Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Estetik boyun cərrahiyyəsi
Estetik boyun cərrahiyyəsi
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 251
Səs ver:
Yaş artdıqca həm üzün, həm də boyunun dəri və əzələlərində boşalma, dəridə elastikliyin azalması, xırda qırışların yaranması başlıyır və bu proseslər özünü daha çox boyunda görsədir. Estetik boyun cərrahi əməliyyatı qocalma prosesini dayandırmır, amma dəri və altdakı toxumaların dartılması hesabına daha gənc bir görünüş əldə edilməsində faydalı olur.
Konsultasiya:
Boyun gərmə əməliyyatı hər insana özəl olaraq aparılan əməliyyatdır. Əməliyyatdan əvvəl pasient dəyərləndirilir. Əgər, boyun dərisinin elastikliyi yaxşı olub, amma bollaşması varsa, o zaman əməliyyat göstərişdir. Üzün ümumi görüntüsündə gəncləşmə istənilərsə, o zaman bu əməliyyat başqa əməliyyatlarla eyni zamanda həyata keçirilə bilər.
Məlumat:
Estetik boyun cərrahi əməliyyatı ümumi anesteziya altında aparılır. Narkoz alacağınız üçün, əməliyyatdan əvvəl sağlamlığınızı dəyərləndirmək adına bəzi müayinələrdən keçəcəksiniz. Əməliyyatdan əvvəl şəkilləriniz çəkiləcək. Bu son nəticəni müqaisə etmək üçündür. Əməliyyat ortalama 1.5 saat çəkir. Əməliyyatdan sonra 1 gün xəstəxanada qalmağınız vacibdir. Ertəsi gün rahatlıqla evə gedə bilərsiniz. 2-5 gün ərzində boynunuzda həssaslıq və çox az yanma hissi olacaq.  Sarğılarınız 3 gün qalacaq, açıldıqdan sonra boyun dərisinin daha gözəl oturması üçün xüsusi korset geyindiriləcək. Korsetin 2 həftə taxılması məsləhətdir. 1 həftə sonra iş həyatınıza geri dönə bilərsiniz. Əməliyyat sahəsində göyərmələriniz olacaq. Bunlar 1 həftə-10 gün içərisində azalacaq və gedəcək. Həmçinin şişlərinizdə olacaq, bunlarin 70%-i 1 aya, qalan 30%-i isə 6 aya keçəcək. Son nəticəni 6 ayın tamamında görə bilərik. Yara izləri ilk 3 ay açıq çəhrayı rəngdə olub gözə çarpsada, zamanla solacaq və görsənməyəcək.
Qeyd: Estetik boyun cərrahiyəsinin nəticəsi uzun illər qalıcı olsada, biz qocalmanı dayandıra bilmərik. Zamanla asdığımız və dartdığımız toxumalar yenidən sallanacaq. Bu prosesi gecikdirmək üçün cərrahınız sizə əməliyyatdan əlavə başqa müdaxilələrdə məsləhət görəcək. Doktorunuzun dediklərinə ciddi şəkildə əməl etsəniz əməliyyatın nəticəsindən uzun illər razı qalacaqsınız.

Günel Bayramlı


Şərhlər: 4
Baxılıb: 251
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Her yaşin öz gözelliyi var
29 aprel 2016 14:25
# 4
Her şeye gore şukur
vipbetul
hec bu cur estetiklerin terefdari deyilem
29 aprel 2016 14:07
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Boyun yasi bildiren orqandir. Ona gore bu estetiyi cox edirler.
29 aprel 2016 13:32
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Riskli əməliyyatları heç sevmirəm.Bir söz var xaşılda diş qırır.Bəzi qadınlar iki şeyi gördükcə birazda artıq istiyirlər.Bir pulu,birdə gözəlliyi.Bir yerini düzəltdirib gözəl görünən kimi deyirlər qoy filan yeridə edim dahada gözəl olum.Eləcədə pul.Olduqca istiyirlər.Nəzakət Məmmədovada bu əməliyyatdan sağ çıxmamışdı.Elə əməliyyat masasında qalmışdı.Mən qorxaram.Amma qabaqlayıcı tədbir olaraq balıncsız yatmaq vaxtsız yaranan qırışlardan xilans olmaq deməkdir.
29 aprel 2016 13:05
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz