Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Döşlərin əməliyyatsız böyüdülməsi: narkoz və kəsik olmadan
Döşlərin əməliyyatsız böyüdülməsi: narkoz və kəsik olmadan
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 9236
Səs ver:

Estetik baxımdan əməliyyatsız gözəlləşmək hər kəsin arzusudur. Bəs bu, həqiqətən  mümkündürmü? Türkiyəli plastik uzman Güncel Öztürk əməliyyatsız burun və sinə estetikasının mümkün olduğunu deyir. Qadinlar.biz həkimin bu barədə fikirlərini təqdim edir.

 

Əməliyyatsız burun və sinə estetikasına olan tələb hər gün bir az daha artır. Əməliyyat olmaqdan qorxan və tikişsiz estetikanın daha təbii görünəcəyini düşünən bir çox insan məhz bu üsula üstünlük verir. Həkim bildirir ki, dolğu inyeksiyası vasitəsilə bir çox estetik işləri əməliyyatsız həyata keçirmək mümkündür: "Dolğu üsulu ilə qırış müalicəsi uzun illərdir ki, tətbiq edilir. Son illər burun və sinə estetikasında bundan istifadə populyardır. Dolğu üsulu sinə böyütmə və bəzi burun qüsurlarının aradan qaldırılmasında olduqca uğurlu formada tətbiq edilə bilər”.

 

Dolğu inyeksiyası ilə döşlərin əməliyyatsız böyüdülməsi

Dolğu inyeksiyası üsulunu daha çox nişan, toy, hər hansı xüsusi günlərə qatılmaq və bir neçə dəqiqə içərisində estetik baxımdan gözəl görünmək istəyən insanlar daha çox istəyir. İmplant ilə qalıcı olaraq sinə böyütmə üsulu üçün kifayət qədər vaxtı olmayan bir çox qadın dolğu inyeksiyası üsulu ilə döşlərini dolğunlaşdırmağı üstün tutur. G. Öztürk orta hesabla 10-15 dəqiqə davam edən dolğu inyeksiyası ilə qadınların döşlərini böyüdə biləcəyini vurğulayıb: "Nəticənin dərhal görünməsi və əməliyyatdan sonra yaxşılaşma müddətinin çox qısa olması bu üsulun ən üstün tərəfləridir. Ancaq bu üsuldan istifadə etmək istəyən qadınların kifayət qədər döş toxuması olmalıdır. Sinəsi həddən artıq kiçik olan və ya kifayət qədər döş toxuması olmayan qadınlar üçün dolğu inyeksiyası yerinə implant üsulu tətbiq edilməlidir. Hansı üsulun sizin üçün daha uyğun olduğunu öyrənmək üçün plastik-estetik uzmanın müayinəsindən keçməniz vacibdir”.

 

Əməliyyatsız burun estetikası

Aşağıya doğru enən burun ucu, burun kəməri kimi bir çox burun estetikasını da dolğu inyeksiyası üsulu ilə yerinə yetirmək olar. Bütün dolğu inyeksiyası əməliyyatlarında olduğu kimi, burun estetikası da 15-20 dəqiqə içərisində həyata keçirilir. Həkimin sözlərinə görə, bu əməliyyatın da nəticəsi dərhal özünü göstərir: "Əməliyyatdan dərhal sonra insan istədiyi nəticəni əldə edir və yaxşılaşma üçün vaxt tələb olunmur. Bu da  üsulun üstünlüklərindən biridir. Burnunu balacalaşdırmaq istəyən insanlar da dolğu inyeksiyasından faydalana bilərlər. Bədənin təbii quruluşunda olan hialuron turşusu dolğu vəsaiti kimi istifadə edilir. Lakin bu üsulun ildə bir dəfə təkrarlanması lazımdır. Çünki qalıcı üsul deyil. Həmçinin növbəti dolğu inyeksiyası zamanı razı qalmadığınız tərəfləri düzəldə bilərsiniz”. //Aile.lent.az



Şərhlər: 9
Baxılıb: 9236
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ehtiyagi olanlar oxusun
4 mart 2016 15:16
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
Hər şeyin artığı zərərdi. Axırıda pis xəsdəlikləe
3 mart 2016 18:52
# 8
Nervicatka
ozumunkulerden cox raziyam ehtiyac yoxdu hecneye
3 mart 2016 13:04
# 7
Mən atamın qiziyam tanq altinda qalaram soz altinda yox.
NURANE
ALLAH nece yaradibsa ele qalmaliyiq bunlar hamisi qorxulu seylerdi
Heckime tovsiye de etmirem
3 mart 2016 12:00
# 6
zalimin zulmu varsa seveninde Allahi var
Antikvar
Belə şeylərə can atanları anlamıram,Allah necə yaradıbsa odu ,artığına nə gərək var.
3 mart 2016 11:55
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
zezema
Ay qizlar! hec ne elemiyin doshlerinize!!!! hemishe deyirdim bir azda boyuk olsa.. noldu axiri budu xestelik - mastopatiya. shishka boyda olaydi saglam olaydim.
3 mart 2016 10:49
# 4
Bir hissimi itirmishem - TEECCUBLENMEK
yarpaq33
Allah lazim olan qeder verib artiga ehtiyac yoxdu
3 mart 2016 10:24
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
arzum-aysum
Allah ne yaradıb odu. əməliyyata ehtiyac yoxdur.
3 mart 2016 10:01
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Boyuk sineleri hec xoslamiram. Dolgu ve silikon usulu tehlukelidir
3 mart 2016 09:38
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz