Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qol estetikası
Qol estetikası
Göndərən: NoName
Şərhlər: 2
Baxılıb: 365
Səs ver:
Yaşlanma bədənimizdə istəmədiyimiz bir çox dəyişikliklər yaradır. Bunlardan biridə qolda əmələ gələn sallanmadır. Qol dartma estetik əməliyyatı başqa sözlə braxioplastika ilə qolda əmələ gələn dəri bollaşması və artıq piylərdən qurtulmaq mümkündür. Bu yolla daha gənc və gözəl qol görünüşünə sahib ola bilərsiniz. Qocalmadan əlavə kilo alıb vermə prosesidə qolda dəri boşalmasına səbəb olur.
Konsultasiya:
Əgər, sadəcə dəri boşalmanız varsa o zaman qol gərmə əməliyyatı icra olunur. Əgər, dəri keyfiyyəti yaxşıdırsa, sadəcə artıq piylər varsa, o zaman yalnız liposaksiya icra olunur. Amma həm artıq piylər, həmdə dəri boşalması varsa, o zaman liposaksiya ilə bərabər dəri dartılması həyata keçirilir. Qol gərmə əməliyyatı 18 yaşdan yuxarı hər yaşda icra oluna bilər. Amma çəki vermək planınız varsa, o zaman çəki verib normal kilonuza çatdıqdan sonra əməliyyatın icra olunması daha doğrudur. Bu yolla siz əməliyyatdan daha çox razı qalacaqsınız.
Əməliyyatdan əvvəl sağlamlığınız və sizi narahat edən xəstəlikləriniz barəsində həkiminizə mütləq məlumat verin. Əməliyyatdan əvvəl əməliyyat üçün lazımlı bəzi müayinələrdən keçəcəksiniz. Əməliyyatdan sonrakı nəticəni müqaisə etmək üçün qolunuzun şəkli çəkiləcək. Bu əməliyyatda dirsəkdən başlayan qolun iç səthi ilə yuxarıya doğru uzanan kəsik aparılır. Dəri bolluğu azdırsa və qolaltına yaxın bölgədədirsə, o zaman qolaltından aparılan kiçik bir kəsik yetərli ola bilər.
Məlumat:
Bu əməliyyat xəstənin tam yatdığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat ortalama 1 saat çəkir. Əməliyyatdan sonra qoyulan sıxıcı sarğının və ya başqa adla desək korsetin qolda 1 ay tutulması dərinin daha gözəl oturmasına səbəb olacaq. Əməliyyatdan sonra 5-7 gün qollarda gərginlik və həssaslıq hiss etməyiniz normaldır. Ağrı hissini minimallaşdırmaq məqsədi ilə sizə ağrıkəsicilər veriləcək. Əməliyyat izləri ilk bir neçə ay çəhrayı rəngdə olacaq və nəzərə çarpacaq, amma zamanla solacaq və dəri rəngində olacaq. 10 gün sonra iş həyatınıza geri dönəcəksiniz, amma  2 ay ağır qaldırmaq olmaz, ağır idman etmək olmaz, dartınmaq olmaz, sauna və solyariyə getmək olmaz.
Hər əməliyyatda olduğu kimi bu əməliyyatında ağırlaşmaları ola bilər. Bunlara qanama, infeksiyalaşma, yara sağalmasında gecikmə və s. aiddir. Həkiminizin məsləhətlərinə ciddi şəkildə əməl etsəniz, ağırlaşmaların baş vermə ehtimalı çox çox minimaldır. İlk əvvəl, qollarda da hissiyyatsızlıq olacaq, amma  zamanla düzələcək. Xəstələrimizin çoxusunda qarşılaşmasaqda ağırlaşmalar haqqında  bilməyiniz məsləhətdir.
Qeyd: Əməliyyatdan sonra qadının xarici görünüşündə olan dəyişiklik onun özünə inamını artıracaq və daha xoşbəxt edəcək.

Günel Bayramlı


Şərhlər: 2
Baxılıb: 365
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Lazım deyil.tşkler)
20 may 2016 16:50
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
bu cur emeliyyatlari xoslamiram
20 may 2016 14:24
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz