm sağlam ola, həm də ki, yaxşı formada qala bilək. Bu bir az vaxt və səbr aparsa da, ən ideal üsul sayılır.  Tez arıqlamaq istəyirsinizsə, bunlara əməl edi:

- Soyuducunuzu elə boşaldın ki, açanda yeməyə bir şey tapmayıb bağlayasınız.

- Yemək vaxtından əlavə yediniz hər şey sizə "düşməndir”. Onun əvəzinə su için.

- Deməyə ehtiyac yoxdur, amma yenə də xatırladaq: şirin içki, çörək və karbonhidratlardan uzaq durun.

- Yaxşı restoranlara, tədbirlərə getməməyə və axşamlar bir saat əvvəl yatmağa çalışın. Əgər axşamlar kino və ya televizorda nəsə izləmək istəyirsinizsə, bunu qaranlıqda deyil, işıqda edin. Çünki qaranlıqda daha tez acıya bilərsiniz.

- Səhər yeməyinizi mütləq yeyin. Bu, sizə gün ərzində itirməli olduğunuz enerjini verəcək və günorta yeməyinə qədər çox acmayacaqsınız.

- Günorta vaxtlarında iştahanız açılıbsa, sevdiyiniz mahnılara qulaq asın. Araşdırmalar göstərib ki, musiqi dinləyəndə də sevdiyiniz bir yeməyi yeyəndə də beyninizin eyni hissəsinə siqnal ötürülür. Yəni, beyinimiz  bu zaman qidalanır.

- Doyunca yatın ki, yeyərkən aldığınız enerjinizi yatanda toplayasınız.

- Yaşıl çay için. Araşdırmalara görə, yaşıl çay içmək bədəndəki kalorilərin yanmasında çox vacibdir. Gündə 3 stəkan yaşıl çay için.

- Yemək yeyərkən fikrinizi cəmləşdirin. Ayaq üstə dayanarkən, kitab oxuyarkən, film izləyərkən, ya da netdə oturarkən yemək yeməyin.

- Gündə ən azı 20 dəqiqə açıq havada oturmağa, ya da piyada gəzməyə çalışın. Çünki günəş şüaları yemək istəyinizi idarə etməyə kömək edir.

- Sağlam qidalara üstünlük verin. Evdən kənarda yemək yeyəcəksinizsə, seçiminiz mayonezsiz salatlar olsun.

- Özünüzü çox yormayın. Pəhriz vaxtı 1200 Kkaloridən düşməməyə çalışın.

- Həyat-baca işləri ilə məşğul olun. 1 saat həyətdə işləmək 500 kalori itirməyinizə kömək edir. Özünüzün bağçası yoxdursa, qonşunun bağçasında işləyin.

- Lift əvəzinə pilləkənlərdən istifadə edin.

- İplə hoppanmaq da yaxşı idmandır. Həm də o biri idman hərəkətlərindən daha asan və əyləncəlidir.

- Tez-tez, amma az-az yeyin.



Şərhlər:
Baxılıb: 12255
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz